Avropa Parlamentinin qətnaməsi heç bir məntiqə söykənmir
18.04.2015 [10:00]
Tarixi gerçəklikləri təhrif edən bu sənəd ədalətsiz və qeyri-obyektivdir
Xəbər verildiyi kimi, aprelin 15-də Avropa Parlamentinin (AP) Brüsseldə keçirilən plenar iclasında qondarma “erməni soyqırımı”nın 100 illiyinin ümumavropa anımına dair qətnamə qəbul edilib. AP-nin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın qondarma “erməni soyqırımı”nın 100 illiyinin ümumavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən Avropa parlamentarlarının, demək olar, hamısı belə bir “soyqırımının baş verdiyini” söyləyiblər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, “soyqırımı”nı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa səsləyiblər.
Azərbaycan ictimaiyyətinin nümayəndələri isə haqlı olaraq AP-nin bu ədalətsiz qətnaməsini qətiyyətlə pisləyirlər. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, Avropa Parlamentinin qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə təəssüf hissi doğurur. Onun fikrincə, bu qərar hüquqi baxımdan da absurddur. A.Quliyev qeyd edib ki, avropalı deputatların bu qərarı qərəzli olduğu və tarixi faktlara söykənmədiyi üçün heç bir təsir gücünə malik deyil. Onun sözlərinə görə, Avropa Parlamentinin bəzi üzvləri tarixə ədalətli və obyektiv baxış sərgiləmək məqsədilə bu qətnaməni qəbul etdiklərini deyirlər. “O zaman onlardan soruşmaq lazımdır ki, 23 il əvvəl hamının gözü qarşısında baş vermiş, aydın və dəqiq faktlarla sübuta yetirilmiş, eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən etiraf edilmiş Xocalı soyqırımı haqqında Avropa Parlamenti nə vaxt qətnamə qəbul edəcək? Yaxud BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və icrası məcburi olan 4 qətnamənin icrasını təmin etməyən işğalçı Ermənistana qarşı nə zaman siyasi və ya iqtisadi sanksiyalar qəbul edəcək? Əgər Avropa Parlamenti az da olsa ədalətlilik və obyektivlik prinsipinə hörmət edirsə, yaxın zamanlarda bu məsələlər haqqında da qətnamələri qəbul edərək, özünün qərəzli olmadığını sübut etməlidir. Görək Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi? Amma buna inanmaq çox çətindir”, - deyə A.Quliyev vurğulayıb.
“Avropa Parlamentinin bu qətnaməsi heç bir məntiqə söykənmir”. Bunu isə YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. Onun sözlərinə görə, tarixi gerçəklikləri təhrif edən bu qətnamə ədalətsiz və qeyri-obyektivdir. A.Hüseynov əlavə edib ki, bu, bir daha Qərbdəki bəzi dairələrdə islamofobiya əhval-ruhiyyəsinin hakim olduğunu, qərar qəbuletmədə ikili standartlara yol verildiyini sübuta yetirir: “Əlbəttə, qondarma “erməni soyqırımı” tarixi faktlara söykənməyən, ermənilərin Türkiyəyə iddialarını hüquqiləşdirmək məqsədinə xidmət edən yalanlardan ibarətdir. Tarixdə belə bir hadisənin baş verməsini sübuta yetirən bir dənə də olsun əsaslı dəlil yoxdur. Türkiyə dövləti dəfələrlə öz arxivlərini açmağı və birgə komissiyanın fəaliyyətini təklif edib. Amma ermənilər bundan həmişə yayınıblar. Çünki onlar bu addımı atacaqları təqdirdə yalanlarının aşkara çıxacağını bilirlər. İndi belə bir şəraitdə Avropa Parlamentinin bu cür qətnamə qəbul etməsi tarixi ədalətsizlikdir”.
YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov bildirib ki, AP-nin qəbul etdiyi bu qətnamə beynəlxalq münasibətlər sistemində xaosun hökm sürdüyünü bir daha təsdiqlədi. Onun sözlərinə görə, bu gün beynəlxalq hüquq yoxdur, bunun əvəzində isə Aİ, AP, ABŞ, ədalətsizlik, islamofobiya, irqçilik, multikulturalizmin əleyhdarları var: “Təəssüflə qeyd etmək istəyirəm ki, belə bir sənədin qəbul edilməsi nəticə etibarilə ona gətirib çıxaracaq ki, müasir dünyamızda yalnız maraqlar işləyəcək. Bu, nəticə etibarilə Türkiyə ilə Aİ arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq və heç bir halda Türkiyə-Ermənistan münasibətlərinin bərpası ilə bağlı ideya daşıyıcılarını məqsədlərinə çatdırmayacaq. Bu hadisə onu göstərdi ki, dünyada daha çox xristian həmrəyliyi nümayiş olunmaqdadır. Vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir fikir işlətmişdi ki, Aİ xristian klubudur. Türkiyəyə qarşı indiki münasibət bu fikri bir daha təsdiqlədi. Bu sənədin qəbul olunması, həmçinin, müsəlman dünyasına olan münasibətin ifadəsidir. Aİ-yə üzv olan ölkələrdə bəzi “ideoloqlar” həyəcan təbili çalırlar ki, müsəlmanların sayı dünyada həddindən artıq çoxalmaqdadır və Türkiyə müsəlman dünyasının lideri olaraq güclənməkdədir”.
Politoloq qeyd edib ki, AP-nin 1987-ci ildə uydurma “erməni soyqırımı” haqqında qətnamə qəbul etməsinə baxmayaraq, yenidən belə bir addım atması nəticə etibarilə müasir dünyamızda mədəniyyətlərarası, dinlərarası ziddiyyətlərin artmasına rəvac verən hadisədir. Bu həm də demokratiyadan, insan hüquqlarından dəm vuran beynəlxalq təşkilatların iç üzünü bir daha göstərdi: “Məlum oldu ki, bu təşkilatlar eyni mərkəzdən idarə olunurlar. Haqq-ədalət bir yanda qalır, yalnız özlərinin korporativ maraqlarına işləyirlər. Hesab edirəm ki, Aİ ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də obyektiv rol oynayacağına ümidlər daha da qırıldı. Düşünürəm ki, AP-nin qəbul etdiyi bu sənədi artıq beynəlxalq hüququn “ölməsi” kimi də dəyərləndirmək olar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

