/ / AZƏRTAC-ın baş direktoru Avropa Xəbər Agentlikləri Alyansının Sofiyada keçirilən konfransında iştirak edir
AZƏRTAC-ın baş direktoru Avropa Xəbər Agentlikləri Alyansının Sofiyada keçirilən konfransında iştirak edir
24.04.2015 [10:05]
Aprelin 23-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və Bolqarıstanın BTA xəbər agentliyinin təşkilatçılığı ilə “Xəbər agentlikləri və rəqəmsal tərəfdaşlıqlar üçün strategiyalar, müxtəliflik, texnologiya, marketinq” mövzusunda konfrans işə başlayıb. Konfransda EANA-nın üzvü olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və agentliyin sosial şəbəkələr və informasiya resursları ilə iş şöbəsinin müdiri Elşən Şahbalayev də iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən EANA-nın prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal müasir media qarşısında duran çağırışlardan danışıb. O qeyd edib ki, rəqəmsallaşma dövründə xəbər agentlikləri sosial medianın sürətli inkişafı, müəllif hüquqlarının qorunması, rəqəmsal reklam yayımının artması kimi məsələlərə diqqət yetirməlidir.
“Storyful” platformasının baş redaktoru Eyn Kerr sosial şəbəkələrdə yayılan məlumatları xəbərə çevirmək üçün tətbiq edilən yeni üsullardan bəhs edib. Onun sözlərinə görə, sosial mediada insanların paylaşdığı məlumatları informasiya kimi təqdim etmək mümkündür və yeni yaradılan platformada ən aktual xəbərlər toplanır.
ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti və baş redaktoru Lu Ferrara xəbər toplanması və bu istiqamətdə yeni texnologiyaların istifadəsi yollarına diqqət çəkib, təmsil etdiyi agentliyin müvafiq təcrübəsini bölüşüb.
Tədbirdə Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev, BBC News-un baş redaktoru İnqa Tordar, Press Association agentliyinin əməliyyat müdiri Endryu Douset jurnalistikanın yeni istiqamətləri, trafikin idarə olunması məsələlərindən danışıblar.
Konfrans işini davam etdirir.
Xəbər lenti
Hamısına baxSosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49

