Ermənistan referendum keçirəcəkmi?
22.04.2025 [09:35]
Paşinyan bu kampaniyadan siyasi dividend qazanmaq niyyətindədir
Azərbaycanla bağlanacaq sülh müqaviləsinin zəmin şərtlərindən biri sayılan Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi, sənədin preambula hissəsindəki Azərbaycan torpaqlarına iddiadan rəsmi imtina Paşinyan hakimiyyətinin əsas gündəm müzakirəsidir. Belə ki, Konstitusiyaya dəyişikliyin məhz referendum yolu ilə baş tutması məqsədəuyğun sayılsa da, bəzən rəsmi İrəvan məsələyə dolayısı ilə fərqli don geyindirməyə, hətta bir sıra strukturların “əli ilə” bu işi həyata keçirməyə çalışdığına işarə vurur. Amma bəllidir ki, Konstitusiya dəyişikliyi məhz referendum yolu ilə baş tutur.
2023-cü il antiterror tədbirlərindən sonra zərurətə çevrilən sülh müqaviləsinin bölgədə dayanıqlı və əbədi normallaşmaya yol açması üçün bu addım atılmalıdır. Paşinyanın bu məsələ ilə bağlı mövqeyi dəyişkən olsa da, Azərbaycan öz tələbində qətidir.
Ermənistan isə hətta bir müddətdir aktuallıq daşıyan Aİ üzvlüyünə namizəd olmaq məsələsini referenduma çıxarmaq ideyasında sabit fikrə malik deyil. Məsələn, ötən ilin yayında Paşinyan Aİ üzvlüyü ilə bağlı referendumu məqsədəuyğun saymamışdı - səbəbini isə, guya, ermənilərnin bu ideyanı dəstəkləməsi ilə əlaqələndirmişdi. Ötən ilin noyabrında isə özünün mövqeyini tam dəyişərək referendumun keçirilməsinin vacibliyini önə çəkib. Bu ilin yanvarında da sonuncu mövqeyini yenidən təkrarlayıb. Beləliklə, Ermənistan rəhbərliyi bu və ya digər dəyişkənfikirliyi ilə referendum məsələsini uzadır - beləliklə, ortaya haqlı suallar çıxır: Paşinyanın belə dəyişkən mövqeyi nədən qaynaqlanır və ümumiyyətlə, Ermənistan referendum keçirmək istəyirmi?
Konstitusiya dəyişikliyi növbəti seçkilərin əsas təbliğat vasitəsi ola bilər
Əvvələr referendum dəyişikliyi vurğulandığı kimi Aİ üzərindən “müzakirə edilirdisə”, artıq Paşinyan Azərbaycanın haqlı tələbinə açıq cavab vermək məcburiyyətində qalıb. Erməni baş nazir Ermənistan Konstitusiyasındakı 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasına dair bildirib ki, yeni konstitusiyada həmin bəyannaməyə istinad olmamalıdır. Paşinyanın bu fikri qəbulediləndir - amma bunun dəyişməsinin qısa zamanda həyata keçirilməsi barədə danışılmaması bir daha onu göstərir ki, erməni tərəfi manipulyasiyadan əl çəkmir. Referendumun bəzən 2026, bəzən isə 2027-ci ildə keçirilməsi, yeni Konstitusiyanın qəbul ediləcəyi ilə bağlı fikirlər bildirilir. Hər bir halda Paşinyan “Konstitusiya kartı”ndan istifadə edərək özünün siyasi ömrünü uzatmağa çalışır. Ötən il yeni konstitusiyanın qəbulu ilə bağlı müddət kimi 2026-cı il (parlament seçkilərindən sonra) göstərilsə də, yenidən məsələnin gündəmə gəlməsi maraqlı hipotez yaradır - bir sıra ekspertlər iddia edirlər ki, Paşinyan hazırda əlində olan münbit situasiyadan istifadə etmək qərarına gəlib. Revanşist müxalifətin zəif olmasından, bu qruplaşmanın daxilində lider probleminin yaşanmasından istifadə etmək üçün parlament seçkilərini önə çəkə bilər. Daxili auditoriya üçün təbliğat vasitəsi kimi isə sülh amili ön plana çıxarılacaq. Beləliklə, siyasi analitiklər birgə keçirilməsi ehtimal olunmaqla referendum və parlament seçkilərinin bu ilinin sonuna qədər reallaşması ehtimalını önə çəkirlər.
Paşinyan yenə də ikili mövqe tutur - çıxış yolu dəyişiklikdir
Konstitusiyadan Azərbaycan torpaqlarına rəsmi iddianın çıxarılmasının bölgədə yeni reallıqlar yaradacağını Paşinyan da dərk edir - sadəcə olaraq, bunun “siyasi zəminini” yaratmaq üçün erməni baş nazir “köhnə taktika”dan istifadə etmək istəyir. Diqqət yetirsək, son dövrlərdə Paşinyan özünü tam sığortalamaq üçün tez-tez mövqe dəyişikliyinə gedir. Bəzən “məsuliyyəti” üzərindən atmaq üçün qərarın “xalq tərəfindən” verilməli olduğunu önə çəkir. Bəzən isə bu tezisi özü üçün təhlükə sayır - düşünür ki, minimal hesabla belə proses onun arzulamadığı trayektoriya ilə davam edərsə, bu onun siyasi sonunu gətirə bilər. Məhz bu səbəbdəndir ki, erməni baş nazir qeyri-adekvat fikilərlə yadda qalır. Məsələn, həm Bakının, həm də beynəlxalq aləmin sülhlə bağlı mövqeyinin qarşısında duruş gətirə bilməyən Paşinyan “xalq qərar verməlidir” deyirdisə, indi tamam fərqli tezislər irəli sürür - o bildirir ki, “Ermənistanda keçirilən heç bir konstitusiya referendumu xalqın iradəsini əks etdirməyib. Onun sözlərinə görə, Ermənistanda qanunçuluq və cəmiyyət arasında uçurumun səbəbi də budur. “Və bu uçurum digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumları zamanı ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”, - Paşinyan bildirib. O, hesab edir ki, mövcud hüquqi nizamla cəmiyyət arasında üzvi əlaqə olmalıdır.
Beləliklə, gah 2027-ci ildə, gah da 2026-cı ilin referendum ili olacağını söyləyən Paşinyan ən pis ssenariyə də hazır olduğunu bildirir. O, özünün siyasi rəqiblərinə (xüsusilə revanşist cinaha) anlatmağa çalışır ki, prosesin axarını məhz “özü tənzimləyəcək”.
3 referendum, 2 dəyişiklik - son səsvermə təxirə düşdü...
Qeyd edək ki, Ermənistan Konstitusiyası ilə bağlı indiyə qədər üç dəfə referendum keçirilib. Bu referendumların hər birində fərqli məsələlər gündəmdə olub. Məsələn, 1995-ci il in iyulun 5-də baş tutan referendumla ölkənin ilk Konstitusiyası qəbul olunub. Nəticədə, Ermənistanda “prezidentli idarəetmə” formasına əsaslanan sistem quruldu.
İkinci referendum isə 2005-ci ilin noyabrın 27-də baş tutub. Bu səsvermə zamanı ölkənin Avropa Şurasına daxil olması ilə bağlı götürülən öhdəliklər müzakirəyə təqdim olundu - nəticədə, insan hüquqları ilə bağlı bölmə genişləndirildi, Avropa standartlarına yaxın islahatlar aparıldı və nəhayət, prezidentin səlahiyyətləri bir qədər azaldıldı, Milli Məclisin və hökumətin idarəetmədəki rolu müəyyən qədər gücləndirildi. Qeyd edildiyi kimi, bu referendum xüsusilə Avropa Şurası və digər beynəlxalq qurumların diktəsi ilə reallaşdı.
2015-ci ilin dekabrında baş tutan referendumda isə ən əsas dəyişiklik kimi “prezidentli respublikadan” “parlamentli respublika” modelinə keçid irəli sürüldü. Konstitusiya dəyişikliyinə əsasən prezidentin səlahiyyətləri məhdudlaşdırıldı, daha çox simvolik fiqura çevrildi - baş nazir ölkədə əsas icra orqanı kimi mahiyyət daşımağa başladı. Paralel olaraq parlamentin səlahiyyətləri və rolu da gücləndirildi. Vurğulayaq ki, bu dəyişikliklər 2018-ci il parlament seçkilərindən sonra qüvvəyə mindi və məhz həmin ildən Ermənistan parlamentli respublika oldu.
2020-ci ildə Konstitusiya Məhkəməsinin tərkibi ilə bağlı Ermənistan parlamentində ciddi müzakirələr aparıldı və dəyişikliklər baş verdi, amma bu referendum yolu ilə yox, qanunverici orqanın vasitəsilə edildi - 2020-ci il üçün planlaşdırılan referendum (Konstitusiya Məhkəməsinin tərkibinin dəyişdirilməsi üçün) COVID-19 pandemiyasına görə təxirə salındı.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Mədəniyyət
24 May 23:27

Hadisə
24 May 22:25

Dünya
24 May 21:32

Mədəniyyət
24 May 20:26

Sosial
24 May 19:28

Sosial
24 May 18:24

Dünya
24 May 17:25

Dünya
24 May 16:23

Sosial
24 May 15:31

Siyasət
24 May 14:52

Mədəniyyət
24 May 14:20

Dünya
24 May 13:46

Hadisə
24 May 13:18

Dünya
24 May 12:58

İdman
24 May 12:21

Hadisə
24 May 11:47

Mədəniyyət
24 May 11:14

Siyasət
24 May 10:52

Siyasət
24 May 10:43

İqtisadiyyat
24 May 10:33

Siyasət
24 May 10:15

MEDİA
24 May 09:54

İqtisadiyyat
24 May 09:47

Analitik
24 May 09:38

Analitik
24 May 09:27

Analitik
24 May 09:11

Analitik
24 May 08:59

Analitik
24 May 08:47

İdman
24 May 08:34

Ədəbiyyat
24 May 08:15

Sosial
24 May 08:10

Elm
24 May 08:06

Dünya
23 May 23:46

İqtisadiyyat
23 May 23:35

YAP xəbərləri
23 May 23:12

Dünya
23 May 22:51

Dünya
23 May 22:32

YAP xəbərləri
23 May 22:10

Siyasət
23 May 21:59
YAP xəbərləri
23 May 21:36

Xəbər lenti
23 May 21:28

YAP xəbərləri
23 May 21:11

İdman
23 May 21:07

YAP xəbərləri
23 May 20:53

Dünya
23 May 20:46

YAP xəbərləri
23 May 20:33

İqtisadiyyat
23 May 20:13

YAP xəbərləri
23 May 19:46

Elm
23 May 19:35
YAP xəbərləri
23 May 19:21

Sosial
23 May 19:14

Siyasət
23 May 19:04

YAP xəbərləri
23 May 18:20
YAP xəbərləri
23 May 17:52

YAP xəbərləri
23 May 17:28

Sosial
23 May 17:13

Siyasət
23 May 17:12

Sosial
23 May 17:04

YAP xəbərləri
23 May 17:01

YAP xəbərləri
23 May 16:57

Siyasət
23 May 16:45

YAP xəbərləri
23 May 16:33

YAP xəbərləri
23 May 16:26

YAP xəbərləri
23 May 16:13
YAP xəbərləri
23 May 16:07

Xəbər lenti
23 May 16:02

Dünya
23 May 15:54

YAP xəbərləri
23 May 15:48

YAP xəbərləri
23 May 15:30

Sosial
23 May 14:57
