Siyavuş Novruzov: Yalan xəbər yayanlara qarşı cəza sərtləşdiriləcək
30.09.2014 [09:19]
“Bu Sərəncam çox vacib və əhəmiyyətli sənəddir”. Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncama münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Sərəncamda əks olunan əsas məsələlərdən biri də cəbhəyanı ərazilərdə yerli əhalidən ibarət patrul xidmətinin yaradılması ilə bağlıdır: “Bu çox önəmli məsələdir. Bu, həm də Azərbaycana düşmən tərəfindən hər hansı bir təxribat və diversiya cəhdlərinin qarşısının alınmasında yeni bir mərhələ hesab olunur. Yəni, cəbhəyanı ərazidə yaşayan əhali o zonanın mövcud şəraitini və relyefini kənar ərazilərdən gələn adamlardan daha yaxşı bilir. Ona görə də yerli əhali arasından patrul xidmətinə cəlb olunması düşmən cəhdlərinin qarşısının alınmasında mühüm rol oynayacaq”.
Millət vəkili deyib ki, bu Sərəncamda yer alan digər vacib məsələ isə cəbhəyanı ərazilərdə mövcud olan ictimai və dövlət əhəmiyyətli, xüsusilə də hərbi obyektlər barədə məlumatların düşməndən gizli saxlanılması və düşmənə ötürülməməsi ilə bağlıdır: “Yəni, düşmən tərəfi bütün bu obyektlərin sıradan çıxarılması məqsədi güdərsə, o zaman onların qarşısını almaq üçün də bu Sərəncamda müvafiq göstərişlər əksini tapır. Bundan əlavə, Sərəncamda KİV-lərin dövlətin kəşfiyyat, əks-kəşfiyyat, hərbi, döyüş və müdafiə məsələləri ilə bağlı xəbərlərin yayılması zamanı Müdafiə Nazirliyinin mətbuat xidməti ilə razılaşdırılma aparılması ilə bağlı da məsələ yer alır. Yəni, Azərbaycan ordusu və təmas xəttində baş verən vəziyyətlə bağlı erməni KİV-də yayılmış məlumatları vermək doğru deyil. Bütün bunlar isə çox vacib əhəmiyyət kəsb edir. Sərəncamda yer alan digər məsələlər də cəmiyyət üçün aktualdır”.
S.Novruzov bildirib ki, sözügedən Sərəncamdan irəli gələrək “Dövlət sirri haqqında” Qanuna bir sıra əlavə və dəyişikliklər edilməsi gözlənilir: “Milli Məclisin payız sessiyasında bu məsələyə baxılacaq və yalan informasiya yayanlara qarşı qanunda nəzərdə tutulan cəza sərtləşdiriləcək. Çünki cənab Prezident bu Sərəncamla mövcud olan bəzi qanun boşluqlarının aradan qaldırılmasına hüquqi baza yaratdı. Ona görə də, “Dövlət sirri haqqında” Qanuna əlavə və dəyişikliklər olacaq. Cənab Prezidentin imzaladığı sözügedən Sərəncamda yer alan məsələlər isə həmin qanunda öz əksini tapacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

