Nepal mediası Azərbaycanın minalar və partlamamış hərbi sursatlar problemindən yazıb
06.06.2025 [15:06]
Nepalın aparıcı “Nepalkhabar” media portalında “Minalar və partlamamış hərbi sursatlar: Müharibədən sonrakı Azərbaycanda səssiz təhlükə” adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Hindistanda, eyni zamanda, Nepalda akkreditə olunmuş səfirliyinin müəllifi olduğu məqalənin məqsədi dünya ictimaiyyətinin diqqətini ölkəmizin üzləşdiyi bu genişmiqyaslı təhlükəsizlik, humanitar və inkişaf probleminə çəkməkdir.
Məqalədə 1991-ci ildən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən vaxtilə işğal olunmuş ərazilərinin, o cümlədən Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun fəal şəkildə minalandığı, Azərbaycanın hazırda minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğu bildirilir. Qeyd olunur ki, ölkə ərazisinin 13 faizindən çoxunda təxminən 1,5 milyon mina və partlamamış hərbi sursatlar qalmaqdadır. Bu problemin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıdışına ciddi maneə yaratdığına, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra minaların partlaması nəticəsində 400-ə yaxın vətəndaşımızın həlak olduğuna və yaralandığına diqqət çəkilir.
Mina xəritələrinin təqdim edilməsi ilə bağlı Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistanın uzun müddət belə xəritələrin mövcudluğunu inkar etdiyi, yalnız beynəlxalq təzyiqlərdən sonra verdiyi bu xəritələrin minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə etdiyi və onun yalnız 25 faizinin dəqiq olduğu, son mina hadisələrinin 55 faizdən çoxunun bu xəritələrin əhatə etdiyi ərazilərdən kənarda baş verdiyi bildirilir.
Yazıda mina probleminin təsirlərinin aradan qaldırılması məqsədilə ölkəmizdə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının, maarifləndirmə kampaniyalarının və mina qurbanlarına dəstək tədbirlərinin həyata keçirildiyi qeyd edilir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ərazilərin minalardan təhlükəsiz və səmərəli şəkildə təmizlənməsini təmin etmək üçün qabaqcıl minatəmizləmə texnologiyaları və vasitələrindən geniş istifadə etdiyi bildirilir. Bu fəaliyyətlərin 95 faizindən çoxunun Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirildiyi və ciddi nəticələr əldə edildiyi vurğulansa da, problemin miqyasını nəzərə alaraq ayrılan xarici töhfələrin yetərli olmadığı, daha böyük həcmdə beynəlxalq siyasi və praktiki dəstəyə ehtiyac olduğu vurğulanır.
Məqalədə, həmçinin ölkəmiz tərəfindən mina problemi üzrə aparılan qlobal fəaliyyətlər və irəli sürülən təşəbbüslər barədə geniş məlumat verilir. Xüsusi qeyd edilir ki, humanitar minatəmizləmə Azərbaycan Hökuməti tərəfindən 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi təsbit olunub, bu sahənin 18-ci Qlobal Dayanıqlı İnkişaf Məqsədi kimi BMT tərəfindən tanınması üçün fəal təşviqat işləri həyata keçirilir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

