Vatikan Ukraynaya “ağ bayraq” qaldırmağı tövsiyə edir...
05.06.2024 [10:40]
Papa münaqişənin həllini danışıqlar masasında görmək istəyir
XXI əsrin ikinci onilliyində bəşəriyyət hələ də sülh və sabitlik axtarışındadır. Onsuz da qlobal böhranların və problemlərin günü-gündən artdığı bir dövrdə müharibələrin daha da şiddətlənməsi vəziyyəti daha da kritikləşdirir. Halbuki qarşılıqlı anlaşmalar, müzakirələr birmənalı şəkildə bütün problemlərdən çıxış yolu vəd edir - ən azından, bəşəri dəyərlərə sədaqət və itaət insanların qırğınların, haqsız döyüşlərin qurbanı olmasına imkan verməz.
Təbii ki, burada bəzi məqamlar diqqəti cəlb edir - müharibələrin miqyasının daha da genişlənməsində maraqlı olan qüvvələrin ortaya qoyduğu fəaliyyətdən başlayaraq, bu müharibələrin nəticələrində korporativ maraq axtaran güclərə qədər hər kəs sülhün və sabitliyin bərpasına laqeyd yanaşır. Bunun nəticəsidir ki, dünyanın əksər bölgələrində bu gün qanlı döyüşlər gedir, insanlar əziyyət çəkirlər. Sülh çağırışlarına isə demək olar ki, təsadüfi hallarda rast gəlinir - tam əksinə, müharibənin daha da alovlanması üçün əlindən gələni əsirgəməyənlər hətta yaşadıqları coğraf?yanı nə qədər böyük təhlükə qarşısında qoyduqlarının fərqində deyillər.
Papadan çağırış...
Müharibələri istisna edən, ona qarşı çıxan ən böyük qüvvə isə müqəddəs dinlərdir. Təsadüfi deyil ki, sülhü və əmin-amanlığı təbliğ və təşfiq edən səmavi dinlərin nümayəndələri dünyanın dörd bir tərəfini bürümüş müharibə alovunun sönməsi üçün cəhdlər göstərirlər. Yeri gəlmişkən, hər zaman sülh çağırışları ilə yadda qalan Roma Papası Fransisk yenə də Ukrayna - Rusiya müharibəsinə diqqət çəkib. Papa bildirib ki, Ukrayna ağ bayraq qaldırmalıdır. O vurğulayıb ki, Ukrayna ağ bayraq qaldırmağa cəsarət etməli və müharibəni dayandırmaq üçün Rusiya Federasiyası ilə danışıqlara razılıq verməlidir. “Danışıqlar aparmaq” sözü cəsarətli sözdür. Uğursuz olduğunuzu, işlərin yaxşı getmədiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır. Mən inanıram ki, ən güclü vəziyyətə baxan, insanlar haqqında düşünən, ağ bayraq qaldırmağa cəsarəti olan və danışıqlar aparandır”, - deyə Papa qeyd edib.
Xatırladaq ki, bu çağırış Papanın ilk çağırışı deyil - bu ilin martında da Papa Fransisk bildirmişdi ki, Ukrayna ağ bayraq qaldırıb Rusiya ilə danışıqlara başlamaq üçün cəsarət göstərməlidir. “Məncə, vəziyyətə baxan, xalqı düşünən, ağ bayraq qaldırmaq cəsarəti daşıyan, danışıqlar aparan ən güclüdür. Danışıq sözü cəsarətli sözdür. Məğlub olduğunuzu, işlərin pis getdiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır. Danışıqlar beynəlxalq qüvvələrin köməyi ilə aparılmalıdır”, - Papa vurğulamışdı: “Siz utana bilərsiniz, amma bu müharibə sonda nə qədər ölüm gətirəcək? Biz vaxtında danışıqlar aparmalı, vasitəçi kimi çıxış edə biləcək ölkə tapmalıyıq. İşlər daha da pisləşməzdən əvvəl danışıqlar aparmaqdan çəkinməyin”. Hətta o dövrdə Roma Papası namizədliyini irəli sürən vasitəçi ölkələr arasında Türkiyənin adını xüsusi qeyd etmişdi. Ondan vasitəçilik etməyə hazır olub-olmadığını soruşduqda, Papa cavab vermişdi: “Mən buradayam”.
Sülh üçün hər kəs səfərbər olmalıdır...
Beləliklə, yeni inkişaf dövrünün başlaması üçün ilk növbədə yeni münasibətlər sisteminin formalaşması zərurəti yenidən gündəmə gəlir. Qan-qadalı müharibələrin, döyüşlərin insanlığa xeyir verməyəcəyini bilə-bilə dövlətlər bunun davam etməsi üçün səy göstərir - halbuki, vəziyyətin gedişi onu göstərir ki, bu tip müharibələr nəinki yaxın, hətta geniş mənada qitə üçün mühüm problemləri ortaya çıxarır. İki ildən artıqdır ki, Ukrayna - Rusiya müharibəsi nəticəsində Avropada bütün nizam dəyişib. Hətta vəziyyət o yerə gəlib çatıb ki, artıq Ukraynanı dəstəkləyən kollektiv Qərb döyüşlərin yeni mərhələyə keçməsi uğrunda çalışır - onlar düşünmürlər ki, bu tip müharibələrin qazancı itkisindən dəfələrlə azdır. Həyatını itirən insanlar, dağılan şəhərlər və kəndlər, öz yurd yerlərini tərk etməyə məcbur qalmış insanlar bu travmaları illərlə unuda bilmir və baş verənlər bütövlükdə Avropanın həyatına mənfi təsirləri ilə yadda qalır. Kilsənin bu çağırışı isə insani dəyərlərlə yanaşı, həm də siyasi sabitliyi, hərbi qarşıdurmanın dayanmasını təşviq edir. Qeyd edək ki, hətta sonuncu ənənəvi Pasxa mesajında Roma Papası Fransisk Rusiya və Ukrayna arasında “hamının hamıya” prinsipinə əsasən əsirlərin mübadiləsinə çağırış etmişdi. O, beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağıraraq, Rusiya və Ukrayna arasında bütün məhbusların universal mübadiləsinə ümid etdiyini dilə gətirmişdi.
Vatikan siyasi imkanları dəyərləndirir...
Vurğulandığı kimi, bu çağırış hər şeydən öncə Avropa qitəsində sabitliyin və sülhün bərqərar olunması üçün siyasi çabadır. Bəllidir ki, kilsə Avropa üçün ruhani mahiyyəti qədər, həm də siyasi mahiyyət daşıyır. Bu səbəbdəndir ki, münaqişələrin dayanması, sülhün bərqərarı üçün reallaşan hər bir toplantı və ya konfrans kilsənin diqqət mərkəzindədir - təsadüfi deyil ki, sülh çağırışı anonsunu daha da təsirli etmək üçün Vatikan münaqişənin danışıqlar yolu ilə həllinə yardım edə biləcək müzakirələri də təqdir edir. Təsadüfi deyil ki, Papanın Ukrayna üzrə elçisi, İtaliya yepiskopları konfransının rəhbəri, kardinal Matteo Zuppi bir neçə gün öncə TASS-a eksklüziv açıqlamasında bildirmişdi ki, iyun ayında keçiriləcək Ukrayna Sülh Konfransı sülhə nail olmaq üçün perspektivlərin və imkanların qiymətləndirilməsində mühüm rol oynayacaq. “Ümid edək ki, bu, növbəti addımlar və zəmin hazırlamaq üçün təməlin qoyulmasında faydalı olacaq”, - kardinal bildirib.
Sülh perspektivlərindən danışan kardinal gərginliyin artmasına imkan verməməyin vacib olduğunu qeyd edərək, Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Parolinin bu məsələ ilə bağlı bəyanatının vacibliyini vurğulamışdı. “Düşünürəm ki, Avropanın münaqişənin danışıqlar yolu ilə həllini təşviq etmək üçün böyük məsuliyyəti var və ədalətli, davamlı sülh nizamlanmasına nail olmaq üçün başqa əsas ola bilməz” - o demişdi.
Göründüyü kimi, dünyada olduqca vacib rollardan birini oynayan kilsə hələ də sülh ümidini itirməyib - səslənən bəyanatların ümumi mahiyyətinə varsaq, bu sülhün həm də Avropa üçün “yenidən inkişaf” proqramı sayıldığını da müşahidə edə bilərik...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
16 İyun 10:27

Dünya
16 İyun 09:29

Dünya
16 İyun 08:25

Sosial
15 İyun 23:21

Dünya
15 İyun 22:30

Dünya
15 İyun 21:25

Hadisə
15 İyun 20:34

Hadisə
15 İyun 19:23

Siyasət
15 İyun 18:32

YAP xəbərləri
15 İyun 17:11

Sosial
15 İyun 16:26

Dünya
15 İyun 16:15

YAP xəbərləri
15 İyun 16:00

Dünya
15 İyun 15:17

Sosial
15 İyun 14:30

Siyasət
15 İyun 13:49

Dünya
15 İyun 12:28

Gündəm
15 İyun 12:22

Dünya
15 İyun 11:47

Gündəm
15 İyun 11:40

Dünya
15 İyun 11:18

YAP xəbərləri
15 İyun 11:00

Dünya
15 İyun 10:35

Müsahibə
15 İyun 10:30

Gündəm
15 İyun 10:08

İdman
15 İyun 09:58

YAP xəbərləri
15 İyun 09:58

Hadisə
15 İyun 09:24

Dünya
15 İyun 08:39

Gündəm
15 İyun 08:26

Gündəm
15 İyun 08:06

Dünya
15 İyun 07:42

Gündəm
15 İyun 00:20

Dünya
14 İyun 23:11

İdman
14 İyun 22:35

Gündəm
14 İyun 21:09

Dünya
14 İyun 20:12

Siyasət
14 İyun 19:13

Gündəm
14 İyun 18:59

YAP xəbərləri
14 İyun 18:37

Dünya
14 İyun 18:28

Sosial
14 İyun 17:37

YAP xəbərləri
14 İyun 16:25

Xəbər lenti
14 İyun 16:23

YAP xəbərləri
14 İyun 15:43
YAP xəbərləri
14 İyun 14:21

YAP xəbərləri
14 İyun 13:59

YAP xəbərləri
14 İyun 13:17

Sosial
14 İyun 12:51

YAP xəbərləri
14 İyun 12:48

YAP xəbərləri
14 İyun 12:31

Mədəniyyət
14 İyun 12:27

MEDİA
14 İyun 12:15

Gündəm
14 İyun 12:10

Siyasət
14 İyun 12:05

Siyasət
14 İyun 11:52

MEDİA
14 İyun 11:38

Analitik
14 İyun 11:24

YAP xəbərləri
14 İyun 11:23

Analitik
14 İyun 11:00

YAP xəbərləri
14 İyun 10:55

Siyasət
14 İyun 10:26

Sosial
14 İyun 09:53

Elm
14 İyun 08:51

Ədəbiyyat
14 İyun 08:37

İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17
