Siyavuş Novruzov: Minsk qrupu fəaliyyətsizdir
02.04.2015 [10:10]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və millət vəkili Rauf Əliyev NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında çıxış ediblər. SİA-nın məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçirilən seminarda əsas məruzə ilə Serbiyanın Baş nazirinin müavini, xarici işlər naziri, hazırda ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç çıxış edib.
Məruzə ətrafında Azərbaycandan olan deputatlar çıxış edərək bir sıra məsələlərə toxunublar. Ukraynanın daxili işlərinə qarışması ilə əlaqədar Rusiyanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyündən çıxarılması ilə bağlı məsələyə münasibət bildirən Siyavuş Novruzov “Nəyə görə belə sanksiyalar Ermənistan respublikasına qarşı tətbiq olunmur. Belə ikili standartlardan azad olmasanız, münaqişə tərəflərinə münasibət eyni olarsa, belə münaqişələrin həlli mümkün olmayacaq” - deyib.
Deputat Rauf Əliyev isə NATO Parlament Assambleyasının növbəti Rouz-Rout seminarının Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilməsi ilə bağlı təklifə münasibət bildirərək deyib ki, işğalçı ölkənin paytaxtında belə bir mötəbər tədbirin keçirilməsi yolverilməzdir: “Azərbaycanlı deputatların əsassız olaraq İrəvan aeroportunda saxlanılması, moldovalı ombudsmanın ədalətli çıxışına görə Ermənistan tərəfindən təzyiqlərə məruz qalması bir daha göstərir ki, belə beynəlxalq tədbirin Ermənistanda keçirilməsi beynəlxalq ictimaiyyətə hörmətsizlik olar. Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan iki azərbaycanlının bu vaxta qədər girovluqda saxlanılması, üstəlik onlar üzərində saxta məhkəmə prosesinin aparılması bu dövlətin əsl simasını göstərir”.
Daha sonra qeyd olunub ki, bu tədbirin İrəvanda keçirilməsi Rusiyanın razılığından asılı olan bir məsələdir. Əgər Rusiya icazə verərsə bu tədbir İrəvanda keçirilə bilər.
Seminarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan deputat Siyavuş Novruzov bu münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış Minsk qrupunun fəaliyyətsizliyini də qeyd edib. Millət vəkili bildirib ki, Minsk qrupu yaranandan bu günə kimi münaqişənin həlli ilə bağlı əsaslı bir iş görməyib: “Həmsədrlərin münaqişə zonasına səfərləri daha çox turist səfərlərinə bənzəyir. ATƏT-in rəhbərliyindən bu münaqişənin həll edilməsi üçün əsaslı tədbirlərin görülməsini, işğalçı dövlət olan Ermənistana qarşı müxtəlif sanksiyaların tətbiq edilməsini tələb edirik”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

