/ / Azər Qasımov: İsrailin “Jerusalem Post”, “Haaretz” qəzetlərində Azərbaycan barədə gedən böhtan xarakterli materiallar cəfəngiyatdan başqa bir şey deyil
Azər Qasımov: İsrailin “Jerusalem Post”, “Haaretz” qəzetlərində Azərbaycan barədə gedən böhtan xarakterli materiallar cəfəngiyatdan başqa bir şey deyil
23.12.2014 [10:21]
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun AzərTAc-a müsahibəsi:
- Azər müəllim, İsrailin mətbu orqanlarında vaxtaşırı olaraq Azərbaycana qarşı çox qərəzli yazılar dərc edilir. Elə bu yaxınlarda İsrailin “Jerusalem Post”, eləcə də “Haaretz” kimi aparıcı qəzetlərində ölkəmizlə bağlı heç bir əsası olmayan, böhtan dolu məqalələr gedib. İsraildə hökumətlə kütləvi informasiya vasitələri arasında münasibətləri nəzərə alsaq, bunu rəsmi sifarişin icrası kimi dəyərləndirmək olar. Sizin bunlara münasibətinizi bilmək istərdik.
- Bəli, siz qeyd etdiyiniz kimi, son vaxtlar İsrail mediasında Azərbaycanla bağlı bu səpkili məqalələr vaxtaşırı dərc olunmaqdadır. Doğrudan da, İsraildə hökumət-media münasibətlərini nəzərə alanda görürsən ki, bunlar heç də təsadüfi deyil. Xüsusilə, rəsmi strukturların bu cür yazılarla bağlı bir dəfə də olsun belə reaksiya verməməsi bunların rəsmi şəkildə sifariş xarakteri daşıdığını deməyə əsas yaradır.
Mən “Haaretz” və “Jerusalem Post” qəzetlərində gedən məqalələrlə bağlı onu bildirmək istəyirəm ki, olduqca qərəzli, jurnalist etikasından tamamilə uzaq, böhtan xarakterli bu materiallar cəfəngiyatdan başqa bir şey deyildir. Heç şübhəsiz ki, bu cür yazılar son zamanlar antiazərbaycan kampaniyası aparan qüvvələr tərəfindən maliyyələşdirilmiş və tam sifariş xarakteri daşıyır. Xədicə İsmayılovanın hüquqlarını guya müdafiə etmək məqsədi daşıyan bu məqalələr, əslində, Azərbaycanda gedən ümumi inkişaf proseslərinə qara yaxmaqdan başqa bir şey deyildir. Yaxşı olardı ki, bu məqalələrin müəllifləri öz ölkələrində insan haqları, söz və vicdan azadlığı, ümumilikdə demokratik prinsiplərin pozulması və digər mənfi hallara diqqət yetirsinlər.
Əslində, İsrailin özündə jurnalistlərin fəaliyyəti ilə bağlı vəziyyət olduqca acınacaqlıdır. Beynəlxalq təşkilatların hesabatlarına diqqət etsək görərik ki, İsrailin güc strukturları tərəfindən jurnalistlərlə amansız rəftar, onların həbs olunması və döyülməsi faktları mütəmadi olaraq qeydə alınır. Təkcə builki hadisələrə nəzər salaq.
2014-cü il martın 7-də “France Press” Agentliyinin nümayəndəsinə qarşı qəsd olunarkən güc strukturlarının nümayəndələri buna sadəcə seyrçi qalmaqla kifayətlənmişlər. 2014-cü il martın 11-də güc strukturları jurnalistlərə nümayişi lentə almağa icazə verməyərək onlara atəş açmışdır. “Associated Press”in verdiyi məlumata görə, elə həmin gün Qüdsdə etirazları çəkmək istəyən 2 jurnalistin həyatına qəsd edilmişdir. “Reuters” və “Associated Press”in əməkdaşları qəddarcasına döyülmüşlər.
İsraildə mətbuata tez-tez senzuranın tətbiq edilməsi, jurnalistlərin azad gediş-gəlişinə məhdudiyyətlərin qoyulması kimi faktları da buraya əlavə etmək olar. Maraqlıdır ki, Dünya Mətbuat Azadlığı İndeksinə görə, İsrail 2004-cü ildəki 36-cı yerdən 2013-cü ildə 112-ci yerə düşmüşdür. Ölkədə hakimiyyətin ən yüksək dairələrində ciddi korrupsiya hallarının baş verməsi ilə bağlı mütəmadi olaraq məlumatlar yayılır. İsraildə vətəndaşların bərabər imkanlardan, o cümlədən təhsil imkanlarından məhrum edilməsi, sosial diskriminasiya halları da cəmiyyəti ciddi narahat edən problemlərdəndir.
Mən hesab edirəm ki, bu məqalələrin müəllifləri və bu yazıların arxasında duranlar, əslində, İsrail dövlətinin özünün beynəlxalq imicinə ciddi zərbə vururlar. İsrail hökuməti həmişə Azərbaycanla yaxşı əməkdaşlıq münasibətləri qurmağa çalışdığını bəyan edir. Bu məqalələrin sifarişçiləri, heç şübhəsiz, İsrail-Azərbaycan münasibətlərinə xələl gətirməyi qarşılarına məqsəd qoymuşlar. Onlar beynəlxalq aləmdə Azərbaycanın möhkəmlənən mövqelərini, demokratiyanın təmin olunması sahəsində əldə etdiyi böyük uğurları, bir çox ölkələrə nümunə ola biləcək tolerantlıq və multikulturalizm ənənələrini gözü götürməyən qüvvələrdir.
Azərbaycan müstəqil xarici siyasət həyata keçirir və təcavüzkar Ermənistan istisna olmaqla, bütün dövlətlərlə uğurlu, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlər qurur. Bu da öz növbəsində, yuxarıda adı gedən yazıların arxasında duran qüvvələri ciddi narahat edir. Onlar bilməlidirlər ki, bu cür səylər boş xülyadan başqa bir şey deyildir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

