Ermənistanda hərbi çevriliş ola bilərmi?
30.04.2024 [10:36]
Azərbaycanın Qazax rayonunun 4 kəndinin geri qaytarılması ilə bağlı əldə edilən razılıqdan sonra Ermənistandakı revanşist qüvvələr hakimiyyətə qarşı etirazlar təşkil edir. Revanşistlər bu razılaşmanı həzm edə bilmir və Paşinyan hakimiyyətini “qorxaqlıqda” və “satqınlıqda” ittiham edirlər. Etiraz aksiyaları tərəflər arazında razılaşmanın əldə edildiyini gündən başlayıb. Belə ki, aprelin 19-da gecə saatlarında Tavuşda bir qrup yerli sakin Bağanis-Kirants kəndləri ərazisində Ermənistan-Gürcüstan dövlətlərarası yolunu bağlayıb. Müxalifətin və revanşist qüvvələrin təhriki ilə yolu bağlayanlar Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının görüşünün nəticələrinə və işğal altındakı 4 kəndin Azərbaycana qaytarılmasına etirazlarını bildiriblər. Ermənistandan Gürcüstana gedən dövlətlərarası yolun Kirants kəndi ərazisindəki hissəsi hələ də bağlıdır və burada sərhədin demarkasiyası işləri davam edir. Ümumilikdə, bölgədə vəziyyət hələ də sabit deyil.
Etiraz aksiyaları Ermənistanın digər ərazilərini də əhatə etməyə başlayıb. Etirazçılar İranla dövlətlərarası yolun Kərki kəndi hissəsindən keçən yolu da bağlayıblar. Əraziyə cəlb edilən polislə etirazçılar arasında qarşıdurma yaşanır. Polis güc tətbiq edərək yolu açsa da, problem hələ də qalır.
Gümrü-Armavir yolu da revanşistlərin hədəfində
Bundan başqa, bir qrup müxalifət fəalı ağır texnika və avtomobillərin köməyi ilə Armavir şəhərindən Gümrüyə gedən magistral yolu da bağlayıb və dörd kəndin Bakıya qaytarılmasını nəzərdə tutan Azərbaycanla birtərəfli delimitasiya və demarkasiyaya son qoyulmasını tələb edib. “Biz Ermənistanın baş naziri Nikoldan Paşinyandan Ermənistan “ərazilərini” Azərbaycana təslim etməyi dayandırmağı tələb edirik, o, satqındır, vətənimizə xəyanət edib”, - deyə aksiya iştirakçıları şüarlar səsləndiriblər. Daha sonra hadisə yerinə polis və deputatlar gəlib. Danışıqlardan sonra polis avtomobilləri və ağır texnikanı yoldan çıxarıb və hərəkət bərpa olunub.
Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyini nəzərə alsaq, Gümrü-Armavir yolunun bağlanmasının arxasında digər təxribatçı məqsədlərin dayanması istisna deyil. Bu ehtimalı bugünlərdə etiraz aksiyalarına erməni hərbçilərin qoşulması haqqında məlumatların yayılması daha da gücləndirir. Erməni mediasının yaydığı məlumata görə, Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində keçirilən etiraz aksiyasına bir qrup müqaviləli hərbçi də qoşulub. Bu barədə görüntülər teleqram kanallarında da yayılıb.
Hərbçilər sonradan üzr istəsələr də...
Ermənistan Müdafiə Nazirliyi isə “Tavuş vilayətinin Kirants şəhərində keçirilən siyasi aksiyaya” qoşulan hərbi geyimli şəxslərin kimliyini müəyyənləşdirdiyini bildirib. Nazirlik qeyd edib ki, ordunu siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək. Lakin çox keçmədən sözügedən hərbçilər efirə çıxaraq, etdikləri hərəkətə görə hər kəsdən üzr istəyiblər. Hərbçilər videomüraciət edərək, baş verənlərdən təəssüfləndiklərini bildiriblər. Ermənistan İstintaq Komitəsinin yayımladığı videoda bildirilib ki, bir qrup hərbi qulluqçunun hərbi xidmətin bəzi vəzifələrini yerinə yetirməkdən açıq-aşkar imtina etməsi ilə bağlı cinayət işi açılıb. Həmin hərbçilərin müraciətində isə deyilir: “Biz Kirants kəndinə getdik, orada bizi bir sıra jurnalistlər və nümayişçilər qarşıladılar. Guya biz hərbçilər oraya gedərək nümayişçilərə qoşulmuşuq. Nəzərinizə çatdırırıq ki, bütün bunlar yalandır. Biz ora tələsik getdik, buna görə təəssüflənirik və bütün bunları siyasiləşdirməməyinizi xahiş edirik. Biz əsgərik və bizə tapşırılan tapşırıqları yerinə yetirməliyik”. İcevan hərbi hissəsinin hərbçisi Feliks Baqumyan deyib: “Bizim bu etirazçılarla heç bir əlaqəmiz, siyasi baxışımız yoxdur, bizim orada olmağımız təsadüf olub, buna görə təəssüflənirik, bağışlanmanızı xahiş edirik. Xahiş edirik, bütün bunları siyasiləşdirməyin”.
Ekspert: Revanşistlərə əhali tərəfindən ciddi dəstək verilmir
Hərbçilərin bu davranışı Ermənistanda hərbi çevriliş olması ehtimalını gündəmə gətirib. Bəzi ekspertlər bu hadisəni çevriliş üçün bir “eksperiment” kimi dəyərləndiriblər. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, hazırda Ermənistanda hərbi çevriliş ehtimalı yoxdur. Onun sözlərinə görə, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə etiraz edən ermənilərin sayı elə də çox deyil. Onlar sadəcə kiçik qruplar halında yolları bağlamaqla aksiyalar keçirir. Ermənistanda müxalifətə bu yöndə əhali tərəfindən ciddi dəstək verilmir.
Ekspert qeyd edib ki, kiçik etirazçı qruplar hakimiyyəti dəyişmək iqtidarında deyil: “Bu hadisələr 2018-ci il hadisələri ilə müqayisə olunmamalıdır. O zaman Sarkisyana qarşı etiraz aksiyalarına hərbçilər kütləvi şəkildə qoşulmuşdu. Hərbçilərin həmin aksiyalarda iştiraka Robert Köçəryanın sövq etdiyi bildirilirdi. Doğrudur, indi də Ermənistan ordusunda revanşistlərin müəyyən təsiri var. Lakin ötən dövrdə Paşinyan hakimiyyəti onların xeyli hissəsini ordudan təmizləyib. Sərhədlərin delimitasiya prosesinə qarşı etirazlara qoşulmuş bir qrup erməni hərbçinin sonradan üzr istəmələri və aksiya iştirakçısı olmadıqlarını söyləmələri də göstərir ki, hazırda Ermənistanda hərbi çevriliş ehtimalı yoxdur”.
NARDAR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43

