Çin Kommunist Partiyasının nümayəndə heyəti Milli Məclisdə olub
21.07.2026 [18:36]
İyulun 21-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan–Çin münasibətlərinin dinamik inkişafı və əldə olunmuş nailiyyətlər məmnunluqla qeyd edilib, parlamentlərarası və partiyalararası əməkdaşlığın daha da möhkəmləndirilməsi, iqtisadi, ticarət, təhsil, mədəniyyət, humanitar, o cümlədən gənclər sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan ilə Çin arasında son illərdə bütün istiqamətlər üzrə dinamik inkişaf edən əməkdaşlığın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış dostluq münasibətləri dayanır.
Spiker qeyd edib ki, Azərbaycan hər zaman birmənalı şəkildə “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda, Çinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb.
Sahibə Qafarova parlamentlərarası əlaqələrin Azərbaycan–Çin münasibətlərinin mühüm tərkib hissəsi olduğunu bildirib. Milli Məclisin sədri, həmçinin vurğulayıb ki, Azərbaycan ilə Çin arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoqla yanaşı, partiyalararası əməkdaşlıq da uğurla inkişaf edir. O, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında formalaşmış səmərəli əlaqələrin və imzalanmış Anlaşma Memorandumunun bu əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verdiyini bildirib.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuay Çin ilə Azərbaycan arasında münasibətlərin son illərdə uğurla inkişaf etdiyini, iki ölkə rəhbərləri arasında formalaşmış yüksəksəviyyəli münasibətlərin əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dövlətlərarası münasibətlər sistemində siyasi dialoqun və parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışıb, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Çinin Azərbaycandakı səfiri Lu Mey də Azərbaycan ilə Çin arasında münasibətlərin müxtəlif istiqamətləri ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46

