/ / Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Müraciət qəbul edilib
Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Müraciət qəbul edilib
31.03.2015 [10:12]
Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Qafqaz Müsəlmanları İdarəsində bu faciəyə həsr edilmiş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarları və türk şəhidlərin xatirəsinə ucaldılan abidə önünə çiçəklər düzüblər.
Müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə 1918-ci ildə erməni millətçiləri tərəfindən törədilmiş bu qanlı faciənin tarixi haqda məlumat verib. Bildirilib ki, o vaxt “Böyük Ermənistan” yaradılması iddiaları ilə bağlı bu hadisələr zamanı 12 min, bəzi mənbələrə görə isə 15 min azərbaycanlı qətlə yetirilib.
Şeyxülislam deyib: “Bizim xalqımız heç vaxt məbədləri dağıtmayıb, başqa xalqların nümayəndələrini öldürməyib. Bakıda və Bakı quberniyasında 1918-ci ilin mart hadisələri respublikada sovet hakimiyyəti qurmaq niyyətində olanlar tərəfindən törədilib. Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və başqa regionlarda da azərbaycanlıları kütləvi şəkildə qətlə yetiriblər. Qubadakı kütləvi məzarlıq buna əyani sübutdur”.
Azərbaycanın müasir tarixində bu hadisələr bolşeviklərin dəstəyinə arxalanan ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kimi qiymətləndirilir.
1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 mart Azərbaycanlıları Soyqırımı Günü elan edilib.
Şeyxülislam qeyd edib ki, soyqırımı təkcə azərbaycanlılara qarşı törədilməyib, oxşar hadisələr Türkiyədə də baş verib.
Sonra dini liderlərə, parlamentlərə, beynəlxalq təşkilatlara Müraciətin mətni oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyeskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev və Azərbaycandakı Avropa yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç tərəfindən imzalanmış müraciətdə qeyd edildiyi kimi, iki yüz ildən artıqdlır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı ardıcıl soyqırım və təcavüz siyasəti aparılır.
Müraciətdə deyilir: “Ermənilər tərəfindən Qarabağın və ətraf rayonların işğalı nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt edilib, torpaqlarımız parçalanıb. 1905-ci və 1918-ci illərdə ermənilər tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi, on minlərlə dinc sakin vəhşicəsinə qətlə yetirildi, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdıladı. Tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz ata-baba torpaqlarında yaradılmış Ermənistandan kütləvi şəkildə qovuldu. Nəticədə indiki Ermənistan yaradıldı. Keçən əsrin 80-ci illərinin axırlarında Azərbaycan xalqının görkəmli oğlu, dünya miqyaslı dövlət xadimi Heydər Əliyev SSRİ rəhbərliyindən kənarlaşdırılandan sonra ermənilər yenidən 250 mindən çox azərbaycanlını doğma torpaqlarlından qovdular və ərazilərimizin 20 faizini işğal etdilər. Lakin dünya ictimaiyyəti bu faciələr haqqında həqiqəti yalnız Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bildi. Ümummilli liderin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, 31 mart rəsmən Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başladı. Erməni terrorçuların işğal etdikləri Qarabağ və ətraf rayonların ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 məlum qətnamənin tələbləri bu günədək yerinə yetirilməyib. Biz dünyanın dini ictimaiyyətini ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımına siyasi və hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza doğrunu yalandan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”
Tədbirdə Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas, akademik Vasim Məmmədəliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri çıxış ediblər.
Bildirilib ki, bu gün Azərbaycanda və dünyanın bir sıra ölkələrində 1918-ci ilin martında Bakıda, Şamaxıda və digər şəhərlərdə azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi qurbanlarının xatirəsi gününə həsr edilmiş tədbirlər keçirilir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

