Asiya və Sakit okean ölkələri xəbər agentlikləri Seul Bəyannaməsini qəbul ediblər
18.11.2015 [10:04]
Noyabrın 17-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Asiya və Sakit Okean Ölkələri Xəbər Agentliklərinin (OANA) İcraiyyə Komitəsinin 39-cu iclası işini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bağlanış mərasimindən əvvəl Komitənin texniki toplantısında təşkilata sədrlik edən Rusiyanın TASS informasiya agentliyi tərəfindən OANA-nın saytının idarə olunması, tətbiq edilən yeniliklər barədə məlumat verilib. Təşkilatın saytının daha da tanıdılması üçün görülən işlərdən danışan TASS-ın İT direktoru Mixail İvanov OANA xəbərlərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iş aparıldığını və bu məsələdə üzv agentliklərin iştirakının vacib olduğunu qeyd edib. O, TASS, AZƏRTAC, Montsama və digər agentliklərin OANA-nın Facebook-da tanıdılması və portala mütəmadi informasiya yerləşdirməsində fərqləndiklərini bildirib.
İclasın bağlanış mərasimində çıxış edən Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-hvanq müzakirələrin səmərəli keçdiyini vurğulayaraq bu görüşün təşkilatın fəaliyyətinə və agentliklərin əməkdaşlığına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
TASS agentliyinin baş direktoru, OANA-nın prezidenti Sergey Mixaylov təşkilatın işində üzv agentliklərin fəal iştirakının onların bu istiqamətdə tərəfdaşlığa önəm verdiklərinin göstəricisi olduğunu vurğulayıb. O, informasiya mübadiləsi üçün səmərəli platforma olan OANA-nın daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Bağlanış mərasimində çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov OANA-nın müasir texnologiyaların xəbər agentliklərinin fəaliyyətinə təsiri məsələlərinə diqqət yetirməsinin vacib bir addım olduğunu bildirib. O qeyd edib ki, sosial medianın, mobil texnologiyaların sürətli inkişafı xəbər agentliklərinin yeniliklərə hər an hazır olmağını zəruri edir. “Biz sosial mediadan və mobil texnologiyalardan ən çevik şəkildə istifadə etməliyik ki, xəbərlərin cəmiyyətə vaxtında çatdırılmasına nail olaq. Cəmiyyətin hansı mənbəni seçməsi isə bizim səmərəli fəaliyyətimizdən asılı olacaq. Amma biz dəyişilməz qalan əsas prinsipi daim rəhbər tutmalıyıq - bu, dəqiq və keyfiyyətli xəbərlərin yayılmasıdır”, - deyə A.Aslanov vurğulayıb.
Baş direktor toplantı iştirakçılarını gələn ilin noyabrında Bakıda OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin 5-ci Konqresinə dəvət edərək bu tədbirlərin dəyişən medianın aktual məsələlərini müzakirə etmək üçün yaxşı platforma olacağına əminliyini bildirib.
Sonra OANA-nın Seul Bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunur ki, OANA-nın üzvləri operativ və dəqiq xəbər çatdıran informasiya agentlikləri kimi etibarlığını qorumaqla əməkdaşlığı davam etdirəcək, işçi və təcrübə mübadiləsini genişləndirəcəklər.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

