Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura” falçılığa başlayıb

“Milli şura” falçılığa başlayıb

10.06.2014 [09:01]

Mübariz Abdullayev

Və yaxud qondarma qurumun keçmişi nə olub ki, indi də təmsilçilər hansısa “gələcək fəaliyyət planı”ndan danışırlar?
Bütövlükdə radikal düşərgənin üzqarasına çevrilən qondarma “Milli şura” mövcud olduğu müddətdə ancaq zorən “müttəfiqə” çevrilən təmsilçilər arasında səngimək bilməyən intriqalarla, çəkişmələrlə, dedi-qodu söhbətləri ilə gündəmə gəlib. Radikalların konyuktur maraqları naminə üz tutduqları qondarma qurumun əsl mahiyyəti ölkəmizdə ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərində bütün cəhətləri ilə özünü büruzə verdi. Seçkilərə “birləşmiş” radikal müxalifətin “vahid namizəd”i qismində qatılan “Milli şura”nın sədri Cəmil Həsənov cəmi 5 faiz civarında səs toplamağa müvəffəq oldu.
Qondarma “Milli şura”nın bu vəziyyətə düşməsi isə əlbəttə ki, səbəbsiz deyil. Bu, ilk növbədə, adına süni şəkildə “milli” sözü yamaq edilsə də, qondarma qurumun Azərbaycan cəmiyyətinə büsbütün yad olması ilə bağlıdır. Yəni, hazırda sosial-iqtisadi cəhətdən yüksək sürətlə inkişaf edən, özünün yeni intibah dövrünü yaşayan Azərbaycanda “Milli şura” kimi qondarma qurumun yaradılmasına heç bir sosial-siyasi sifariş yoxdur. Cəmiyyətdə, hətta bütün dünya üçün nümunə sayıla biləcək möhkəm vətəndaş həmrəyliyi hökm sürür, hər hansı bir kataklizm yaşanmır. Azərbaycanın belə üstün durumda olması, əlbəttə ki, Vətənimizin, xalqımızın bədxahlarını ciddi narahat edir və onlar ölkəmizin tərəqqisinə, dövlətimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına hansı yollarlasa xələl gətirməyə çalışırlar.
Xaricdəki əsasən beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan məlum antimilli mərkəzlərin öz məkrli niyyətlərinə çatmaq üçün yararlanmağa çalışdıqları vasitələrdən biri də “sapı özümüzdən olan baltalar”ın maddi təminatlar müqabilində göstərdikləri xidmətlərdir.
Qondarma “Milli şura” antimilli dairələr-”sapı özümüzdən olan baltalar” tandeminin uğursuz fəaliyyətinə bir nümunədir. Konturları xarici dairələrin mətbəxində cızılan qondarma qurumun “fəaliyyəti” də məhz antimilli mərkəzlərdən gələn sifarişləri yerinə yetirməyə istiqamətlənib. Bu “missiyanı” əvvəlcə “Milli şura”nın birinci qiyabi sədri və birinci “vahid namizəd”i Rüstəm İbrahimbəyov can-başla yerinə yetirdi. Qondarma qurumda qoca kinodramaturqun sələfi Cəmil Həsənov da eyni yolla gedir. Bir baxın, adına “milli” sözü yamaq edilən bir qurumun əvvəlki və indiki sədrləri xaricə turneləri çərçivəsində ölkəmizin milli maraqlarına xələl gətirə biləcək fikirlər səsləndirməkdən çəkinmirlər. İstər Rüstəm İbrahimbəyov, istərsə də Cəmil Həsənov əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı xarici auditoriyaya “mübahisəli ərazilər” kimi təqdim etməklə antimilli dairələrə sözün əsl mənasında “ayı xidməti” göstərdilər. Etiraf edək ki, “milli mənbə”nin dilindən səslənən belə açıqlamalar ölkəmizə, xalqımıza qarşı durmadan yalan üyüdən erməni təbliğat maşını üçün əsl “xammal” rolunu oynayır. Sonradan “Milli şura”nın əcnəbi havadarlarına yarınmaqda hətta Rüstəm İbrahimbəyovu da geridə qoyan Cəmil Həsənov seçkilərdəki acınacaqlı məğlubiyyətə görə xalqı günahlandırmaqdan, xarici dairələri açıq mətnlə Azərbaycana təzyiq göstərməyə səsləməkdən belə çəkinmədi.
Bir sözlə, qondarma “Milli şura”nın, onun əvvəlki və indiki rəhbərliyinin ayıblarını sadalamaqla bitən deyil. İndi isə, budur, qondarma “Milli şura”dakılar falçılıq etməyə girişiblər. Belə ki, qondarma qurumun nə olduğu bilinməyən koordinasiya mərkəzinin bu günlərdə keçirilən yığıncağında təmsilçilər gələcəklə bağlı proqnozlar səsləndiriblər, “yaxın dönəm üçün fəaliyyət planları”nı müzakirə ediblər. “Stop”, “Milli şura”, “Stop”, Cəmil Həsənov! Yenə də baş qatmaqla məşğulsunuz. Son bir ildə indi dilə gətirdiyiniz “effektiv fəaliyyət planı”nı işə salmağınıza nə mane olub?
Falçılıq üz ağardan, kimə isə başucalığı gətirən bir sənət deyil. Qondarma “Milli şura”nın gələcəyi ilə bağlı proqnoz söyləmək isə ikiqat təhlükəlidir. Çünki Cəmil Həsənovun özünün də yaxşı bildiyi kimi, qondarma qurumun təmsilçilərinin iplərinin üstünə odun yığmaq əsla mümkün deyil.

Paylaş:
Baxılıb: 1092 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30