MSK bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar keçirib
19.12.2024 [14:54]
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.
AZƏRTAC xəbər verir ki, genişmiqyaslı proqrama əsasən dekabrın 19-da bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar təşkil olunub. Qeyd etmək lazımdır ki, namizədliyin qeydə alınması üçün təqdim olunan imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdindəki işçi qruplarını əhatə edən bu layihə ənənəvi şəkildə gerçəkləşdirilməklə, onların fəaliyyətinin daha da təkmilləşdirilməsinə mühüm töhfələr verib və sonuncu belə tədbir qısa müddət əvvəl ölkəmizdə Milli Məclisə seçkilər zamanı reallaşdırılıb. Bütün sadalananlar nəzərə alınaraq, budəfəki seminar bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydə alınması prosesinin dinamik və intensiv davam etdiyi bir mərhələdə müxtəlif aidiyyəti məsələlərin və təcrübədə ortaya çıxan halların tam praktiki müzakirəsinə həsr olunub.
Seminar Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə başlayıb. O, çıxışında bir sıra məqamlarla yanaşı, Komissiya tərəfindən ardıcıl, sistemli şəkildə həyata keçirilən maarifləndirmə layihələrindən danışıb, bu layihələrin seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb. R.Qasımov, həmçinin bələdiyyə seçkilərində vətəndaşların birbaşa Konstitusiya ilə təsbit edilmiş passiv seçki hüquqlarının daha səmərəli təmin olunmasında dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən işçi qruplarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladı, onların öz vəzifə və səlahiyyətlərini yerinə yetirərkən qanunvericiliyin tələblərinə dəqiqliklə əməl etmələrinin zəruriliyini diqqətə çatdırıb.
Tədbirin açılışından sonra gündəliyə uyğun olaraq, Komissiya üzvlərinin bələdiyyə seçkilərində passiv seçki hüququnun mənsubiyyəti və onun realizə imkanları, namizədlərin qeydə alınması prosesinin qanunvericilik əsasları və qaydaları, eləcə də işçi qrupunun fəaliyyətinin praktiki aspektləri, əldə olunmuş təcrübə barədə təqdimatları dinlənilib. Əyani vəsaitlərdən də istifadə edilməklə keçirilən təqdimatlarla iştirakçılar mövzularla bağlı ətraflı məlumatlandırılıb.
Seminarın praktiki hissəsi bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi və qeydə alınmasına dair müxtəlif məsələlər ətrafında geniş müzakirə, sual-cavab sessiyası ilə öz işini davam etdirib.
Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan seminarda namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birinin nəzdində fəaliyyət göstərən işçi qrupunun rəhbəri iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
12 Fevral 10:53
İqtisadiyyat
12 Fevral 10:35
Analitik
12 Fevral 10:18
Siyasət
12 Fevral 09:56
Ədəbiyyat
12 Fevral 09:31
Xəbər lenti
12 Fevral 09:24
Analitik
12 Fevral 09:14
Sosial
12 Fevral 08:57
MEDİA
12 Fevral 08:32
Gündəm
12 Fevral 08:11
Dünya
12 Fevral 07:57
Dünya
11 Fevral 23:12
Dünya
11 Fevral 22:49
Siyasət
11 Fevral 22:34
Dünya
11 Fevral 22:28
İdman
11 Fevral 21:50
Sosial
11 Fevral 21:37
Dünya
11 Fevral 21:19
Dünya
11 Fevral 20:43
Müsahibə
11 Fevral 20:25
İqtisadiyyat
11 Fevral 20:10
Dünya
11 Fevral 19:51
Dünya
11 Fevral 19:30
Dünya
11 Fevral 19:17
Dünya
11 Fevral 18:53
Sosial
11 Fevral 18:52
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 17:25
Analitik
11 Fevral 17:25
Gündəm
11 Fevral 17:23
Dünya
11 Fevral 17:12
YAP xəbərləri
11 Fevral 17:05
Siyasət
11 Fevral 16:58
YAP xəbərləri
11 Fevral 16:46
Hadisə
11 Fevral 16:42
Siyasət
11 Fevral 16:39
Dünya
11 Fevral 16:37
Dünya
11 Fevral 15:52
Sosial
11 Fevral 15:23
Siyasət
11 Fevral 15:21
Siyasət
11 Fevral 15:20
Xəbər lenti
11 Fevral 14:35
Hadisə
11 Fevral 14:34
İqtisadiyyat
11 Fevral 14:33
İqtisadiyyat
11 Fevral 14:33
Sosial
11 Fevral 14:32
Siyasət
11 Fevral 14:20
Dünya
11 Fevral 14:18
İqtisadiyyat
11 Fevral 14:09
Xəbər lenti
11 Fevral 13:38
Gündəm
11 Fevral 12:42
Elanlar
11 Fevral 12:21
Siyasət
11 Fevral 11:45
Siyasət
11 Fevral 11:43
Gündəm
11 Fevral 11:34
İqtisadiyyat
11 Fevral 11:32
Sosial
11 Fevral 11:13
Sosial
11 Fevral 10:59
Siyasət
11 Fevral 10:46
Siyasət
11 Fevral 10:42
Siyasət
11 Fevral 10:35
Mədəniyyət
11 Fevral 10:17
Analitik
11 Fevral 09:53
Ədəbiyyat
11 Fevral 09:30
Müsahibə
11 Fevral 09:14
Sosial
11 Fevral 08:51
Sosial
11 Fevral 08:38
Gündəm
10 Fevral 23:33
Dünya
10 Fevral 23:20

