Avropa Parlamentində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub
17.04.2015 [10:05]
Avropa Parlamentində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilində Avropa İttifaqının Bolqarıstandan olan deputatı İlhan Küçük xüsusi fəallıq göstərib.
Mərasimdə gənclər və idman naziri, Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti, Avropa Parlamentinin idman məsələləri üzrə məsul komitəsi olan “İntersport” qrupunun rəhbəri, belçikalı deputat Mark Tarabella, digər siyasi partiyaların üzvləri, Avropa institutlarının, KİV-lərin, eyni zamanda, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Azad Rəhimov tədbirdə məruzə ilə çıxış edərək “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq prosesindən, görülmüş işlərdən və Oyunların ilk dəfə məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir Azərbaycanın belə mötəbər idman tədbirinə ilk dəfə ev sahibliyi etməkdən qürur hissi keçirdiyini diqqətə çatdırıb.
Avropa Xarici Xidmət Fəaliyyətinin nümayəndəsi Kris Kendal Azərbaycan-Avropa İttifaqı münasibətlərindən bəhs edərək ölkəmizin ilk Avropa Oyunlarına ev sahibliyi etməsinin gözəl təcrübə olacağını vurğulayıb.
Sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Azad Rəhimov və digər məruzəçilər Azərbaycanın “Bakı-2015”dən sonra IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, Oyunlarla bağlı Avropanın daha yaxşı məlumatlandırılması üçün ev sahibinin görəcəyi tədbirlər, bu mötəbər yarışın Azərbaycan cəmiyyətinə töhfəsi və digər məsələlər barədə suallara aydınlıq gətiriblər.
Tədbirdə ilk Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib. Azərbaycanda yaradılmış çoxfunksiyalı, müasir idman infrastrukturu tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

