“Müharibə proqnozu verənlər təhlükənin olduğunu nəzərə alırlar”
08.03.2013 [17:21]
Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Karl Öllenger martın 6-da Milli Məclis rəhbərliyi ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı situasiyadan müharibə qoxusu gəldiyini bildirib. Dağlıq Qarabağda müharibənin yenidən başlana biləcəyi ilə bağlı avropalıların verdikləri bəyanatların son dövrlər nə üçün intensivləşməsi sualına AzNews.az-a verdiyi açıqlamada aydınlıq gətirən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli məclisin deputatı Mübariz Qurbanlı deyib ki, 1994-cü ildə imzalanan atəşkəs nəticəsində hərb cəbhəsində əməliyyatlar dayandırılıb. Amma Ermənistanın aqressivliyi nəticəsində bu illər ərzində mütəmadi olaraq atəşkəs pozulur, əsgərlər snayperlər tərəfindən vurulur: “Azərbaycan tərəfi hərbi əməliyyatların başlanmaması, yenidən müharibənin alovlanmaması üçün Ermənistana dəfələrlə təkliflər verir ki, işğal etdiyi ərazilərimizdən çıxsın, torpaqlarımızdan əl çəksin və müharibə məsələsinə son qoysun. Ermənistan isə bu təkliflərə reaksiya vermir, əksinə aqressivliyi daha da artırır. Müharibənin yenidən başlanması barədə verilən bəyanatlara gəldikdə atəşkəs imzalanandan bu günə kimi belə proqnozlar dəfələrlə verilib. Dəfələrlə ABŞ, Rusiya və digər ölkələrin ekspertləri tezliklə müharibənin başlayacağı proqnozunu verib, bəziləri isə hətta nə zaman başlayacağı tarixini də deyiblər. Ancaq buna baxmayaraq hərb cəbhəsində atəşkəs qorunub saxlanıb. Bizim hökumətimiz torpaqlarımızın hərbi yolla işğaldan azad etmək istəyini və siyasətini daim elan edib. Bu, bizim işğal olunmuş torpaqlarımızı azad etmək, işğalçıya qarşı müharibə aparmaq haqqımızdır, siyasi hüququmuzdur, beynəlxalq hüquq da buna əsas verir”.
Millət vəkilinin qənaətincə, BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana öz torpaqlarını təcavüzdən azad etmək imkanı versə də, rəsmi Bakı səbirli, praqmatik hücum diplomatiyası siyasəti həyata keçirir və qarşı tərəfi sülhə təbii yolla məcbur etmək xətti götürüb: “Amma hərbi baxımdan da üstünlüyümüz var. Buna rəğmən Ermənistanın da başqaları tərəfindən himayə olunduğu sirr deyil. Müharibə proqnozları verənlər də belə bir təhlükənin olduğunu nəzərə alırlar”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

