2014-cü il ADA Universiteti üçün köklü dəyişikliklərlə yadda qalıb
30.12.2014 [09:40]
2014-cü il ADA Universiteti üçün köklü dəyişikliklərlə yadda qaldı. Yanvar ayında Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ADA Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb.
Yeni yaradılmış universitet Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərməyə davam etsə də, biznes, təhsilin idarə edilməsi və informasiya texnologiyaları kimi sahələrdə də akademik proqramların tədrisinə diqqət yetirəcək.
2014-cü ildə ADA Universitetinin tələbələrinin sayı 1300-ə çatıb. Bu tələbələrdən 23-ü Prezident təqaüdçüsüdür.
İl ərzində tələbələr Türkiyə, Qazaxıstan, Qırğızıstan, Çexiya, Monqolustan, Vyetnam, Yaponiya və Niderland kimi ölkələrə səfərlər ediblər. Xarici İşlər Nazirliyinin təqdim etdiyi təqaüdlə hazırda ADA Universitetində dünyanın 32 ölkəsindən 62 tələbə təhsil alır.
Bu il ADA Universiteti Malayziya Diplomatik İnstitutu, İraq Diplomatiya Akademiyası, Çin Beynəlxalq Münasibətlər İnstitutu, Amerika Ölkələri Təşkilatı, Yaponiyanın Doşişa, Osaka və Ritsumeyka universitetləri, Şimali Dakota Universiteti və Pekin Dillər Universiteti də daxil olmaqla dünyanın bir sıra Diplomatiya akademiyaları və universitetləri ilə anlaşma memorandumları imzalayıb. Həmçinin bu il ADA Universitetində Belçikanın Avropa Kolleci ilə birgə fəaliyyət göstərən Avropa İttifaqı Araşdırmalar Mərkəzi yaradılıb. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Mərkəzin məqsədi 600-dən çox azərbaycanlı dövlət qulluqçusunu Avropa İttifaqı barədə maarifləndirməkdir.
Qeyd edək ki, bütün bunların nəticəsi olaraq ADA Universiteti bu il 10 günlük “Xəzər hövzəsi ölkələrinin öyrənilməsi” proqramı çərçivəsində 30-dan artıq xarici diplomata təlim keçib. Bundan əlavə, ADA Universiteti il ərzində 50-dən çox kiçik və orta rütbəli azərbaycanlı diplomata da təlim keçib. Həmçinin Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi ilə birgə ADA Universiteti 20 əfqan diplomatına təlim keçib.
ADA Universitetinin professor heyəti 25-dən artıq beynəlxalq elmi konfransda iştirak edib, onların nüfuzlu beynəlxalq akademik jurnal və kitablarda 10-dan çox məqaləsi çap olunub.
ADA il ərzində Əlimərdan bəy Topçubaşovun 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans, II Fransa-Azərbaycan Universitetləri Forumu, I Hollandiya-Azərbaycan Biznes Forumu, IX Bakı Yay Enerji Məktəbi, XX Qlobal Biznes və Texnologiya Assosiasiyasının illik konfransı və “Mərkəzi Avrasiyada Nəqliyyat və Logistika” kimi bir sıra beynəlxalq tədbir və konfranslar təşkil edib.
2014-cü ildə ADA-da bir sıra tanınmış siyasətçilər mühazirə oxuyublar. Onların arasında Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozu, BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, ABŞ Konqresinin üzvü Loretta Sançez, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev də var. Bu mühazirələr əsasında ADA Universiteti “Bakı dialoqları” adlı jurnal nəşr edir.
ABŞ-ın Con Hopkins Universitetinin professoru Fred Star ADA Universitetinin fəxri doktoru adına layiq görülüb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

