/ / Azərbaycan Prezidentinin məhkum edilmiş bir sıra şəxslərin əfv olunmasına dair Sərəncamı yerinə yetirilib
Azərbaycan Prezidentinin məhkum edilmiş bir sıra şəxslərin əfv olunmasına dair Sərəncamı yerinə yetirilib
30.12.2015 [10:37]
Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 28-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən dekabrın 29-da icra olunub.
Həmin Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 198 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan əlavə, üç nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, doqquz nəfər isə cərimə cəzasından azad olunublar. Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var.
AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 10, 11, 17 saylı və digər cəzaçəkmə müəssisələrində Ombudsman Aparatının, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər. Cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə müvafiq sənədlər təqdim edilib.
Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər vurğulayıblar ki, əfv Sərəncamı bir qayda olaraq cəzaçəkmə müəssisələrində nümunəvi davranışları ilə fərqlənən, həqiqətən islah olunmuş məhkumlara şamil edilir. Bu zaman məhkumların cəza çəkdikləri müddətdə müəssisələrdə davranış qaydaları, ailə vəziyyəti, səhhəti və digər amillər nəzərə alınıb. Statistika əfv sərəncamları ilə azadlığa qovuşan məhkumların, demək olar ki, təkrar cinayətlər törətmədiklərini göstərir. Çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını və Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə əminliklərini bildiriblər.
Diqqətə çatdırılıb ki, insan hüquq və azadlıqlarının təmini istiqamətində təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində bir sıra humanist qərarlar qəbul edilib. Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı və ümumilikdə 210 nəfərə şamil olunmuş əfv Sərəncamı da bu humanist qərarların tərkib hissəsidir. Dövlətimizin başçısının bu humanist addımı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində bir çox ailələri sevindirib.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 1995-ci ildən bu günədək Azərbaycanda əfvlə bağlı imzalanmış 60-dan çox fərman və sərəncama əsasən, 6 min 300-dən çox məhkum azadlığa buraxılıb.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

