Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Azadlıq”ın etirafları...

“Azadlıq”ın etirafları...

21.10.2014 [09:51]

Pərviz Sadayoğlu

Və ya dağıdıcı düşərgə təmsilçiləri hərdən 21 il öncə bu ölkədə qardaş qırğını başlatdıqlarını, səriştəsiz idarəçilikləri nəticəsində qarşıdurmalara rəvac verdiklərini, iqtisadiyyatı çökdürdüklərini xatırlasınlar
1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyə nail olunması, müstəqilliyimizin itirilməsi təhlükəsinin aradan qalxması, suverenliyimizin qorunması və digər uğurlarla yanaşı, həm də iqtisadi inkişafa qədəm qoymamız ilə səciyyələndirilir. Belə ki, məhz Ümummilli liderimizin ölkə rəhbərliyinə qayıdışı dağıdılmış iqtisadiyyatın bərpası, “yox edilmiş” sənayenin dirçəlişi ilə də yadda qaldı. Ötən illərdə əsası Ulu öndərimiz tərəfindən qoyulan və inkişafı hədəfləyən siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bunun nəticəsidir ki, Azərbaycan artıq nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, eləcə də böyük bir coğrafiyanın əsas siyasi-iqtisadi aktoru olmaqla yanaşı, Avropanın da enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib.
Lakin illərdir ki, bu uğurları gözü götürməyən, anti-azərbaycançı dairələrin sifarişi ilə Azərbaycan dövlətçiliyinə, o cümlədən, millətimizə düşmən kəsilən, ölkəmizin maraqlarını heçə sayaraq düşmən dəyirmanına su tökən radikal müxalifət düşərgəsi qazanılan nailiyyətləri, aparılan abadlıq-quruculuq işlərini görməzlikdən gəlir. Ölkəmizdə yeni yaradılan istər sənaye, istər iaşə obyektlərini, istərsə də istirahət məkanlarını özlərinə xas şəkildə “bəyənməyən” düşərgə təmsilçiləri deyəsən, illər öncənin Azərbaycanını “yaddan” çıxarırlar. Amma hərdənbir etiraf etmək məcburiyyətində də qalırlar.
Məsələn, radikal düşərgənin nəzarətində olan “Azadlıq” qəzetində həmin dövrlərə qısa “ekskurs” edilib. Belə ki, türk alimi Orhan Fuat Köprülünün xatirələrinə əsaslanan və o dövrün Azərbaycanını təsvir edən fikirlər bugünkü Azərbaycanın işığında əriyir. Bu gün nəinki paytaxtımızda, eləcə də regionlarımızda elə yüksək xidmət obyektləri fəaliyyət göstərir ki, ölkəmizə gələn turistlər öz heyranlıqlarını gizlədə bilmirlər. Bu gün Azərbaycanın regionları belə dünyanın aparıcı şəhərləri ilə müqayisə ediləcək dərəcədə abad, təmiz və gözəldir. Bütün sahələrdə xidmət ən yüksək səviyyədədir. Bu gün ölkəmiz ən yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Təbii ki, radikal düşərgə nə qədər istəsə belə “cidanı çuvalda gizlədə bilmir”. Azərbaycanın əldə etdiyi uğur, nailiyyət bütün sahələrimizin paralel inkişafını təmin edib. Bu gün istər dünya biznes forumlarında, istərsə də beynəlxalq səviyyəli iqtisadi toplantılarda Azərbaycan dövləti ən etibarlı tərəfdaş qismində xarakterizə olunur. İllərdir ki, radikal müxalifət düşərgəsinin təmsilçiləri ermənipərəst dairələrin pulu ilə ölkəmizə qarşı yalan dolu kampaniyalar aparsalar da, heç nəyə nail ola bilmədilər. Bunun ən əsas səbəbi isə dünyanın aparıcı dövlətlərinin, aparıcı şirkətlərinin ölkəmizdəki işgüzar mühitlə tanışlığından irəli gəlir. Azərbaycanın imicinə qara yaxmaq üçün ermənipərəst dairələrlə eyni səfdə yer tutan dağıdıcı ünsürlər var gücləri ilə çalışsalar da, qazancları etdikləri xəyanətin qarşılığında xalqın onlara qarşı göstərdiyi etinasızlıqdır.
Bəli, illər keçdi və cəmisi 21 il ərzində Azərbaycan başqa ölkələrin 100 ilə keçdiyi böyük bir yolu qət etdi. 21 il öncə əsası qoyulan inkişaf xətti yüksək sürətlə davam etdirilir. İstər regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət proqramlarının, istərsə də ayrı-ayrı sahələrin inkişafı ilə bağlı konkret sənədlərin qəbulu nəticəsində regionlarımızın inkişafı da böyük şəhərlərimizin inkişafı ilə paralel şəkildə aparılır. Hər zaman ağı qaradan seçə bilməyən radikallar isə hərdən də olsa, 21 il öncəsini düşünərək, bu ölkənin olub-qalan sərvətini bir ilin içində necə dağıtdıqlarını, ölkədə qardaş qırğını başlatdıqlarını, səriştəsiz idarəçilikləri nəticəsində qarşıdurmalara rəvac verdiklərini xatırlasınlar...

Paylaş:
Baxılıb: 1146 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31