Bizim bir vəzifəmiz var - Qafqazda sülhü təmin etmək
20.02.2015 [00:39]
Qafqaz Müsəlmanları İdarəsində Gürcüstan Kilsəsi Yeparxiyası ilə birgə beynəlxalq konfransın keçirilməsi məsələləri müzakirə edilib
Qafqaz Müsəlmanları İdarəsində Gürcüstan Kilsəsi Yeparxiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinə Gürcüstan Patriarxının xarici əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidze rəhbərlik edib.
AzərTAc xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qonaqları səmimi salamlayıb. O, Gürcüstana sonuncu səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşləri xatırlayıb, səmimi qəbula və Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə təltif edildiyinə görə bir daha təşəkkürünü bildirib.
A.Paşazadə deyib: “Bizi çox şey birləşdirir. Gürcüstanda bizim çoxlu həmvətənimiz yaşayır. Bizim əsas vəzifəmiz Qafqazda sülhü təmin etməkdir”.
Gerasim Şaraşenidze səmimi qəbula görə təşəkkürünü bildirib. Qeyd edib ki, şeyxülislam Allahşükür Paşazadə və Gürcüstan Patriarxı II İlyanın arasındakı münasibətlər konfessiya rəhbərlərinin bir-birinə yüksək səviyyədə hörmətlərinə nümunədir. Qonaq regionda sülhün möhkəmlənməsində Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Gürcüstan nümayəndə heyətinin başçısı beynəlxalq konfransda iştiraka dair II İlyanın dəvətnaməsini A.Paşazadəyə çatdırıb. Dinlərin dialoquna, qlobal problemlərin həllində dini dəyərlərin roluna həsr olunan beynəlxalq konfrans yaxın vaxtlarda Tbilisidə keçiriləcək.
G.Şaraşenidze sonda A.Paşazadəyə müraciətlə deyib: “Gürcüstan Yeparxiyasının Qafqaz Müsəlmanları İdarəsi ilə birgə keçirdiyi konfrans dinlər və millətlər arasında münasibətləri necə qurmaq lazım olduğunu bir daha göstərəcək. Bugünkü narahat dünyada bu, çox vacibdir. Sizi dünyada yüksək qiymətləndirirlər, sizin həmçinin belə konfransların təşkilində böyük təcrübəniz var”.
Qafqaz Müsəlmanları İdarəsinin başçısı A.Paşazadə bildirib ki, Prezident İlham Əliyev Gürcüstan Patriarxı II İlianın fəaliyyətini yüksək qiymətləndirir və onun bu təşəbbüsünü dəstəkləyir.
Görüşdə birgə konfransın təşkili məsələləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

