Kolonializmə “Yox!”
18.05.2024 [10:45]
Müstəqillik uğrunda ədalətli mübarizəyə “Hə”...
Fransanın Yeni Kaledoniyada reallaşdırmaq istədiyi “konstitusiya islahatları”na qarşı bu ölkədə başlanan etirazları zor gücünə səngitməyə çalışır ki, bu da beynəlxalq miqyasda ciddi qınaqlarla qarşılanır. Bu günlərdə Fransanın son müstəmləkələri olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələri Bakı Təşəbbüs Qrupunun çağırışı ilə “Kanak xalqı ilə həmrəylik” adlı videokonfrans təşkil ediblər. Tədbirdə Yeni Kaledoniyadan olan nümayəndələr Fransa polisi və jandarma qüvvələri tərəfindən son günlər paytaxt Numeada və ətraf ərazilərdə törədilən vəhşiliklər barədə ətraflı məlumat veriblər.
Kanak xalqı üçün mövcudluq mücadiləsi
XXI əsrdə müstəmləkəçiliyə, böyük dövlətlərin kiçik ölkələrdə sümürmə siyasəti aparmalarına yer olmamalıdır. Təsadüfi deyildir ki, son illərdə Afrikada və dənizaşırı ərazilərdə Fransa müstəmləkəçiliyinə qarşı etirazlar dalğası heç vaxt olmadığı qədər genişlənib. Artıq yüz illər boyunca qul ticarətindən və müstəmləkəçiliyin digər ağır təzahürlərindən əziyyət çəkən xalqlar öz hüquqlarını tələb edərək əsarətdən qurtulmaq istəyirlər. Getdikcə daha çox sayda Afrika ölkəsində, “Rədd ol Fransa!” şüarları səsləndirilir və bu ölkənin rəmzləri ayaqlar altına atılır.
Fransaya qarşı nifrətin artması isə heç də təsadüfi deyil. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Ancaq Fransa həmin ölkələrə yaxşı heç nə gətirməyib, əvəzində müstəmləkələrində utan?verici izlər qoyub, burada hərbi cinayətlər törədib, yüz minlərlə insanın öl?münə rəvac verib. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır. Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilib, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.
Ötən əsrin 30 ili ərzində fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilib. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqları tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir.
Fransa hakimiyyəti digər müstəmləkələrində olduğu kimi, Yeni Kaledoniyada da yerli kanak xalqının azadlıq, tam müstəqillik arzularını, milli kimliklərini qorumaq istəklərini sinirə bilmir. Əslində, bəhs olunan “islahatlar” son dərəcə mürtəce səciyyə daşıyır. Bu dəyişikliklərin yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir. Buna görə də Emmanuel Makron iqtidarı mümkün vasitələrlə Yeni Kaledoniyada qüvvələr balansını dəyişməyə çalışır. “Konstitusiya islahatları” proseduruna başlanılması da məhz ölkə əhalisinin milli tərkibini dəyişmək kimi xəbis niyyət güdür. E.Makron iqtidarı düşünür ki, kanak xalqının mövqelərini zəifətmək üçün gəlmələrə hüquqi müstəvidə yeni imkanlar açılmalıdır. Bu dəfə söhbət onların seçki hüquqlarının tanınmasından gedir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər.
Göründüyü kimi, siyasi sifariş əsasında Fransa parlamentində müzakirələrinə başlanan “konstitusiya islahatları” layihəsi kanak xalqının milli kimliyinə birbaşa təhdid yaradır. Bədnam “islahatlara” qarşı başlanan hərəkat kanaq xalqı üçün bir mövcudluq, milli kimliyini qorumaq mücadiləsidir.
Çağırış!
Fransa hakimiyyəti Yeni Kaledoniyada başlayan etirazlar dalğasının qarşısını almaqdan ötrü ən qəddar vasitələrlə güc tətbiq edir. Təkcə son hadisələr zamanı 54 mühafizəçi yaralanıb, 82 nümayişçi saxlanılıb. 200 maşın və 50-dən çox iş yeri yandırılıb. Fransa hökuməti etirazları yatırmaq üçün Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Baş nazir Qabriel Attal ərazidə TikTok platformasına girişin məhdudlaşdırıldığını bildirib. Bütün bunlar isə demokratik dəyərlərə ziddir və dünya tərəfindən qəbul olunmur. Bakı Təşəbbüs Qrupunun çağırışı ilə “Kanak xalqı ilə həmrəylik” adlı videokonfransda çıxışçılar kanak xalqına qarşı törədilən vəhşilikləri kəskin qınayıblar. Görüş iştirakçıları beynəlxalq ictimaiyyəti Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə göz yummamağa, haqq səsini ucaltmağa, BMT-yə üzv dövlətləri Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, Fransa tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının qarşısını almağa çağırış ediblər.
Bakı TəşəbbüsQrupu öz növbəsində beynəlxalq ictimaiyyəti müstəmləkəçilikdən əziyyət çəkən regionların xalqları üçün “Birlik, Azadlıq və Müstəqillik” ideyası ətrafında birləşməyə, Fransa kolonializminə “Yox”, müstəqillik uğrunda ədalətli mübarizəyə “Hə” deməyə çağırıb.
Videokonfrans çərçivəsində Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionların müstəqillik çağırışlarını ehtiva edən flaşmob keçirilib.
Qeyd edək ki, mayın 16-da Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə bəyanat yayıb. Sənəddə Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqların dərin narahatçılıq doğurduğu diqqətə çatdırılıb. Bildirldiyi kimi, ictimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin qalıcı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır. Təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da, öz növbəsində, haqlı olaraq insanların narazılığına, habelə etiraz və nümayişlərinə səbəb olub.
Videoformatda baş tutan tədbirdə Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daim dəstəkləyəcəyini bir daha bəyan edib.
MÜBARİZ
Xəbər lenti
Hamısına bax
Dünya
20 Aprel 14:27

İdman
20 Aprel 13:54

Mədəniyyət
20 Aprel 13:18

Diaspor
20 Aprel 12:25

Siyasət
20 Aprel 11:46

Sosial
20 Aprel 11:15

İdman
20 Aprel 10:54

Siyasət
20 Aprel 10:21

Gündəm
20 Aprel 09:52

İdman
20 Aprel 09:35

Dünya
20 Aprel 09:18

Dünya
20 Aprel 08:54

İdman
20 Aprel 08:23

Mədəniyyət
20 Aprel 08:14

Dünya
20 Aprel 07:21

Hadisə
19 Aprel 23:35

Sosial
19 Aprel 22:27

Sosial
19 Aprel 21:36

Dünya
19 Aprel 20:26

Hadisə
19 Aprel 19:54

Elm
19 Aprel 19:27

Dünya
19 Aprel 18:45

Dünya
19 Aprel 18:14

İdman
19 Aprel 17:43

Elanlar
19 Aprel 17:25

Hadisə
19 Aprel 16:51

İdman
19 Aprel 16:19

YAP xəbərləri
19 Aprel 15:58

Dünya
19 Aprel 15:26

YAP xəbərləri
19 Aprel 14:34

Sosial
19 Aprel 14:12

Sosial
19 Aprel 13:56

YAP xəbərləri
19 Aprel 13:12

Siyasət
19 Aprel 12:27

Siyasət
19 Aprel 12:13

Analitik
19 Aprel 11:58

İqtisadiyyat
19 Aprel 11:43

İqtisadiyyat
19 Aprel 11:29

İqtisadiyyat
19 Aprel 11:16

MEDİA
19 Aprel 10:51

Gündəm
19 Aprel 10:45

Analitik
19 Aprel 10:39

Analitik
19 Aprel 10:17

Sosial
19 Aprel 09:54

Analitik
19 Aprel 09:34

Sosial
19 Aprel 09:12

Analitik
19 Aprel 08:57

Ədəbiyyat
19 Aprel 08:20

Dünya
18 Aprel 23:41

Mədəniyyət
18 Aprel 23:35

YAP xəbərləri
18 Aprel 23:12

Siyasət
18 Aprel 22:51

YAP xəbərləri
18 Aprel 22:29

Sosial
18 Aprel 22:14

Dünya
18 Aprel 21:53

YAP xəbərləri
18 Aprel 21:37

Siyasət
18 Aprel 21:19

YAP xəbərləri
18 Aprel 20:55

Xəbər lenti
18 Aprel 20:11

Dünya
18 Aprel 19:47

Analitik
18 Aprel 19:42

Gündəm
18 Aprel 19:28

YAP xəbərləri
18 Aprel 19:24

İdman
18 Aprel 19:15

YAP xəbərləri
18 Aprel 18:37

Siyasət
18 Aprel 18:10

Xəbər lenti
18 Aprel 17:24

YAP xəbərləri
18 Aprel 17:23

İqtisadiyyat
18 Aprel 17:22

YAP xəbərləri
18 Aprel 17:16
