Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüb
20.01.2016 [10:09]
Yanvarın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.
Ölkəmizdə yaşlı insanlara, onların problemlərinin həllinə hər zaman qayğı göstərilib. Bu gün də bu gözəl ənənə davam edir.
Leyla Əliyeva pansionatın sakinləri ilə görüşüb, onlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edib. Pansionatda yaşayanlar Leyla Əliyevanın gəlişini alqışlarla qarşılayıblar, burada onlar üçün yaradılan şəraitdən razılıq ediblər, buna görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Leyla Əliyeva pansionat sakinlərinin öz həyatları barədə söhbətlərini heyranlıqla dinləyib, onların qayğıları ilə maraqlanıb.
Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə Ulu öndər Heydər Əliyev bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 207 nəfər yaşayır. Onların rahatlığı üçün bütün lazımi şərait yaradılıb.
Pansionatın sakinlərinin musiqi alətlərində ifası bu tədbirin ən maraqlı məqamlarından biri kimi yadda qalıb. Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır, onların problemlərinin həllinə diqqətlə yanaşılır. Ölkəmizdə pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin həmişə diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.
Pansionatın sakini Həbib Qəmbərov onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bütün sakinlər adından minnətdarlığını bildirib.
Leyla Əliyeva pansionatda yaradılan şəraitlə tanış olub, otaqları gəzib. Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri tam dövlət qayğısı ilə əhatə olunublar. Heydər Əliyev Fondu da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə yaşlı insanlarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Bu kateqoriyadan olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur - qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir.
Pansionat sakinləri ilə yaddaqalan görüşün daha bir məqamı isə Zəminə Cəbrayılovanın öz yazdığı şeirlərini Leyla Əliyevaya oxuması olub.
Pansionat sakinləri ilə görüşə yenə də gələcəyini deyən Leyla Əliyeva onlara cansağlığı və uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

