/ / Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində rayon, şəhər və ərazi hərbi prokurorlarının iştirakı ilə seminar keçirilib
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində rayon, şəhər və ərazi hərbi prokurorlarının iştirakı ilə seminar keçirilib
07.02.2014 [09:11]
Fevralın 6-da Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Korrupsiyaya qarşı mübarizədə prokurorluğun rolu və əsas vəzifələri” mövzusunda seminar keçirilib.
Tədbirdə baş prokurorun birinci müavini Rüstəm Usubov, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, idarənin əməkdaşları, rayon, şəhər və ərazi hərbi prokurorları iştirak ediblər.
Seminardan əvvəl tədbir iştirakçıları Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin inzibati binasının foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ümummilli liderin unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, seminar iştirakçıları daha sonra bina ilə tanış olublar.
Tədbiri açan baş prokurorun birinci müavini Rüstəm Usubov son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş sistemli və davamlı tədbirlər barədə ətraflı məlumat verib, prokurorluq orqanlarının korrupsiya ilə mübarizəni fəaliyyətinin prioritet xətt kimi müəyyən etdiyini bildirib. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinin zəruriliyini və prokurorluq orqanlarının əməkdaşları qarşısında mühüm vəzifələrin durduğunu bildirən natiq, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklərinə əminliyini ifadə edib.
Tədbirdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov çıxış edərək “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası, o cümlədən prokurorluq orqanları tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr, habelə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar gözlənilən nəticələr barədə ətraflı məlumat verib.
Seminarda, həmçinin idarənin şöbə rəisləri Vüqar Əliyev və Elşən Abbasov dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə ilə bağlı prokurorluq orqanlarının əsas vəzifələri və prokurorluq əməkdaşları tərəfindən Etik Davranış Kodeksinin tələblərinə əməl olunmasının vəziyyəti barədə çıxışlar ediblər.
Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə rayon, şəhər və ərazi hərbi prokurorluqları arasında əlaqələrin daha da genişləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə səylərin artırılmasının, birgə istintaq qruplarının yaradılmasının zəruriliyi vurğulanıb və bu sahədə fəaliyyətin daha kəsərli və səmərəli qurulması istiqamətində faydalı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

