Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Xocalı soyqırımının ildönümü anılıb
26.02.2015 [00:13]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən komitə sədri Mübariz Qurbanlı Xocalı faciəsini insanlığa qarşı qətliam adlandırıb, bunun soyqırımı faktı olduğunu deyib. Bildirib ki, o vaxt erməni hərbi birləşmələri Xocalı şəhərini yerlə-yeksan edərək soyqırımı törədiblər. Bu soyqırımı həqiqətləri hazırda dünya ictimaiyyətinə çatdırılır. Son illər ölkəmizin bu yöndə gördüyü işlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər, Milli Məclisin, Xarici İşlər Nazirliyinin və diaspor təşkilatlarımızın fəaliyyəti təqdir olunmalıdır. Prezident İlham Əliyevin bütövlükdə Ermənistanın təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün gördüyü işlər ciddi nəticələr verməkdədir.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan soyqırımla əlaqədar dünyanın nüfuzlu təşkilatlarına müraciətlər ünvanlayıb. Hazırda gənclərimiz aksiyalar keçirirlər. Onlar dünya ölkələrinə, aparıcı təşkilatlara, o cümlədən ABŞ-ın müvafiq qurumlarına soyqırımı hadisələrini əks etdirən məlumatlar göndərirlər. Ümumiyyətlə, ölkəmiz bu faciə ilə bağlı həqiqətləri dünyaya çatdırıb və hüquqi sənədlərin qəbul edilməsinə nail olub. Bu işlərin davam etməsi Azərbaycanın Ermənistan üzərində ideoloji qələbə qazanmasına və mühüm nəticələr əldə etməsinə gətirib çıxaracaq.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Xocalı faciəsinə gedən yola diqqəti cəlb edib. Bildirib ki, Azərbaycan xalqı müstəqillik istəyirdi. Sovet imperiyası isə bunu heç cür qəbul edə bilmirdi. Odur ki, sovet ordusu 1990-cı il yanvarın 20-də əliyalın əhalinin üzərinə ağır artilleriya ilə hücum edib, insanları qətlə yetirib. Sumqayıt hadisələrində də qəddarlıqlar çox idi. Bu hadisələrlə sanki Xocalı faciəsinə hazırlıq görülürdü.
Qırğın üçün Xocalı da təsadüfən seçilməmişdi. Çünki bu şəhər mühüm strateji mövqeyə malik idi.
Anım tədbirində iştirak edən dini icmaların nümayəndələri də Xocalıda uşaqların, qadınların, yaşlıların amansızlıqla qətlə yetirildiyini söyləyib, bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

