/ / Bakıda “Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda konfrans keçirilir
Bakıda “Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda konfrans keçirilir
11.09.2014 [09:48]
Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında böyük alim Nəsirəddin Tusinin vəfatının 740 illiyi ilə əlaqədar “Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans işə başlayıb.
Tədbir AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Universitetinin birgə təşkilatçılığı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırılıb.
AzərTAc xəbər verir ki, Azərbaycan, İspaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya, İran, Özbəkistan və digər ölkələrdən alimlərin iştirak etdikləri beynəlxalq konfransda AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev N.Tusinin elmi yaradıcılığının əhəmiyyətindən, Azərbaycan riyazi məktəblərinin formalaşmasındakı rolundan danışıb.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov ölkəmizdə Nəsirəddin Tusinin elmi yaradıcılığına göstərilən diqqətin təqdirəlayiq hal olduğunu bildirib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev Nəsirəddin Tusini dahi Azərbaycan alimi və mütəfəkkiri hesab edib, onun zəngin yaradıcılığı ilə yanaşı, böyük bir elmi məktəbin banisi kimi bütün dünyada şöhrət qazandığını hər zaman söyləyib. Məhz buna görə də, N.Tusinin anadan olmasının 800 illiyinin UNESCO tərəfindən beynəlxalq hadisə kimi qiymətləndirildiyini nəzərə alan Ümummilli lider 2001-ci ildə bu yubileyin dövlət miqyasında qeyd edilməsi haqqında xüsusi Fərman imzalayıb.
M.Mərdanov N.Tusinin həyat və yaradıcılığını tədqiq edən bir sıra alimlərin onun Azərbaycan türkü olduğunu əsaslı dəlillərlə sübut etdiklərini də xatırladıb.
Konfransda professorlar Sergey Demidov (Rusiya), Jak Sesiano (İsveçrə), Əhməd Cabbar (Fransa), Salim Aydüz (Böyük Britaniya) və digər alimlərin məruzələri dinlənilib.
Sentyabrın 12-də başa çatacaq konfransın bölmə iclasları AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında və Azərbaycan Universitetində olacaq.
Konfransın materialları Azərbaycan, rus və ingilis dillərində çap olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

