BRICS-in yeni siyasi gündəmi
05.10.2024 [08:08]
Kazan sammiti qlobal iqtisadi-siyasi həyata nə vəd edir?
Təşkilat qlobal böhranların aradan qaldırılması üçün səyləri birləşdirir
Yarandığı 18 ildə mühüm inkişaf yolu keçmiş BRICS hazırda dünyanın yeni “iqtisadi gündəmi” adlandırılmaqdadır. 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan, Çin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılan qurum üzvləri arasındakı ikitərəfli münasibətlər siyasi kurslara qarışmamaq şərti ilə, bərabərlik və qarşılıqlı fayda əsasında inkişaf etdirilir. Bu isə təşkilatın qısa zamanda xüsusilə irəliyə doğru addımlamasına şərait yaradıb. İlk yaranan dövrlərdə təşkilatın adı BRİC olsa da, 2011-ci ildə bu sıraya Cənubi Afrika Respublikasının da qoşulması təşkilatın adında da yeniliyə yol açdı.
Kazan sammitindən gözləntilər...
Vurğulandığı kimi təşkilat son dövrlərdə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub - tərəfdaşlığın məqsədi “ardıcıl, fəal, praqmatik, açıq və şəffaf dialoq, əməkdaşlıq” kriteriyaları üzərində formalaşdırılıb. Yaxın perspektiv üçün gözlənti isə tərəfdaşlıq nəticəsində üzv ölkələrin dünya miqyasında iqtisadi və siyasi mövqelərini möhkəmləndirməsidir. İldə bir dəfə - reqlamentə uyğun olaraq keçirilən sammitdə isə ətraf mühit problemləri, yoxsulluğın aradan qaldırılması, sosial inkişaf, maliyyə institutlarının əlaqələndirilməsi və bu kimi siyasi-iqtisadi həyatın bütün müvafiq aspektləri müzakirə olunur. Paralel olaraq təşkilatın genişlənməsi də prioritetlər arasındadır.
Yeri gəlmişkən, oktyabrın sonunda Kazanda keçiriləcək BRICS sammitində “BRICS tərəfdaşının yeni statusu” adlı hesabat təqdim olunacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini, Rusiyanın BRICS-də nümayəndəsi Sergey Ryabkov deyib. Onun sözlərinə görə, indi qarşıda duran vəzifə artıq qəbul edilmiş üzvləri alyansa inteqrasiya etməkdir. “Ancaq BRICS-in qapıları açıqdır”, -deyə o əlavə edib. Ryabkov onu da qeyd edib ki, BRICS-in sıralarının genişlənməsi əsas məqsəd deyil. Müraciət edən ölkələr üçün heç bir xüsusi tələb olmayacaq, lakin müəyyən meyarlar olacaq. BRICS-ə qoşulmaq üçün ölkələr “suveren kurs tutmalı”, “beynəlxalq və regional məsələlərdə mühüm rol oynamalı” və assosiasiya üzvlərinə qarşı sanksiyalara qoşulmamalıdır.
S.Ryabkovun qeyd etdiyi kimi, 30-dan çox lider Kazanda oktyabr sammitində iştirakını təsdiqləyib.
BRICS-in inkişaf strategiyası...
Son dövrlərdə BRICS-ə marağın artması da sirr deyil - BRICS ölkələri birlikdə dünya ÜDM-nin demək olar ki, dörddə birini əks etdirir və dünya əhalisinin təxminən 45 faizini əhatə edən genişmiqyaslı qlobal bazar statusunu daşıyır. Həmçinin maliyyə resursları BRICS ölkələrində təxminən 25 trilyonu keçir. Təşkilatın iqtisadi konsepsiyasına əsasən, BRICS ölkələrində prioritetlər kənd təsərrüfatı, ticarət, investisiya və mineral xammala verilir. Qurumun 2025-ci ilə qədərki İqtisadi Tərəfdaşlıq Strategiyası da hazırlanıb - bu strategiyanın üç əsas bloku var:
-ticarət;
-investisiyalar və maliyyə;
-rəqəmsal iqtisadiyyat və davamlı inkişaf.
Formatın son dövrlərdə önə çəkdikləri prioritet vəzifələrindən biri koronavirus pandemiyası kimi bütün növ iqtisadi və qlobal böhranların aradan qaldırılması üçün səylərin birləşdirilməsidir. Ölkələr həmçinin ticarət məhdudiyyətlərinə qarşı çıxmaq və Ümumdünya Ticarət Təşkilatında islahatlar aparmaq üçün fəal iş aparırlar. Paralel olaraq BRICS-i fərqləndirən cəhətlərdən biri də iqtisadi artımı sürətləndirmək və dolların iqtisadiyyatlara təsirini zəiflətmək üçün milli valyutalarda hesablaşmaları inkişaf etdirmək tərəfdarı olmasıdır.
BRICS üzvü ölkələrin beynəlxalq maliyyə təşkilatı sayılan Yeni İnkişaf Bankı hazırda qurum ölkələrində təxminən 8 milyard dollar dəyərində bərpa olunan enerji və infrastruktur layihələrini təsdiqləyib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, qlobal maliyyə böhranından sonra qlobal iqtisadiyyat üçün əsas dəstək sistemi kimi çıxış edən aşağı gəlirli ölkələrlə məhz BRICS ticarəti və investisiyaları təmsil olunub.
Bakı üzvlük üçün müraciət edib
Vurğulandığı kimi, Kazan sammitində BRICS-in sıralarının genişlənməsi məsələsinin də bu və ya digər şəkildə müzakirə predmeti olması gözlənilir - bu isə, təşkilatın gələcək perspektivini daha da gücləndirir. Xatırladaq ki, 2023-cü ilin avqust ayına qədər 40 ölkə BRICS-ə qoşulmaqda maraqlı olduğunu bildirmişdi. Onlardan 20-yə yaxını rəsmi olaraq qəbul üçün müraciət belə etmişdi. Üzvlük üçün rəsmi müraciət edən ölkələr sırasında Əlcəzair, Banqladeş, Belarus, Venesuela və Pakistan da var. Qrupun 2024-cü ilin sonuna kimi Şərqi Afrika ölkələri ilə qarşılıqlı əlaqələrinin daha da güclənəcəyi proqnozlaşdırılır - bunda əsas rol Misir, Efiopiya, İran və BƏƏ-nin birliyə daxil olması ilə bağlıdır. Bu ilin yanvarında qəbul edilən namizədlər arasında təmsilçilikdən imtina edən yeganə ölkə Argentina oldu.
Qeyd edək ki, Azərbaycan da BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyib.
Paralel olaraq Azərbaycanın bu istəyi Rusiya tərəfindən də dəstəklənib. Bu ilin avqustunda Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirmişdi ki, Moskva Bakının BRICS-ə qoşulmaqla bağlı müraciətini dəstəkləyir. “Biz hesab edirik ki, bu, çox güclü namizəddir və o, BRICS-ə qoşulmaqla, şübhəsiz ki, özü ilə BRICS-ə xas olan həm əlavə dinamika, həm də unikal təcrübə, o cümlədən bir çox gündəmlər üzrə konstruktiv iş təcrübəsi gətirəcək” - deyə Rusiya XİN-in rəsmisi vurğulamışdı.
BRICS-in sürətlə inkişaf edən ölkələr qrupu olmasını göz önünə gətirsək, Azərbaycanın qurumda təmsilçiliyi təbii qarşılanır. Zəngin resurslara malik ölkəmizdə iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Azərbaycan yüksək inkişaf templəri ilə irəliləyərək özünün iqtisadi və maliyyə imkanlarını genişləndirir. Paralel olaraq Çin, Rusiya kimi nəhəng dövlətlərlə yaxın tərəfdaş əlaqələri Azərbaycana BRICS platformasında da yeni imkanlar qazandıra bilər.
Azərbaycanın qlobal təşəbbüsləri...
Azərbaycanın BRICS-in inkişafına verə biləcəyi mühüm töhfələrdən biri də ölkəmizin qlobal təşəbbüslərdəki aktivliyidir - təxminən bir aydan sonra ölkəmizdə keçiriləcək COP29 bunun bariz misalıdır. Təsadüfi deyil ki, BRICS sammitlərində qaldırılan ən mühüm məsələlərdən biri məhz iqlim dəyişikliyi problemidir. Ölkələr qlobal istiləşmə ilə mübarizə fonunda öz iqtisadi və enerji maraqlarını balanslaşdırmağa çalışırlar. Burada isə Azərbaycanın problemin həlli istiqamətində müzakirə yaratması, bu istiqamətdə beynəlxalq platforma kimi çıxış etməsi mühüm üstünlüklər yaradır. Perspektivdə “yaşıl enerji” siyasətini şaxələndirməyi planlaşdıran Azərbaycanın prioriteləri BRICS ilə üst-üstə düşür.
Ümumiyyətlə, BRICS daha balanslı və çoxtərəfli sazişlər prinsipinə əsaslanan çoxqütblü dünya ideologiyasını təbliğ etməkdədir - xüsusilə, bu təşkilatın hazırda Afrika gündəliyinin həyata keçirilməsi üçün əsas hərəkətverici qüvvələrdən birinə çevrilməsi də diqqəti cəlb edir. Azərbaycanın Afrikadakı bəzi ölkələrin istismar edilməsinin qarşısının alınması istiqamətində apardığı siyasət müəyyən prizmalarına görə təşkilatın siyasi krusu ilə uzlaşır. Belə ki, BRICS müstəqil siyasi-iqtisadi əlaqələrin tərəfdarı kimi çıxış edir - beləliklə, qurumun Afrika gündəliyi həm də ordakı ölkələrin siyasi-iqtisadi azadlığının əsas təminatçılarından biri kimi çıxış etməyə imkan yaradır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
06 Noyabr 21:48
Xəbər lenti
06 Noyabr 21:29
Xəbər lenti
06 Noyabr 21:17
İqtisadiyyat
06 Noyabr 20:56
Dünya
06 Noyabr 20:37
Sosial
06 Noyabr 20:14
Hərbi
06 Noyabr 19:47
COP29
06 Noyabr 19:31
Sosial
06 Noyabr 19:12
YAP xəbərləri
06 Noyabr 18:58
COP29
06 Noyabr 18:41
Elm
06 Noyabr 18:41
Siyasət
06 Noyabr 18:30
Dünya
06 Noyabr 18:27
Siyasət
06 Noyabr 18:21
Siyasət
06 Noyabr 18:14
Maraqlı
06 Noyabr 18:09
YAP xəbərləri
06 Noyabr 17:49
YAP xəbərləri
06 Noyabr 17:48
YAP xəbərləri
06 Noyabr 17:46
YAP xəbərləri
06 Noyabr 17:45
YAP xəbərləri
06 Noyabr 17:43
YAP xəbərləri
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:38
YAP xəbərləri
06 Noyabr 17:36
YAP xəbərləri
06 Noyabr 17:35
YAP xəbərləri
06 Noyabr 17:33
YAP xəbərləri
06 Noyabr 17:32
YAP xəbərləri
06 Noyabr 17:31
YAP xəbərləri
06 Noyabr 17:29
YAP xəbərləri
06 Noyabr 17:28
YAP xəbərləri
06 Noyabr 17:27
Mədəniyyət
06 Noyabr 17:25
İdman
06 Noyabr 17:24
Sosial
06 Noyabr 17:23
Xəbər lenti
06 Noyabr 16:54
Sosial
06 Noyabr 15:49
Siyasət
06 Noyabr 15:48
Sosial
06 Noyabr 15:26
Sosial
06 Noyabr 15:15
Gündəm
06 Noyabr 14:22
Sosial
06 Noyabr 14:11
Dünya
06 Noyabr 13:29
Dünya
06 Noyabr 13:28
Gündəm
06 Noyabr 13:28
Siyasət
06 Noyabr 12:59
Elm
06 Noyabr 12:58
Gündəm
06 Noyabr 12:56
Siyasət
06 Noyabr 12:29
YAP xəbərləri
06 Noyabr 11:32
İqtisadiyyat
06 Noyabr 11:24
Siyasət
06 Noyabr 11:23
Sosial
06 Noyabr 11:10
İqtisadiyyat
06 Noyabr 11:08
Siyasət
06 Noyabr 11:06
Siyasət
06 Noyabr 11:06
İqtisadiyyat
06 Noyabr 11:03
MEDİA
06 Noyabr 10:58
Din
06 Noyabr 10:53
Gündəm
06 Noyabr 10:49
İqtisadiyyat
06 Noyabr 10:42
Sosial
06 Noyabr 10:39
İqtisadiyyat
06 Noyabr 10:25
İqtisadiyyat
06 Noyabr 10:16
Siyasət
06 Noyabr 10:12
Siyasət
06 Noyabr 09:51
Dünya
06 Noyabr 09:34
Dünya
06 Noyabr 09:18
Dünya
06 Noyabr 08:42
Əlaqə
06 Noyabr 08:19