Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür edir

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür edir

06.07.2025 [22:45]

3-4 iyul tarixlərində Azərbaycan Respublikasının Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi azərbaycanlıların qayıdışı məsələsini qaldırıb və bu məsələ sammitin yekunlarına dair Xankəndi Kommunikesində əks etdirilib.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.

Vurğulanır ki, sözügedən mötəbər formatda Qərbi Azərbaycan məsələsinin qaldırılması Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına beynəlxalq dəstəyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

“Qərbi Azərbaycan İcması qayıdış məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəliyə gətirməsinə və bu məsələyə beynəlxalq aləmin birmənalı dəstəyini təmin etməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edir”, - deyə bəyanatda qeyd olunur.

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30