Azərbaycanın Rus İcması ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir
08.08.2014 [09:41]
Avqustun 7-də Qaradağ rayon İcra Hakimiyyətinin, Xaricdə Yaşayan Həmvətənlərin Hüquqlarının Müdafiəsi Fondunun, Rusiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycanın Rus İcmasının birgə təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Rusiya soydaşlarının Azərbaycandakı hüquqi mövqeləri: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Lökbatan qəsəbəsindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Qonaqlar Heydər Əliyev Mərkəzində Ulu öndərin zəngin həyat yolu ilə yaxından tanış olublar.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik diyar olduğunu söyləyib. Bildirib ki, Azərbaycanda tarix boyu bütün xalqlar qarşılıqlı hörmət, ehtiram və səmimi münasibətlər şəraitində yaşayıblar.
S.Mikayılov Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə milli azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən geniş şəraitin yaradıldığını vurğulayıb. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşıb, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaradıb. İcra hakimiyyətinin başçısı Ulu öndərin çıxışlarının birində dediyi fikri də xüsusi vurğulayıb: “Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”.
O, Ulu öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
Qeyd edilib ki, Qaradağ rayonunda yaşayan slavyanəsilli xalqlar arasında ruslar əksəriyyət təşkil edir. Onlar yerli əhali ilə dostluq şəraitində yaşayırlar. Uzun illərdir rayon ərazisində yaşayan pravoslav xristianların Müqəddəs Pasxa bayramı yüksək səviyyədə qeyd edilir. Rayonun bütün ictimai-siyasi həyatında baş verən hadisələrdə ruslar çox böyük fəallıq nümayiş etdirirlər. Milli və dini bayramlarımızın təşkilində və keçirilməsində də rus icması yaxından iştirak edir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş millətlərarası münasibətlərdən bəhs edib, ölkəmizdə tolerantlıq, multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.
Dövlət müşaviri Prezident İlham Əliyevin bölgələrə səfərləri zamanı orada yaşayan slavyanəsilli xalqların problemləri ilə yaxından maraqlandığını diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov ölkənin milli siyasətinin Ulu öndər Heydər Əliyev tərəfindən inkişaf etdirilən müxtəlif millətlərin, etnik qrup və dini azlıqların birgə yaşaması və tolerantlıq prinsipləri əsasında müəyyənləşdirildiyini söyləyib. Bildirib ki, Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlara münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. Azərbaycan dövləti həmişə onların hər birinə eyni dərəcədə qayğı göstərib.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Diplomat buna sübut kimi dövlətlərimizin başçıları arasında artıq ənənə halını almış yüksək səviyyədə keçirilən görüşləri nümunə gətirib. Bundan əlavə, səfir Azərbaycanda yaşayan digər xalqlar kimi, rusların da heç bir ciddi problemlə üzləşmədiklərini diqqətə çatdırıb.
Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin respublikamızda insanların bir-birinə münasibətinin kimin hansı millətə və yaxud dinə mənsub olması ilə deyil, səmimi və təmizliyi ilə seçildiyini vurğulayıb.
Tədbirdə çıxış edən digər qonaqlar da Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu, milli azlıqlara öz milli-mədəni dəyərlərini qorumaq üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar. Qeyd edilib ki, rus dilində təhsil ocaqlarının, mədəniyyət evlərinin, mətbuat orqanlarının, televiziya verilişlərinin olması və bu sahədə görülən işlərin genişlənməsi dövlət tərəfindən dəstəklənir.
Tədbir iştirakçıları azsaylı xalqlar, eləcə də dini icmalar üçün yaradılan bərabər imkanlara görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

