Milli Məclisin sədri Bəhreyn Kralı ilə görüşüb
26.01.2026 [11:04]
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bəhreyn Kralına çatdırıb.
Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Bəhreyn Kralı görüşdə Azərbaycanın inkişafı, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. O, həmçinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində parlamentlərin müsbət rolunu vurğulayıb.
Söhbət zamanı Sahibə Qafarova Azərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu ifadə edərək, ölkələrimiz arasında mövcud olan siyasi əlaqələrin digər sahələrdə, o cümlədən iqtisadi, investisiya, turizm sahələrində geniş əməkdaşlıq imkanları yaratdığını bildirib. O, bu il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladıb. Söhbət zamanı dost ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.
S.Qafarova bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu qeyd edərək, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin və sıx təmasların qanunvericilik orqanları arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb. O, səfər çərçivəsində keçirdiyi görüşlər və parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

