/ / Sevinc Fətəliyeva: Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, işğal və terror aktlarının sayı da azalmayacaq
Sevinc Fətəliyeva: Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, işğal və terror aktlarının sayı da azalmayacaq
22.04.2015 [09:51]
“Bu gün dünyanın hər bir yerində eskalasiya və xoşagəlməz hadisələr müşahidə olunur. Yaxın Şərqdəki, Ukraynadakı hadisələr, dünyanın müxtəlif ölkələrində terror aktları və iğtişaşlar buna nümunədir. Hər sessiyamizda mövzu ilə əlaqəli müzakirə olunan ölkələrin siyahısı çoxalır”. Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva AŞPA-nın yaz sessiyasında çıxışı zamanı deyib.
S.Fətəliyeva bildirib ki, eyni hadisələr illər öncə baş verməsindən asılı olmayaraq müxtəlif aspektlərdə interpretasiya olunur və yüz illər sonra qeyri-real, həqiqəti özündə əks etdirməyən tarixi qiymət alır. Onun sözlərinə görə, qəddarlıq, etnik və dini dözümsüzlük, ərazi iddiaları, hakimiyyət uğrunda mübarizə dünyada hökm sürür.
“Nədən bəzi hallarda bu qurbanların qanı yerdə qalır, tarixi qiymətini tapmır, digər hallarda isə müharibədə həlak olanlar şəhidlərə çevrilir? Tarixi hadisələr heç vaxt öz tarixi mahiyyətini itirib müəyyən siyasi maraqlara xidmət etmək üçün dəyişə bilməz. Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlar qarşısında Xocalı soyqırımına siyasi qiymət vermək məsələsini qoyur. 20 ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsi dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, qəbul edilən qərarlara baxmayaraq, hələ də gərginlik ocağı kimi qalır. Tez-tez dinc vətəndaşlar həlak olur. Bir milyondan çox qaçqın və məcburi köçkünün taleyi hələ də qeyri-müəyyəndir. Biz tez-tez AŞPA-da insan haqları mövzusunu müzakirə edirik. Çox nadir hallarda öz doğma torpaqlarından didərgin düşən həmin insanların hüquqlarının pozulması gündəmə gətirilir. Sual yaranır, haradadır o zaman insan haqlarının müdafiəçiləri? Nə qədər ki, qaçqın və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıtmayacaq və onların hüquqları bərpa edilməyəcək, dünyanın müxtəlif ölkələrində qaçqınların sayı artacaq. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində öz həllini tapmayana qədər, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, işğal və terror aktlarının sayı da azalmayacaq” - deyə, S.Fətəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

