3-cü hökumət istefaya göndərildi...
25.02.2026 [09:56]
AXC-də 4-cü hökumət necə formalaşmışdı?
Daim azad yaşamağa can atan Azərbaycan xalqı XX yüzillikdə iki dəfə müstəqil dövlət qurmağa nail olub. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edib. Bununla da Azərbaycan Şərqdə ilk demokratik respublikanın əsasını qoyub.
AXC-nin cəmi 23 ay mövcudluğu dönəmində bir neçə hökumət təşkil edilib. Tarixin bu günündə - 25 fevral 1919-cu ildə AXC parlamentində Xoyskinin rəhbərlik etdiyi üçüncü hökumət istefaya göndərillib və 4-cü hökumətin formalaşdırılmasına qərar verilib.
N.Yusifbəylinin rəhbərliyi ilə formalaşan yeni hökumət kabineti
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası (hökumət) AXC-nin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirirdi.
AXC-nin Tiflisdə Fətəli xan Xoyskinin rəhbərliyi ilə formalaşan birinci hökuməti Gəncədə fəaliyyət göstərib. Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutub. AXC-nin birinci və ikinci hökuməti son dərəcə mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra mühüm qərarların qəbul edilməsinə nail olub. 1918-ci il dekabrın son ongünlüyündə təşkil olunan üçüncü hökumət də Fətəli xan Xoyskinin rəhbərliyi altında fəaliyyət göstərib. Lakin üçüncü hökumətin ömrü az olub. Belə ki, 1919-cu ilin yanvar-fevral aylarında keçirilən parlament iclaslarında Fətəli xan Xoyski hökuməti kəskin surətdə tənqidlərə məruz qalıb. Əsassız tənqidlərlə barışmayan Fətəli xan Xoyski hökumətin istefası barədə parlamentə məktub göndərib. Parlamentin 1919-cu il fevralın 25-də keçirilmiş iclasında Xoyski hökumətinin istefası qəbul olunub və yeni hökumətin təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş edilib.
Yeni - dördüncü hökumət kabinetinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Nəsib bəy Yusifbəyli birinci hökumətdə maliyyə və xalq maarifi naziri vəzifəsini, 2-ci və 3-cü hökumətlərdə isə xalq maarifı və dini etiqad naziri vəzifələrini tutub. Xatırladaq ki, Xalq Maarifi Nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi idi. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul edib. Xalq Maarif Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi.
Nəsib bəy Yusifbəylinin qurduğu 4-cü hökumət 1919-cu il aprelin 14-də elan olunub. N.Yusifbəyli yeni hökumətdə baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tuturdu.
Daxili və xarici siyasət prioritetləri
Aprelin 14-də parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən N.Yusifbəyli bildirib ki, hökumətin xarici siyasət sahəsində başlıca məqsəd və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətini tanımasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən söz, mətbuat, yığıncaq və s. azadlıqları təmin etməkdir. Yusifbəylinin başçılıq etdiyi hökumət Denikin qüvvələrinin xaricdən, bolşeviklərin isə daxildən törətdikləri təhlükələrlə qarşılaşırdı.
Denikin təhlükəsi ilə bağlı AXC hökuməti Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Yusifbəylinin 1919-cu ilin dekabrında özünün təşkil etdiyi ikinci hökumət kabineti 1920-ci ilin martına kimi fəaliyyət göstərib. Yusifbəylinin baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olub. Bu münasibətlə yanvarın 14-də Yusifbəyli Azərbaycan xalqına müraciət ünvanlayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Mart 11:40
Siyasət
13 Mart 11:19
Dünya
13 Mart 11:18
Gündəm
13 Mart 10:45
Siyasət
13 Mart 10:43
Siyasət
13 Mart 10:43
Sosial
13 Mart 10:19
Dünya
13 Mart 09:47
İqtisadiyyat
13 Mart 09:41
Analitik
13 Mart 09:11
Sosial
13 Mart 08:57
Ədəbiyyat
13 Mart 08:34
Dünya
12 Mart 23:46
Sosial
12 Mart 23:39
YAP xəbərləri
12 Mart 23:29
YAP xəbərləri
12 Mart 23:25
Sosial
12 Mart 23:17
Dünya
12 Mart 22:58
Hadisə
12 Mart 22:30
Dünya
12 Mart 22:24
Dünya
12 Mart 22:10
Dünya
12 Mart 21:43
YAP xəbərləri
12 Mart 21:34
Dünya
12 Mart 21:15
Dünya
12 Mart 20:55
Dünya
12 Mart 20:21
YAP xəbərləri
12 Mart 19:52
YAP xəbərləri
12 Mart 19:30
Sosial
12 Mart 19:18
Sosial
12 Mart 18:40
YAP xəbərləri
12 Mart 18:14
YAP xəbərləri
12 Mart 17:20
YAP xəbərləri
12 Mart 17:00
Dünya
12 Mart 16:49
YAP xəbərləri
12 Mart 16:32
YAP xəbərləri
12 Mart 15:48
İqtisadiyyat
12 Mart 15:47
Dünya
12 Mart 15:42
Elanlar
12 Mart 15:40
Sosial
12 Mart 15:39
YAP xəbərləri
12 Mart 15:37
Sosial
12 Mart 15:16
YAP xəbərləri
12 Mart 15:12
Dünya
12 Mart 15:11
Siyasət
12 Mart 15:04
Elm
12 Mart 15:03
Siyasət
12 Mart 15:03
Elanlar
12 Mart 14:56
Gündəm
12 Mart 14:46
YAP xəbərləri
12 Mart 14:46
Maraqlı
12 Mart 13:50
Sosial
12 Mart 13:24
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:22
Dünya
12 Mart 13:11
Maraqlı
12 Mart 12:46
Gündəm
12 Mart 12:30
İdman
12 Mart 12:26
Elm
12 Mart 12:23
İqtisadiyyat
12 Mart 12:22
Dünya
12 Mart 12:19
Dünya
12 Mart 11:52
Dünya
12 Mart 11:25
Gündəm
12 Mart 10:57
Gündəm
12 Mart 10:32
Gündəm
12 Mart 10:15
Gündəm
12 Mart 09:59
Siyasət
12 Mart 09:37
Analitik
12 Mart 09:20

