Radikal müxalifət hakimiyyətin mənbəyini xarici dairələrdə axtarır
14.05.2014 [08:48]
Nurlan Qələndərli
Hakimiyyətə gəlmək üçün hansısa xarici dairələrdən yox, məhz xalqdan dəstək almaq lazımdır
Bu gün ölkəmizdəki radikal müxalifət cəbhəsində baş verənlər sözügedən düşərgənin təmsilçilərinin siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmiş ünsürlər olduğunu bir daha təsdiqləyir. Belə ki, siyasi sistemin autsayderinə çevrilən dağıdıcı düşərgə təmsilçiləri xalqın etimadını doğrultmadıqlarından yenə də xarici qüvvələrə üz tuturlar. Hətta iş o yerə çatıb ki, radikal müxalifət bəzi xarici qüvvələrə müraciət edərək seçkilər məsələsini müzakirə predmetinə çevirir, guya bu vasitə ilə hakimiyyətə gələcəklərinə özlərini “inandırırlar”. Amma bu ünsürlər sadə bir gerçəkliyi dərk etmirlər ki, iqtidar olmaq - hakimiyyətə gəlmək üçün hansısa xarici dairələrdən yox, məhz xalqdan dəstək almaq lazımdır.
Əlbəttə, radikal müxalifətin bu cür yanaşması heç də təsadüfi deyil. Çünki dağıdıcı düşərgə nümayəndələri Azərbaycan cəmiyyəti tərəfindən tanınmır, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər. Azərbaycan cəmiyyətinin nümayəndələrinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi isə bəllidir: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran, həmçinin, bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad etmir.
Bir məqama da xüsusi olaraq toxunmaq lazımdır ki, hakimiyyətin mənbəyini xarici dairələrdə axtaran radikal müxalifət nümayəndələri artıq partiya və ya siyasi təsisat olaraq siyasi sistemdən siliniblər.
Onu da qeyd etmək lazımdır ki, ötən ilin 9 oktyabr tarixində keçirilən prezident seçkilərinin fonunda radikal müxalifətin siyasi sistemdəki yeri və funksionallığı növbəti dəfə bəlli oldu. Şübhəsiz, radikal müxalifətin fəaliyyətini anlamaq üçün, ilk növbədə, analiz meyarlarını düzgün müəyyənləşdirmək gərəkdir. İlk meyar, şübhəsiz, uğur faktoru olmalıdır. Yəni, bu subyektlərin nəzərində uğur qazanmaq nə deməkdir? Əgər radikal müxalifət üçün siyasi nailiyyət əldə etmək hakimiyyətə gəlmək deməkdirsə, görünən odur ki, bu, mümkün olmayacaq. Çünki de-fakto radikal müxalifət nümayəndələrinin təmsil olunduğu təsisatlar artıq siyasi partiya yox, təzyiq qrupu, həmçinin, missioner qrup funksiyasını icra edirlər. Təzyiq qruplarının isə hakimiyyətə gəlməsi təcrübəsi heç bir ölkədə və ya siyasi sistemdə mövcud deyil. Yəni, təzyiq qruplarının fəaliyyəti müəyyən müddət üçün aktual olur, onlar aralıq dönəmi kimi səciyyələndirə biləcəyimiz zaman müddətində geri çəkilir, sonra yenidən aktuallaşırlar. Biz bunu dağıdıcı müxalifətin 2008 və 2013-cü il prezident seçkiləri təcrübəsində gördük. Dolayısıyla, radikal müxalifətin real hədəfi hakimiyyətə gəlmək deyil. Onsuz da onlar bu güc və potensiala malik olmadıqlarını da dərk edirlər. Belə olan təqdirdə radikal müxalifət qruplarının siyasi partiya statusu daşımaları, yaxud siyasi sistemdə təmsil olunmaları real görünmür.
Beləliklə, xaricdəki anti-azərbaycançı dairələrdən maliyyələşən və konkret güclərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən radikalların nümayiş etdirdiyi antimilli fəaliyyət, o cümlədən, hakimiyyətin mənbəyinin xaricdə axtarılması kimi faktlar bəhs olunan ünsürlərin, o cümlədən, autsayderlər toplusu olan qondarma qurumların nəyə qadir olduğunu və kimlərə xidmət etdiyini növbəti dəfə aşkar surətdə əks etdirir.
Müəllifin digər məqalələri:
Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi
Vaxtilə özünü “siyasi...
20.03.2021 [08:57]
“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”
Azərbaycan Dağlıq Qarabağ...
19.02.2021 [09:30]
Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...
Yaxud qələbənin əhəmiyyətini...
13.01.2021 [09:44]
Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?
Adı işğalçı siyasət və...
01.09.2020 [08:50]
Antimilli şəbəkənin yeni “virtual səfərbərliyi”, yaxud “beşinci kolon” iş başında...
Təcavüzkarlıq ritorikasını və...
28.07.2020 [12:36]
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 Aprel 21:21
Xəbər lenti
19 Aprel 20:54
Dünya
19 Aprel 20:00
Xəbər lenti
19 Aprel 17:58
YAP xəbərləri
19 Aprel 17:44
Xəbər lenti
19 Aprel 17:38
Siyasət
19 Aprel 17:35
Xəbər lenti
19 Aprel 17:33
Gündəm
19 Aprel 17:29
Xəbər lenti
19 Aprel 17:10
Xəbər lenti
19 Aprel 16:45
Xəbər lenti
19 Aprel 16:25
Xəbər lenti
19 Aprel 15:48
Xəbər lenti
19 Aprel 15:44
Siyasət
19 Aprel 15:41
Xəbər lenti
19 Aprel 15:19
Xəbər lenti
19 Aprel 15:00
Xəbər lenti
19 Aprel 14:44
Xəbər lenti
19 Aprel 14:12
Xəbər lenti
19 Aprel 13:43
Dünya
19 Aprel 13:42
Xəbər lenti
19 Aprel 13:38
Xəbər lenti
19 Aprel 13:37
Xəbər lenti
19 Aprel 13:36
Xəbər lenti
19 Aprel 12:35
Xəbər lenti
19 Aprel 12:23
Dünya
19 Aprel 12:21
Xəbər lenti
19 Aprel 12:20
Xəbər lenti
19 Aprel 12:19
Xəbər lenti
19 Aprel 12:06
Xəbər lenti
19 Aprel 11:36
Xəbər lenti
19 Aprel 11:30
Ədəbiyyat
19 Aprel 11:18
Xəbər lenti
19 Aprel 11:07
Sosial
19 Aprel 11:00
Xəbər lenti
19 Aprel 10:55
Maraqlı
19 Aprel 10:54
Sosial
19 Aprel 10:50
Mədəniyyət
19 Aprel 10:45
Sosial
19 Aprel 10:40
İqtisadiyyat
19 Aprel 10:35
İqtisadiyyat
19 Aprel 10:32
MEDİA
19 Aprel 10:30
Xəbər lenti
19 Aprel 10:29
Xəbər lenti
19 Aprel 10:25
Siyasət
19 Aprel 10:23
Xəbər lenti
19 Aprel 10:20
Siyasət
19 Aprel 10:15
Siyasət
19 Aprel 10:10
Gündəm
19 Aprel 10:00
Siyasət
19 Aprel 09:50
Xəbər lenti
19 Aprel 09:33
Xəbər lenti
19 Aprel 09:26
Xəbər lenti
19 Aprel 09:20
Dünya
19 Aprel 08:43
Dünya
18 Aprel 22:01
Xəbər lenti
18 Aprel 20:05
Xəbər lenti
18 Aprel 18:18
Xəbər lenti
18 Aprel 17:52
Xəbər lenti
18 Aprel 17:05
Xəbər lenti
18 Aprel 16:40
Xəbər lenti
18 Aprel 16:09
Xəbər lenti
18 Aprel 16:05
Xəbər lenti
18 Aprel 15:50
Xəbər lenti
18 Aprel 15:47
Xəbər lenti
18 Aprel 15:02
Dünya
18 Aprel 14:43
Xəbər lenti
18 Aprel 14:30
Xəbər lenti
18 Aprel 14:13
Xəbər lenti
18 Aprel 14:07