/ / Bakıda Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin iclası keçirilib
Bakıda Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2014 [09:57]
Sentyabrın 17-də Bakıda Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasdan əvvəl Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə tər güllər qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və məşhur estrada müğənnisi Müslüm Maqomayevin də xatirələri yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev İcraiyyə Komitəsinin iclasını açaraq ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb, cəmiyyətimizin bütün sahələrindəki inkişafı xatırladaraq deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində ölkədə mühüm layihələr həyata keçirilib, əhalinin maddi rifahı xeyli yaxşılaşdırılıb. Regionların inkişafı üzrə Dövlət proqramları uğurla reallaşdırılır, nəqliyyat və yol infrastrukturuna böyük investisiyalar qoyulur, nəhəng sosial layihələr həyata keçirilir”.
S.Mehbalıyev Xəzər dənizinin qədim zamanlardan dəniz nəqliyyatçılarının gərgin əməyinə şahidlik etdiyini vurğulayaraq bildirib ki, Xəzəryanı ölkələrin iqtisadi əlaqələri dərin köklərə malikdir. Xəzərdə ticarət gəmiçiliyinin inkişafı ilə Bakı buxtasının əhəmiyyəti xeyli artıb. Yaxın-uzaq xarici ölkələrə neft məhsulları əsrlər boyu dəniz nəqliyyatı ilə daşınıb. İkinci Dünya müharibəsi illərində cəbhədə istifadə olunan neftin 75 faizi Bakıdan dəniz yolu ilə aparılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 1,6 milyon üzvü birləşdirən 27 sahə və sahələrarası həmkarlar təşkilatından ibarətdir. Həmkarlar İttifaqı təşkilatları respublikada əhalinin məşğulluq problemləri, işçilərin əməyinin mühafizəsi və hüquqlarının qorunması ilə bağlı məsələlərə, eləcə də üzvlərin təşkilatlanmasına xüsusi diqqət yetirir.
Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin sədri Georgi Stolyarenko Azərbaycanda həmkarlar təşkilatlarının çox iş gördüyünü, böyük nüfuzu olduğunu deyib. G.Stolyarenko bildirib ki, məqsədimiz azərbaycanlı həmkarlarımızla əlaqələri genişləndirmək, qarşılıqlı təcrübə mübadiləsindən yararlanmaqdır.
İclasda Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının xətti ilə görüləcək işlərdən danışılıb, bu sahədə birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

