Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik

Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik

20.01.2025 [14:31]

Ermənistanla postmünaqişə mərhələsində təmaslar davam edir. Burada bir neçə istiqamət var. Xarici işlər nazirləri daha çox sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparırlar, mütəmadi şəkildə görüşlər keçirilir. Ötən il bir neçə belə görüş olub. Görüşlərarası təmaslar davam edir. Hazırda növbəti görüşün yeri və vaxtı barədə konkret razılaşma yoxdur. Güman edirik ki, 2025-ci ildə də bu proses davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Saziş layihəsinin preambul hissəsi və 17 maddədən 15-i razılaşdırılıb. İki maddə hələ ki, tam razılaşdırılmayıb. Danışıqlar davam edir. Azərbaycan ictimaiyyəti də bilir ki, sülh sazişinin mətnindən başqa burada digər ciddi və açıq məsələ var. Bu da Ermənistanın konstitusiyasında və bir sıra normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcudluğudur. Bu istiqamətdə Ermənistandan ciddi və əməli addımlar gözləyirik. Bəyanatları və mesajların hamısını eşidirik və real addımlarda ciddi çatışmazlıq görürük", - deyə C.Bayramov qeyd edib.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sülh üçün zəmin

06 Fevral 11:24  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Təsdiq olundu...

06 Fevral 10:35

İqtisadiyyat

Dünya

Analitik

18 ildən sonra...

06 Fevral 09:13  

Sosial

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28