/ / İrandan Azərbaycan ərazisinə 32,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə daşınmasının qarşısı alınıb
İrandan Azərbaycan ərazisinə 32,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə daşınmasının qarşısı alınıb
24.04.2015 [09:58]
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə ümumilikdə 32 kiloqram 800 qramdan artıq narkotik vasitənin daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs qismində tutulub.
MTN-in İctimai Əlaqələr İdarəsindən AZƏRTAC-a bildiriblər ki, İran-Azərbaycan marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Abbasov Qabil Bəhram oğlu saxlanılıb. Keçirilmiş baxış zamanı onun idarə etdiyi avtomobilin yük yerindən 220 qram heroin, 1 kiloqram 700 qram tiryək, 4 kiloqram 337 qram həşiş qətranı və 7 kiloqram 300 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu saxlanılıb. Baxış zamanı onlardan 9 kiloqram 900 qrama yaxın tiryək aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Əlikram Ağayev, Tahir Əhmədov, Umud Nuriyev və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitəni İran İslam Respublikası istiqamətindən qaçaq yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun Məlikqasımlı kəndinin ərazisinə gətiriblər.
Milli Təhlükəsizlik Nazirliyinin daha bir əməliyyat-axtarış tədbiri nəticəsində İran-Azərbaycan marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu və Nəcəfov Anar Himayət oğlu saxlanılıb. Keçirilən baxış nəticəsində onlardan 4 kiloqrama yaxın tiryək və 3 kiloqram 860 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində isə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Məlikov Vurğun Nazim oğlu saxlanılıb və ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb.
Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanıb. Abbasov Qabil Bəhram oğlu, Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu, Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu, Nəcəfov Anar Himayət oğlu və Məlikov Vurğun Nazim oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19

