ABŞ-dan dəstək təklifi...
05.06.2024 [10:10]
Rəsmi Vaşinqton hesab edir ki, son proseslər sülh quruculuğunun gələcəyinə ümid yaradır
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması beynəlxalq birliyin diqqət mərkəzindədir. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması üçün Azərbaycanla Ermənistan üçün sülh müqaviləsinin imzalanması vacibdir. Azərbaycan dövləti regionun gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Uzun müddətdir ki, tərəflər sülh sazişi layihəsini müzakirə edir. Sonuncu dəfə bununla bağlı xarici işlər nazirləri arasında görüş 10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində gerçəkləşib.
İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı bəzi böyük dövlətlər vasitəçilik təşəbbüsü ilə çıxış ediblər. ABŞ da belə təşəbbüslər irəli sürən dövlətlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi layihəsinin müzakirəsi ilə bağlı üç görüşü ABŞ-da baş tutub. Bundan əlavə, ABŞ rəsmiləri mütəmadi olaraq, Azərbaycana və Ermənistana səfərlər edir, münasibətlərin normallaşdırılması üçün müxtəlif təkliflər verirlər.
Yeri gəlmişkən, iyunun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, eləcə də postmünaqişə dövründə regional sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov iki ölkənin rəsmiləri arasında təmasların intensivləşməsinin münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərdiyini diqqətə çatdıraraq, bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib. ABŞ rəsmisi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan danışıqlar, habelə sülh gündəliyi üzrə əldə olunan son nəticələr barədə ətraflı məlumatlandırılıb.
Ceyhun Bayramov xüsusilə delimitasiya komissiyaları arasında əldə edilən, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri qaytarılmasını ehtiva edən son razılığın ikitərəfli danışıqlar prosesinin regional sülh və etimad quruculuğuna real töhfə vermək baxımından faydalılığını bir daha vurğulayıb. Söhbət zamanı mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində konstruktiv ruhda baş tutan danışıqların da ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət etdiyi qeyd olunub.
Baş müşavir Lui Bono isə regionda baş verən son proseslərin sülh quruculuğunun gələcəyinə ümid yaratdığını, bu istiqamətdə ABŞ tərəfinin də danışıqlar prosesinə dəstək və töhfə verməyə daim hazır olduğunu ifadə edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono təxminən on gün öncə Ermənistana səfər etmişdi. İrəvanda Lui Bono baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslərlə görüşmüşdü. Həmin görüşlərdə də əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması olub.
Ümumiyyətlə, 2020-ci ildə baş vermiş Vətən müharibəsi və ötən il Qarabağdakı antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan qarşıdakı mərhələdə regionda təhlükəsizlik arxitekterasının formalaşması istiqamətində addımlar atır. Dünya birliyi də məsələnin mahiyyətini obyektiv şəkildə dəyərləndirir. Azərbaycanın sülh üçün yaratdığı imkanlar mühüm məqamlardan xəbər verir. Təbii ki, məsələnin real həllində maraqlı olan tərəflər, həm də bu sülhün möhkəmliyi üçün səy göstərməlidir. Bu gün Azərbaycan bölgənin yeni inkişaf mərhələsi naminə məhz dayanıqlı sülhü təbliğ edir. Beynəlxalq birlik, o cümlədən ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lideri və əsas siyasi-iqisadi oyunçusudur. Yeni dönəmdə Cənubi Qafqaz regionu ilə münasibətlərin sıxlaşdırılması, sülh gündəliyinin irəli aparılması birbaşa Azərbaycanın iştirakı ilə reallaşır. Bu isə qarşılıqlı tərəfdaşlığı daha da gücləndirən amil kimi çıxış edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Dünya
16 İyun 10:27

Dünya
16 İyun 09:29

Dünya
16 İyun 08:25

Sosial
15 İyun 23:21

Dünya
15 İyun 22:30

Dünya
15 İyun 21:25

Hadisə
15 İyun 20:34

Hadisə
15 İyun 19:23

Siyasət
15 İyun 18:32

YAP xəbərləri
15 İyun 17:11

Sosial
15 İyun 16:26

Dünya
15 İyun 16:15

YAP xəbərləri
15 İyun 16:00

Dünya
15 İyun 15:17

Sosial
15 İyun 14:30

Siyasət
15 İyun 13:49

Dünya
15 İyun 12:28

Gündəm
15 İyun 12:22

Dünya
15 İyun 11:47

Gündəm
15 İyun 11:40

Dünya
15 İyun 11:18

YAP xəbərləri
15 İyun 11:00

Dünya
15 İyun 10:35

Müsahibə
15 İyun 10:30

Gündəm
15 İyun 10:08

İdman
15 İyun 09:58

YAP xəbərləri
15 İyun 09:58

Hadisə
15 İyun 09:24

Dünya
15 İyun 08:39

Gündəm
15 İyun 08:26

Gündəm
15 İyun 08:06

Dünya
15 İyun 07:42

Gündəm
15 İyun 00:20

Dünya
14 İyun 23:11

İdman
14 İyun 22:35

Gündəm
14 İyun 21:09

Dünya
14 İyun 20:12

Siyasət
14 İyun 19:13

Gündəm
14 İyun 18:59

YAP xəbərləri
14 İyun 18:37

Dünya
14 İyun 18:28

Sosial
14 İyun 17:37

YAP xəbərləri
14 İyun 16:25

Xəbər lenti
14 İyun 16:23

YAP xəbərləri
14 İyun 15:43
YAP xəbərləri
14 İyun 14:21

YAP xəbərləri
14 İyun 13:59

YAP xəbərləri
14 İyun 13:17

Sosial
14 İyun 12:51

YAP xəbərləri
14 İyun 12:48

YAP xəbərləri
14 İyun 12:31

Mədəniyyət
14 İyun 12:27

MEDİA
14 İyun 12:15

Gündəm
14 İyun 12:10

Siyasət
14 İyun 12:05

Siyasət
14 İyun 11:52

MEDİA
14 İyun 11:38

Analitik
14 İyun 11:24

YAP xəbərləri
14 İyun 11:23

Analitik
14 İyun 11:00

YAP xəbərləri
14 İyun 10:55

Siyasət
14 İyun 10:26

Sosial
14 İyun 09:53

Elm
14 İyun 08:51

Ədəbiyyat
14 İyun 08:37

İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17
