Press Association və Associated Press agentliklərinin rəhbərləri AZƏRTAC-da olublar
15.05.2015 [09:44]
Mayın 14-də Bakıda səfərdə olan Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal və ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşüblər.
Görüşdə qonaqlara AZƏRTAC-ın tarixi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1920-ci ildə fəaliyyətə başlayan AZƏRTAC ötən 95 ildə böyük inkişaf yolu keçib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Bu gün AZƏRTAC ən müasir texnologiyalarla təchiz olunmuş, geniş beynəlxalq əlaqələrə malik, 7 dildə informasiya, 5 dildə videoxəbər yayan media qurumudur. Məlumat verilib ki, AZƏRTAC hazırda OANA, BSANNA, EANA kimi dünyanın nüfuzlu informasiya təşkilatlarının üzvüdür, yüzdən artıq informasiya agentliyi ilə əməkdaşlıq edir, onun 21 ölkədə müxbir məntəqələri fəaliyyət göstərir.
Dövlət müstəqilliyini cəmi 24 il əvvəl bərpa etməsinə baxmayaraq, Azərbaycanın çox qısa müddətdə əldə etdiyi nailiyyətlərdən söz açan baş direktor qonaqlara ölkəmizdə demokratiyanın inkişafı, söz və məlumat azadlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, bununla belə Azərbaycana münasibətdə özünü göstərən bəzi fərqli yanaşma və mövqelər təəccüb doğurur. Gənc dövlət olan Azərbaycan bu kimi məsələlərdə xaricdəki dostlarından dəstək gözləyir.
Klayv Marşal və Con Danişevski AZƏRTAC-ın və Azərbaycanın dostları kimi medianın inkişafı və jurnalist peşəkarlığının yüksəldilməsi ilə bağlı lazımi kömək göstərəcəklərini qeyd ediblər. Azərbaycan paytaxtında şahidi olduqları inkişafdan söhbət açan qonaqlar Dünya Xəbər Agentliklərinin Bakı Konqresinin yüksək səviyyədə təşkil ediləcəyinə əminliklərini bildiriblər.
Görüş zamanı 2016-cı ildə Bakıda keçiriləcək Dünya Xəbər Agentlikləri Konqresinə hazırlıq, jurnalistlər üçün yaradılan şərait, media azadlığı ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

