Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət Xidməti: “COP29” ilə bağlı saxta səhifələrin sayı artıb

Dövlət Xidməti: “COP29” ilə bağlı saxta səhifələrin sayı artıb

26.08.2024 [10:10]

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların yaradılması müşahidə olunur, onlardan bir qismi informasiya manupulyasiyasına hədəflənmiş resurslar olsa da, bir çoxu kiberdələduzlar tərəfindən yaradılmış saxta resurslardır.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui istifadə edərək müxtəlif biznes və məşğulluq yönümlü platformalarda “COP29”-la bağlı açılan iş yerləri barədə sosial şəbəkələrdə saxta məlumatlar yerləşdirməkdədirlər.

Bu günə qədər “COP29”-un təhlükəsizlik idarəetmə mərkəzi ilə birgə 15 saxta informasiya resursu aşkarlanmış və ölkə üzrə bloklanması təmin edilmişdir.

Xidmət vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən verilən məlumatlara inanmağa çağırır, müxtəlif sosial şəbəkələrdə yayılan saxta və yalan məlumat əsaslı kampaniyalara qarşı diqqətli olmağa səsləyir.

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dinamik inkişaf dövrü

09 Sentyabr 16:57

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30