Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Leyla Yunusova-xəyanət simvolu...

Leyla Yunusova-xəyanət simvolu...

15.05.2014 [08:57]

Pərviz Sadayoğlu

Barseqyan-Yunusov ailəsinin illərdir ki, ermənilərə xidmət göstərməsi faktlarla sübuta yetirilir
Ölkəmizdə bəlli bir kəsim var ki, onlar xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək bu nailiyyətlərin üstünə kölgə salmaq, onları qaralamaq üçün bütün güclərini səfərbər edirlər. Həmin kəsimin ən böyük “özəlliyi” düşmənlə işbirliyində olmasıdır. Azərbaycan xalqının düşməni olan, Xocalı soyqırımını törədən, torpaqlarımızı işğal altında saxlayan ermənilərlə müttəfiqliyindən “fəxrlə danışan” belələri görəsən, hansı mənəvi haqla özlərini azərbaycanlı adlandırırlar?
Ermənilərlə işbirliyində ittiham olunan və istintaqı davam edən Rauf Mirqədirovun işi üzrə ifadə verməkdən yayınaraq aprelin 28-də ölkədən qaçmağa çalışan Leyla və Arif Yunusov cütlüyü də hər zaman ermənipərəstliyi ilə “ad çıxarıb”. Öz etnik soy-kökünə “bağlılıqlarını” əməli fəaliyyətləri ilə sübuta yetirən, ermənilərə can-başla xidmət göstərən Yunusovların ölkədən qaçmağa cəhd etməsi də analoji fəaliyyətlərinin davamı sayıla bilər. Xatırladaq ki, aprelin 28-də Baş Prokurorluğun xəbərdarlığına baxmayaraq, ifadə vermək üçün gəlməyən, bunun əvəzinə ölkəni tərk etmək üçün 2 saat ərzində 5 illik yaşamaq hüququ tanıyan viza ilə “təmin olunan” Leyla-Arif Yunusovların Azərbaycanı tərk etməsinə icazə verilməyib. Saxlanılıb Baş Prokurorluğa ifadə vermək üçün gətirilən zaman etikadan kənar ifadələr işlətməklə diqqəti cəlb etməyə çalışan, hətta polis işçisinə qarşı hüquqi cəhətdən məsuliyyət yaradan hərəkətlər edən, Azərbaycanın atributlarını təhqir edən Leyla Yunusova sonradan özü də etiraf edib ki, bütün təhrikedici vasitələrdən istifadə edib. O, öz ermənipərəst fəaliyyətinə açıqlama gətirən zaman bildirib ki, “xalq diplomatiyası”nda heç nəyi nəzarətdən kənarda qoymaq istəməyib. Təbii ki, heç bir rəsmi statusa malik olmayan Yunusovanın “xalq diplomatiyası” adı altında hansı əməllərlə məşğul olması artıq hər kəsə bəllidir. Ermənilərlə şərikli layihələrə imza atan, Azərbaycanın dövlət dilinə, rəsmi atributlarına qarşı təhqirlər yağdıran Yunusova bu addımları ilə azərbaycanlı olmadığını növbəti dəfə sübuta yetirdi. Əslində, vaxtilə erməni mətbuatına açıqlamasında da Yunusova, soy-kök bağlılığını açıq şəkildə etiraf etmişdi: “Mənim nənəm almandır. Bütün ömrü boyu öz mənşəyini gizlədib. Ərimin anası ermənidir, o sağ olanda bütün ailəlikcə onun mənşəyini gizlətməyə çalışırdıq. Anam anasının alman olduğunu deməyə qorxur, qızım isə nənəsinin erməni olduğunu deməyə qorxur” (Armtoday)”.
Leyla Yunusova hər zaman Azərbaycana və azərbaycanlılara düşmən olub
Əslində, bu, Leyla Yunusova üçün xarakterik bir portretdir və baş verənlər sadəcə bu portretin yeni ştrixləridir. “Xalq diplomatiyası” adı altında ermənilərlə şərik layihələrdə yer alan, bunun qarşılığında isə Azərbaycan dövlətinə və xalqına qarşı təhqirlər söyləyən, ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışan, Azərbaycandakı demokratik inkişafı təhrif edilmiş formada təqdim etmək istəyən Yunusovlar ailəsi üçün Dağlıq Qarabağ münaqişəsi ermənilərlə işbirliyi və ya ermənilərdən pul qazanmaq mənbəsi də sayıla bilər. Digər tərəfdən, soy-kök etibarı ilə ermənilərə bağlı olan bu ailə hər zaman öz “qan qohumlarına” xidmət göstəriblər.
Jurnalist Eynulla Fətullayevin “Leyla və Arif Yunusların məxfi dosyesi” araşdırması da bu fikri təsdiq edir. Belə ki, hələ 1990-cı illərdə Yunusovlar öz xəyanətkar planlarını işə salmışdı. 1991-ci ildə Dağlıq Qarabağın şimalında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən “Halqa” kod adlı əməliyyat nəticəsində erməni separatçılarını işğal etdikləri ərazilərdən qısa müddətdə vurub çıxarmağa və əraziləri erməni silahlı quldurlarından və gizli ekstremist təşkilatların nümayəndələrindən təmizləməyə nail olunmuşdu. Bu əməliyyat həyata keçiriləndən dərhal sonra Azərbaycan müxalifətinin liberal-demokrat qanadı, o cümlədən, Leyla Yunusova, Arif Yunusov, Hikmət Hacızadə Azərbaycana qarşı misli görünməmiş bir təbliğat-təşviqat kampaniyasına başladılar. Bu adamlar haray-həşir salmışdılar ki, Azərbaycan guya Qarabağın şimalındakı yerli ermənilərin buradan deportasiya olunması üçün məqsədyönlü etnik təmizləmə siyasəti aparır. Bu adamlar Baltikyanı ölkələrin birində keçirilmiş mətbuat konfransında postsovet məkanının liberal dairələrinin diqqətini “ermənilərin məskunlaşdığı ərazilərdəki etnik təmizləmə”yə cəlb etmək üçün əllərindən gələni etdilər. Qeyd olunur ki, Çaykənd xüsusi əməliyyatının demək olar ki, elə səhərisi gün Arif Yunusov erməni xüsusi xidmət orqanlarının məxfi əməkdaşı Laura Baqdasaryana (bu qadın “Hayastani Anrapetutyun” qəzetinin beynəlxalq icmalçısı adı altında maskalanaraq fəaliyyət göstərirdi) “Azərbaycan və sovet qoşunlarının Çaykənddəki vəhşiliklərini sübut edən informasiya” göndərmişdi.
Maraqlıdır ki, 1990-cı illərdə Azərbaycanı “vəhşilikdə” ittiham edən Barseqyan (bu soyad Arif Yunusovun anası Arşalyus Barseqyana məxsusdur)-Yunusovlar Ə.Elçibəyin hakimiyyəti dövründə “beşinci erməni kolon”unun “cəbhə” hakimiyyəti dəhlizlərindəki mövqelərini möhkəmləndirməkdə idilər. Leyla Yunusovanın Azərbaycan Müdafiə Nazirliyinin analitik informasiya xidmətinə rəhbərlik etməsi onların xəyanət miqyasını daha da genişləndirə bildi. Belə ki, həmin dövrdə hakimiyyət olimpinin zirvəsini ələ keçirmiş İsa Qəmbər məhz Arif Yunusovun qardaşı Ramiz Yunusovun xahişi ilə Leyla Yunusovaya polkovnik hərbi rütbəsi vermişdi və bu “sosdem” artıq başqa bir libasda “zühur etmişdi”.
Yuxarıda bəhs edilən yazıda vurğulanır ki, L.Yunusova Azərbaycan qoşunlarının Mardakertdə necə yerləşməsini televiziya vasitəsilə hərbi xəritədə göstərdikdən cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutuldu, xeyli itki oldu. L.Yunusovanın Müdafiə Nazirliyi analitik informasiya xidmətinin rəhbəri olmasından 5 gün sonra isə Şuşa xəyanəti baş verdi. Şuşanın döyüşsüz təslim edildiyi günlərdə militarist-polkovnik L.Yunusovanın “şəxsi döyüşçüləri” Bakının mərkəzində, MUM-la üzbəüzdəki mənzilləri bir-birinin ardınca ələ keçirməyə başlamışdılar. Bununla da icra, qanunverici, hətta hərbi-siyasi hakimiyyət qollarında strateji postları ələ keçirən korrupsioner Yunusovlar-Barseqyanlar klanının nümayəndələri üçün daha geniş hüdudlar, daha geniş fəaliyyət məkanları açılırdı. 1918-ci ildə olduğu kimi. Ermənilər onda da Bakının mərkəzini, erməni kilsəsinin həndəvərini belə ələ keçirmişdilər.
Bundan başqa, Şuşa xəyanəti zamanı nazirliyin baş analitiki olan bu “hüquq müdafiəçisi” bu günə kimi nəinki Şuşa xəyanətində əli olan insanların adını çəkməyib, əksinə ciddi-cəhdlə həmin şəxsləri qorumaqla məşğul olub. Eyni zamanda, Yunusovanın “hüquq müdafiəçisi” kimi bütün fəaliyyəti ermənilərə Şuşaya aparan cığır və yolları minalardan təmizləmiş şəxslərin adlarını Azərbaycan cəmiyyətindən gizlətməyə həsr olundu. Bildirilir ki, L.Yunusova kor-koranə Şuşanın komendantını müdafiə edirdi, komandir Elbrus Orucova sevgisinin həddi-hüdudu yox idi, Baş Qərargah rəisi postuna oturdulmuş agent Şahin Musayevin cinayətləri haqda kəlmə də kəsməyərək susurdu. Beləliklə, L.Yunusovanın Müdafiə Nazirliyində işə başladığı 5-ci gündə Şuşa təslim olub süqut etdi. Bu qədər təsadüf ola bilərmi?
Məqalədə bildirilir ki, L.Yunusova müdafiə nazirinin hamının tanıdığı müavini Vahid Musayevin bilavasitə nəzarəti altında idi. Söhbət Rusiya hərbi kəşfiyyatına - Baş Kəşfiyyat İdarəsinə (QRU) birbaşa bağlı olan general V.Musayevdən gedir. L.Yunusovanı nazirliyə məhz o, işə götürmüş, bu “sosdem” xanımı analitik informasiya xidmətinə rəhbər təyin etməzdən əvvəl onunla uzun-uzadı söhbət etmişdi: “Şuşanın ermənilərə qansız-qadasız və satqıncasına təslim edilməsi xəbərinin Azərbaycan xalqına necə çatdırılmasının, buna necə izah verməyin yolunu Yunusovanın qulağına məhz Musayev pıçıldamışdı. Yunusova da bacardığı kimi izah eləmişdi”...
Xarici kəşfiyyatın əsas istinad nöqtəsi-Barseqyan-Yunusovlar
Yunusovlar ailəsinin üzvləri Prezident Aparatı, Milli Məclis və Müdafiə Nazirliyindəki işlərini itirdikdən sonra maliyyə mənbələri kifayət qədər şübhəli olan ABŞ Sülh Fondunun dəstəyi ilə özlərinə təşkilat yaratdılar. Təşkilat “Azərbaycanın Sülh və Demokratiya İnstitutu” adlanırdı. L.Yunusova tezliklə öz xəttini də açıqladı: işğal edilmiş Qarabağın gələcək statusunun necəliyindən asılı olmayaraq, Ermənistanla və erməni xalqı ilə barışıq. E.Fətullayevin məqaləsində göstərilir ki, Yunusovların Bakıda yerləşən təşkilatının ofisi bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları rezidentlərinin oylağına çevrilmişdi. Burada daha kimlər yox idi ki?! Almaniya səfirliyinin əməkdaşı Jasper Vik, amerikalılar Nikolas və Put Danilofflar, ABŞ səfirliyinin əməkdaşı Devid Kreyk, Vaşinqtondan gələn emissar Maykl Oks, ispaniyalı Luis Qarsiya...
L.Yunusovanın institutunun ofisi Rusiya və Qərb xüsusi xidmət orqanları əməkdaşlarının faktiki olaraq görüş yerinə çevrilmişdi. Xarici kəşfiyyat orqanlarının bütün rezidentləri burada müəyyən məbləğ ödəyərək Azərbaycandakı daxili siyasi vəziyyətə və Qarabağ cəbhəsində baş verənlərə dair müntəzəm informasiyalar, analitik material və arayışlar alırdılar.
N.Daniloff isə L.Yunusova ilə xüsusi münasibətlər qurmuşdu. Söhbət UPİ agentliyinin və “U.S. News & World Report” jurnalının Vaşinqton, London, Paris və Moskvadakı müxbirindən gedir. Məlum olduğu kimi, Daniloff 1986-cı il, sentyabrın 2-də SSRİ KQB-si tərəfindən həbs olunaraq casusluqda ittiham olunmuşdu. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu ştatdankənar əməkdaşı yalnız ABŞ hökumətinin məsələyə ən yüksək səviyyədə müdaxiləsindən sonra azad olunaraq Moskvadan deportasiya edilmişdi. N.Daniloff bir neçə ildən sonra Bakıda peyda oldu, Yunusov-Barseqyanlar ailəsinin rezidentlərin görüş yerinə çevrilən mənzilində...
Bildirilir ki, L.Yunusova xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa çox meyilli idi. Türk xüsusi xidmət orqanlarının əməkdaşı, Azərbaycanda diplomatik fəaliyyət adı ilə maskalanan Üfüq Suarın, rusiyalı Mariya Salyenin, həmçinin, Qarabağ separatçılarını açıq şəkildə dəstəkləyən ermənipərəst ictimai fəal Qalina Starovoytovanın əsas informasiya qaynaqları məhz Arif və Leyla Yunusovlar idi. Təsadüfi deyildi ki, L.Yunusova müxalifətçi Vəhdət Partiyasının liderlərindən biri kimi 1997-ci ilin aprelində “Rusiyanın demokratik seçimi” ümumrusiya hərəkatı ilə (ona Yeqor Qaydar başçılıq edirdi) saziş bağlayandan sonra Azərbaycandakı milli azlıqların, ilk növbədə isə, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi öhdəliyini öz üzərinə götürmüşdü.
....Əslində, Leyla Yunusova kimilərinin fəaliyyəti yalnız ermənipərəst dairələrin pulu qarşılığında nökərçilikdən ibarətdir. Bu gün onları narahat edən Azərbaycanın maraqlarının güclü şəkildə qorunması, dövlətimizin bütün dünyada tanınması, iqtisadi qüdrətimizin artması, vətəndaşlarımızın sosial rifahının yüksəlişi və ən əsası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində üstün mövqeyə malik olmağımızdır. Ermənilərlə işbirliyində olan Leyla Yunusovanı və digər emissarları narahat edən də Azərbaycanın Ermənistanı üstələməsi, haqq səsini dünyaya çatdırmasıdır. Elə bu səbəbdən də körpə qatillərinin yanında yer alan, soyqırımı törədənlərin “qaşığına” çevrilən Leyla Yunusovanın özünə azərbaycanlı deməyə mənəvi haqqı çatmır...

Paylaş:
Baxılıb: 1070 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30