Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis zabitləri dəfn ediliblər
28.11.2015 [11:37]
Bakı şəhərinin Nardaran qəsəbəsində respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstəyə qarşı xüsusi əməliyyatlar zamanı həlak olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyevin dünən II Fəxri Xiyabanda dəfn mərasimi keçirilib. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, DİN-in digər yüksək rütbəli şəxsləri, hüquq mühafizə orqanlarının əməkdaşları, mərhumların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid polis işçilərinin cənazələri torpağa tapşırıldıqdan sonra yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib. Məzarların üzərinə ayrı-ayrı təşkilatlar adından əklillər qoyulub, tər çiçəklər düzülüb.
Məlumat üçün bildirək ki, həlak olan polis zabiti, 1975-ci il təvəllüdlü, mayor Vüqar Nəsibov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. Vüqar Nəsibov evli olub. Onun iki övladı var.
Vüqar Nəsibovun atası Eyyub Nəsibov KİV-ə açıqlamasında deyib: “Nə deyə bilərəm ki, Allah rəhmət eləsin. Dövlətimiz sağ olsun. Vətən üçün şəhid oldu. Allah rəhmət eləsin. On il idi ki, dövlətə xidmət edirdi. iki övladı vardı, biri 2-ci sinfə gedir, balaca qızı isə hələ məktəbə getmir”.
Digər polis əməkdaşı İsmayıl Tağıyevin qardaşı Qənimət Nəzərov isə bildirib ki, ataları da polis olub: “Balamızı itirmişik. Vətənimiz və millətimiz sağ olsun. Atası Rəsul Tağıyev də polis idi. O da 10 il əvvəl vəfat edib. Üç övladı var idi. İsmayıl millətə layiq övlad idi, millətin uğrunda da həlak oldu”.
Həlak olan polislərin dostu Elxan Süleymanov öz acısını jurnalistlərlə bölüşüb: “Hər ikisi ilə həm yaxın dost idim, həm bir yerdə işləmişdik, həm də bir yerdə məşq etmişdik. Vüqar çox yaxşı boksçu idi. İsmayılsa ağır atletika üzrə Avropa çempionu olmuşdu. Çox güclü, fəxr ediləsi idmançı və polislər idilər. Allah onların ailələrinə səbr versin”.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat keçirilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə açıqlamasında qeyd olunur ki, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb: “Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 polis əməkdaşı qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır”.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

