Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal düşərgədə yeni savaş mövzusu - “pullu müdafiə”...

Radikal düşərgədə yeni savaş mövzusu - “pullu müdafiə”...

21.08.2014 [09:41]

Pərviz Sadayoğlu

Sərdar Cəlaloğlu Əli Kərimlinin “müdafiə komitəsi” vasitəsilə pul qazanmaq istədiyini deyir
Bir müddət öncəyə qədər bir-birlərinə qarşı “atəşkəs” elan edən radikal düşərgədə yenidən gərginlik yaşanmaqdadır. Belə ki, radikal düşərgənin yeni müzakirə qovğası - “müdafiə komitəsi” savaşı gündəmə gəlib. Xatırladaq ki, bir qədər öncə vergidən yayınmaqda, vəzifə səlahiyyətlərini aşmaqda və digər məsələlərdə ittiham edilərək həbs olunan şəxslərin “müdafiəsi” ətrafında yeni bir polemika başlamışdı. Müsavat Partiyasının “rəhbərliyi” altında yaradılan “müdafiə komitəsinin” ardından AXCP də özünün “komitə”sini elan etmişdi. Bu yeni qovğa isə düşərgə partiyalarının bir-birinə olan patoloji nifrətinin hələ də davam etdiyini, bu məsələdə şəxsi maraqlarının olduğunu deməyə əsas verir.
Qeyd edək ki, Müsavat Partiyasının rəhbərliyi altında yaradılan “komitə” ilə bağlı toplantıya AXCP sədrinin qatılmaması bir sıra məsələlərin üzərinə işıq salmışdı. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu keçmiş müttəfiqinin bu “müdafiə komitəsi” oyunu ilə pul qazanmaq niyyətində olduğunu açıqlamışdı və AXCP-nin də öz “müdafiə komitəsini” yaratması müəyyən mənada bu fikri təsdiqlədi.
Vurğulayaq ki, ADP sədri bildirmişdi ki, “Əli Kərimli İntiqam Əliyev və digərlərinin həbsindən pul qazanmaq istəyir”. Onun fikrincə, “Ə.Kərimlinin davranışı “keçi can hayında, qəssab piy axtarır” məsələsinə bənzəyir. Məqsəd də budur ki, əgər onlara görə “sağ ol” deyiləcəksə, xaricdən yardımlar ayrılacaqsa, ona desinlər, yardımları da o alsın”.
S.Cəlaloğlu bildirmişdi ki, “Milli şura” adlı qondarma qurumun rəhbəri Cəmil Həsənov da, məhz Ə.Kərimlinin adamı olduğu üçün tədbirə qatılmayıb: “Bütün məqsəd isə həbslərə görə xaricdən ayrılacaq yardımları almaqdır. Necə ki bu günə qədər müxalifətə ayrılan hər cür yardımı alıb təyinatı üzrə xərcləməyiblər, indi də bunu istəyirlər. Yəni, məqsəd müdafiə etmək yox, müdafiə adı altında dividend qazanmaqdır. Ona görə də başqalarının müdafiəsinə belə qısqanclıqla yanaşırlar”.
Təbii ki, fəaliyyətində şəffaflığa riayət etməyən, xarici antimilli fondlardan külli miqdarda vəsait alan və bu səbəblə də məsuliyyətə cəlb olunan şəxsləri “müdafiə” etmək birmənalı şəkildə siyasi dividend qazanmağa istiqamətlənmiş bir fəaliyyətdir. Çünki faktiki olaraq müvafiq əməllərə görə cinayət işi açılıb və bu məsələni “siyasiləşdirərək” özünəməxsus şəkildə qələmə vermək radikal düşərgənin şəxsi məqsədlərindən qaynaqlanır. İstər AXCP-nin, istərsə də Müsavat Partiyasının, “Ümid” Partiyasının, ADP-nin və KXCP-nin yaratdığı “müdafiə komitələri” eyni məqsədə xidmət göstərir. Bu mənada qarşılıqlı ittihamlar absurd xarakter daşıyır.
Bununla yanaşı, bu “komitə” savaşının arxasında yeni məqsədlər də var. Artıq radikal düşərgənin qütbləşməsi daha aydın nəzərə çarpır. Yenidən “əsl müxalifət mənəm” qovğasına başlayan düşərgədə özünütəsdiq kampaniyası aparılır. Bu “döyüşdən” qalib çıxan tərəf həm xarici antimilli mərkəzlərin “çox sağ ol”unu, həm də pulunu qazanacaq.
Bir aydan sonra Müsavat Partiyasının parçalanacağını proqnozlaşdıran radikal düşərgənin başqa təşkilatları - ADP, “Ümid”, KXCP özünü ön sıralara çıxarmaq üçün əllərinə düşən fürsətdən istifadə etmək niyyətindədirlər.
Adıçəkilən partiyalar da meydanı tək AXCP-yə buraxmaq istəmirlər. Sözügedən xarici pulların olduqca böyük məbləğ olduğunu da göz önünə gətirən bu partiyalar artıq siyasi palitrada “mühüm radikal düşərgə təmsilçisi” qismində çıxış etmək istəyirlər.
Hər bir halda radikal düşərgə təmsilçilərinin bu gün milli maraqları heçə sayaraq öz şəxsi mənfəətlərinin arxasınca sürünməsi onların kimliyini ortaya çıxaran faktordur. Yalançı “siyasi məhbus” siyahıları “icad etmək”, emənipərəst dairələrin fikirlərinin təbliğatına geniş yer vermək kimi fəaliyyətlərini davam etdirən düşərgə partiyaları üçün əsas olan qazanacaqları puldur. Necə deyərlər, bu gün istər İsa Qəmbərin, istər Əli Kərimlinin və digərlərinin apardığı dava “yorğan” davasıdır...

Paylaş:
Baxılıb: 1052 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30