/ / Rusiyanın Kaluqa vilayətində “Azərbaycanlı tələbələr üçün səyyar qış məktəbi” layihəsi təşkil olunub
Rusiyanın Kaluqa vilayətində “Azərbaycanlı tələbələr üçün səyyar qış məktəbi” layihəsi təşkil olunub
05.02.2015 [10:10]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Kaluqa vilayətində “Azərbaycanlı tələbələr üçün səyyar qış məktəbi” layihəsi təşkil olunub.
AzərTAc xəbər verir ki, “Etnomir” Mədəniyyət və Təhsil Mərkəzində təşkil olunan “Qış məktəbi”ndə Moskvada və Rusiyanın regionlarında təhsil alan 100-dən çox tələbə iştirak edib.
Layihənin açılış mərasimində çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın rəhbəri Leyla Əliyevanın adından tələbələri Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. O, gənclərimizin xaricdə, o cümlədən Rusiyada təhsil almalarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Emin Hacıyev tədbir iştirakçılarına RAGB-ın fəaliyyəti və təşkilatın gələcək planları barədə ətraflı məlumat verib.
Sonra “Qış məktəbi”nin iştirakçılarına RAGB tərəfindən keçirilən tədbirlər haqqında slayd-şou nümayiş olunub.
Qeyd edilib ki, Rusiyanın ali məktəblərinin çoxunda hər il Azərbaycan mədəniyyəti günləri və həftələri, ölkəmizlə bağlı konfranslar, tolerantlıq günləri, konsertlər və fotosərgilər təşkil olunur. Birlik hər il Xocalı faciəsinə həsr olunan konfranslar keçirir.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova bu ölkənin ali məktəblərində təhsil alan tələbələrimizin bütün təşəbbüslərinin səfirlik tərəfindən daim dəstəkləndiyini qeyd edib.
Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev, RAGB-ın Kaluqa bölməsinin sədri Ramin Rəcəbov, “Büllur bayquş” mükafatının sahibi Rövşən Əsgərov Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin uğurlu fəaliyyətindən, həyata keçirdiyi tədbirlərdən danışıblar. Qeyd olunub ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi millətlərarası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verir.
Çıxış edən gənclər Rusiyada təhsil almaları üçün yaradılan imkanlara, gənclərin problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də RAGB-ın sədri Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra Rövşən Əsgərovun iştirakı ilə gənclər arasında “Breyn-rinq” yarışı təşkil olunub.
RAGB-ın bu il həyata keçirdiyi “Qış məktəbi” çərçivəsində Azərbaycanın və Rusiyanın dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müasir gənclərin həyatının müxtəlif istiqamətləri üzrə treninqlər, seminarlar və ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.
“Qış məktəbi” fevralın 6-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

