Bakıda Türkiyənin milli bayramı qeyd edilib
30.10.2015 [10:42]
Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin elan edilməsinin 92-ci ildönümü münasibətilə oktyabrın 29-da rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir İsmail Alper Coşkun Ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan danışıb.
Səfir qeyd edib ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu vurğulayan səfir deyib ki, qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır.
Bildirilib ki, bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olublar. Ortaq tarixə, keçmişə malik qardaş ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar.
Səfir Türkiyənin milli bayramının qardaş Azərbaycanda qeyd edilməsinin böyük şərəf olduğunu bildirib.
Sonra diplomat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqillik günü ilə bağlı təbrik mesajını oxuyub.
Baş nazirin müavini Abid Şərifov Azərbaycan hökuməti adından Türkiyə dövlətini və xalqını əlamətdar bayram münasibətilə təbrik edib. Abid Şərifov bildirib ki, Türkiyə hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yol keçib. Ölkələrimiz arasında münasibətlər böyük dostluq və qardaşlığın nümunəsidir. Tarix boyu Türkiyə hər zaman Azərbaycanın yanında olub, müstəqillik illərində də ölkəmizin dövlət quruculuğu istiqamətində atdığı bütün addımlara böyük dəstək verib. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın yanında olub və ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında bizi dəstəkləyib.
Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir və bundan sonra da inkişaf edəcək.
Baş nazirin müavini deyib ki, iqtisadi münasibətlərin əsasını qarşılıqlı sərmayə qoyuluşları, enerji və nəqliyyat layihələri təşkil edir. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 30 faizdən çoxu Türkiyənin payına düşür. Ölkələrimiz iri nəqliyyat layihələri icra edir. Bunlardan ən böyüyü Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu layihənin işə düşməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdıracaq.
Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

