Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP-nin uşaq xəstəliyi

AXCP-nin uşaq xəstəliyi

23.07.2014 [09:21]

Pərviz Sadayoğlu

Sərdar Cəlaloğlu: Uşağa iynə vurmaq, dərman vermək istəyəndə həkimin əlini az qala cırmaqlayır. AXCP-də elə bu cürdür
Rəhmətlik Üzeyir bəyin “O olmasın, bu olsun” operettasında səslənən məşhur “qızın iki adaxlısı var” kəlamı illərdir ki, Azərbaycan Xalq Cəbhəsini (AXC) ən yaxşı xarakterizə edən frazaya çevrilib. Bu il yaranmasının 25 illiyi keçirilən AXC-nın isə nəinki iki, hətta yeddi, səkkiz “adaxlısı” mövcuddur ki, hər biri də bu nəsnənin ona və onun partiyasına mənsubluğu haqqında sənəd-sübut göstərməkdən tutmuş, “sən öl” vurmağa qədər bütün prosedurlardan keçməyə hazırdırlar.
Əslində, əsas toxunmaq istədiyimiz məqam heç də AXC-nın “adaxlıları” deyil. Özləri bilərlər. İstəyir AXC-ni Əli Kərimli işlətsin, istəyir Mirmahmud Mirəlioğlu idarə etsin və ya bir başqası neyləsin, bu günün rakursundan heç nə dəyişmir. Bu dəfə toxunacağımız başqa məsələdir.
Deməli, bu yaxınlarda AXC-nin 25 illiyinə həsr olunan tədbirlərin birində maraqlı bir hadisə baş vermişdi. Tədbirə qonaq qismində dəvət olunan ADP sədri Sərdar Cəlaloğlu Əli Kərimlinin təkidi ilə tribunaya çağrılır və təbrik üçün ona söz verilir. S.Cəlaloğlu da ağzını açmamış yerdə bir “fit şou” başlayır ki, gəl görəsən. Ayağını yerə döyəcləyən kim, fit çalan kim, qışqıran kim. Bütün səslər qarışır bir-birinə. Sərdar Cəlaloğlu da tribunadan birbaşa çıxış qapısına doğru yönəlir.
Yəni, görünən odur ki, dünənə qədər bir-birinə “müttəfiq” deyənlərin qulağını indi öz fitləri çığnadır. Əlbəttə ki, bu, belə də olmalı idi. Bunun adı qanunauyğunluqdur.
Amma hər şey bir tərəfə, Sərdar Cəlaloğlunun məlum olayla bağlı son açıqlaması olduqca maraqlı bir effekt yaradıb. Deməli, ADP sədri bildirib ki, ona fit çalanlar dərrakəsizlərdir. Sözünü də bu cür əsaslandırıb: “Mən həkiməm. Biz balaca uşaqları müalicə edəndə maraqlı olay yaşanırdı. Uşağa iynə vurmaq, dərman vermək istəyəndə həkimin əlini az qala cırmaqlayır. AXCP-də elə bu cürdür. Sən ona yardım etmək, sağaltmaq istəyirsən, amma bunun əvəzində başlayır əl-ayağını cırmaqlamağa”.
Yəni, anlaşılan budur ki, xəstə AXCP həkim Cəlaloğlunun əl-qolunu cırmaq-cırmaq edibmiş...
Yeri gəlmişkən, hadisədən dərhal sonra ADP sədri iddia etmişdi ki, baş verənlər Əli Kərimlinin “layihəsidir”. Yəni, AXCP sədri qəstdən onu fitə basdırıb. İndi də “iynə, xəstə, dərman” söhbətini bunun üstünə əlavə etsək, belə bir mənzərə yaranır ki, Sərdar Cəlaloğlu əlində iynə düşüb Əli Kərimlinin dalınca. Birincinin məntiqinə görə, bu iynə vurulmasa, AXCP özünə gələn deyil, əvvəlki qaragüruhçuluğundan əl çəkməyəcək.
Əslində, bu da bir irəliləyişdir. Çünki cəmiyyətin aparıcı kəsimi radikal düşərgənin illərdir ki, xəstə psixologiyaya malik olduğunu söyləsələr də, düşərgə təmsilçiləri israrla bunu inkar edirlər. Siyasi təfəkkürü qışqırıqla, siyasi mübarizəsi fitlə düz mütənasiblik təşkil edən radikal müxalifətin ən böyük bəlası çaldığı fitlə, qışqırığı ilə özünü kar etməsidir. Hərdən bu qıy-qışqırığın, fitin içində bir azca özünə gələn olan kimi qulaqlarını tutub düşərgədən qaçır. Əli Kərimli kimi “liderlərin” əmri ilə fitə güc verənlər isə istəmirlər ki, kimsə oynasın. Axı, bu insanların fitin səsinə aldanması Əli Kərimli kimilərinə dollar qazandırır...
Beləliklə, Sərdar Cəlaloğlunun məlum açıqlaması ilə bir daha etiraf olundu ki, radikal müxalifətin “müalicəyə” ehtiyacı var. Yəni, artıq radikal düşərgədəkilərin özləri deyirlər ki, necə 1993-cü ildə ağız deyəni qulaq eşitmirdisə, necə 1995-ci ildə heç kim heç kimi nə eşitmək, nə dinləmək istəmirdisə, necə 2000-ci ildə dartma yaxam cırılsınla partiyalarını 77 yerə paralamışdılarsa, düşərgə təmsilçiləri indi də eyni əhval-ruhiyyədədirlər.
Sadəcə, indi bunların üstünə bir də pulgirlik əlavə olunub ki, gəl görəsən. Yaşıl dolların güdazına kimləri vermirlər ki... Onsuz da dövlət, xalq maraqları radikal düşərgə üçün heç bir əhəmiyyət kəsb etmirdi. Sadəcə, illər keçdikcə bu dollar-avro tilovu radikal düşərgə təmsilçilərinə öz dostlarını belə “topun ağzına” qoymağı öyrətdi. Xarici anti-azərbaycançı mərkəzlərin sifarişi ilə nökərə çevrilənlər üçün dünənin müttəfiqi rahat şəkildə bu günün rəqibi və ya düşməni olur. Onlar üçün heç bir fərqi yoxdur, pulu versinlər, sifarişi etsinlər...
Bəli, radikal müxalifətin, xüsusilə də, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin xəstəliyi ortadadır. Sadəcə, bu xəstəliyin əlacını tapmaq, diaqnozunu düz qoymaq lazımdır. Əks halda, bu gün əl cırmaqlayan sabah xəstəliyi böyüdükdən sonra daha fərqli üsullara baş vurar. Bir də görərsən ki, xəstəliyi başına vurar və başını da divara vurar. Onda artıq fit də çala bilməyəcək. Gərək xaricdən onlara “fıştırıq” gətirsinlər...

Paylaş:
Baxılıb: 1060 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31