Əli Əhmədov: Azərbaycanda dövlət tibb müəssisələrinin böyük bir hissəsi özəlləşdirilə bilər
30.12.2015 [10:34]
Azərbaycanda bütün dövlət tibb müəssisələri olmasa da, onların əhəmiyyətli bir hissəsinin özəlləşdiriləcəyi gözlənilir.
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov “Trend”ə müsahibəsində bildirib ki, bəzi ölkələrdə səhiyyə daha çox dövlətin nəzarətindədir: “Məsələn, İngiltərədə səhiyyə xidmətinin göstərilməsi və maliyyələşdirilməsi bütünlüklə dövlətin nəzarətindədir. Xəstəxanalar da dövlət xəstəxanalarıdır, amma başqa ölkələrdə səhiyyə müəssisələri ya bütünlüklə özəlləşdirilib, ya da hər iki forma var. Hesab edirəm ki, Azərbaycanda da müəyyən müddət qarışıq forma fəaliyyət göstərəcək”.
Baş nazirin müavini qeyd edib ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə dövlət müəssisələri ciddi şəkildə yenidən qurulub, təmir edilib, ən müasir avadanlıqlarla təmin edilib: “Həmçinin burada yüksək hazırlıq keçmiş, Azərbaycandan kənarda - Avropada, Türkiyədə təhsil almış və yaxşı həkimlik dərəcəsinə sahib olmuş tibb işçiləri çalışırlar. Ona görə də müəyyən müddət, əhəmiyyətli bir dövrdə Azərbaycanda qarışıq forma istifadə olunacaq”.
Əli Əhmədov deyib ki, Azərbaycan bu dövlət müəssisələrinə həddindən artıq çox maliyyə vəsaiti sərf etdiyindən onların satışa çıxarılması o qədər real görünmür. Baş nazirin müavini qeyd edib ki, müəssisələrin əksəriyyəti təmir edildiyindən, yeni avadanlıqlarla təchiz edildiyindən onlar kifayət qədər baha qiymətə satılmalıdırlar. Buna görə də bu müəssisələr ən azından amortizasiya dövrü keçənə qədər dövlət müəssisəsi olaraq qalacaqlar: “Güman edirəm ki, gələcəkdə bu müəssisələrin yenidən qurulması məsələsi ortaya çıxanda Azərbaycan dövləti də bir çox ölkələrin, o cümlədən qonşu ölkələrin praktikasına uyğun şəkildə - əlbəttə, bütün dövlət tibb müəssisələri olmasa da, əhəmiyyətli bir hissəsini özəl sektora vermək haqqında qərar çıxaracaq. Amma bu, gələcəyin işidir”.
Baş nazirin müavini Əli Əhmədov onu da bildirib ki, Azərbaycanda kifayət qədər özəl müəssisələr var: “Əlbəttə, mən bu özəl müəssisələrin xidmət keyfiyyətlərinin yüksəlməsini çox arzulayardım. İndi çoxlu sayda xidmət keyfiyyəti yüksək olmayan özəl səhiyyə müəssisələri var. Hesab edirəm ki, Səhiyyə Nazirliyi bu səhiyyə müəssisələrinə diqqət ayıracaq və onların göstərdiyi xidmətlərin keyfiyyətini daha ciddi şəkildə araşdıracaq. Çünki bu, insanların sağlamlığı ilə bilavasitə əlaqəli olan məsələdir”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

