Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rauf Əliyev: Mehriban xanım Əliyevanın növbəti nüfuzlu beynəlxalq təşkilatın ali mükafatını alması onun birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində müstəsna rolunun qiymətləndirilməsidir

Rauf Əliyev: Mehriban xanım Əliyevanın növbəti nüfuzlu beynəlxalq təşkilatın ali mükafatını alması onun birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində müstəsna rolunun qiymətləndirilməsidir

23.01.2016 [10:53]

“Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya komitələrinin növbəti iclasında “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafına göstərdiyi xidmətlərə görə Avropa Olimpiya komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib. Bu xəbər bütün idman ictimaiyyətində, eləcə də bütünlükdə Azərbaycan cəmiyyətində qürur və fəxarət hissi ilə qarşılanıb”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın növbəti nüfuzlu beynəlxalq təşkilatın ali mükafatını alması onun birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rolun qiymətləndirilməsidir. Onun sözlərinə görə, dünyanın idman tarixində ilk dəfə Azərbaycanın Bakı şəhərində keçirilən Avropa Oyunları hələ uzun müddət yaddaşlarda qalacaq. Bu möhtəşəm idman bayramının təşkilində onun sədrlik etdiyi “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən böyük dövlətlərin 6-7 il ərzində həyata keçirdikləri hazırlıq işləri cəmi 2,5 il ərzində ən yüksək səviyyədə yerinə yetirildi. Təşkilat Komitəsi həm hazırlıq işlərini, həm də Oyunları ən yüksək səviyyədə təşkil etmişdi. Artıq Avropa Oyunlarının Azərbaycan standartı müəyyənləşdirilmişdir. Azərbaycan həm bu idman bayramının təşkilatçısı kimi, həm də idmançılarımızın 50 iştirakçı dövlət arasında əldə etdiyi möhtəşəm tarixi qələbə ilə dünyada özünü bir daha idman ölkəsi kimi təsdiq etdi.
“Avropa qitəsi ilə Asiya qitəsinin kəsişməsində yerləşən, Şərq dəyərləri ilə yaşayan, eyni zamanda, mütərəqqi Qərb dəyərlərini qəbul etmiş bir xalq, dövlət kimi Azərbaycan bütün dünyada sülhsevər, mehriban, qonaqpərvər, tolerant, yüksək mədəni-mənəvi dəyərlərə malik mültikulturalizm mühitini formalaşdıran bir xalq olduğunu nümayiş etdirdi. 2017-ci ildə Azərbaycan növbəti beynəlxalq miqyaslı tədbirə - IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Biz inanırıq ki, Mehriban xanım Əliyevanın sədrliyi ilə yaradılmış Təşkilat Komitəsi İslam Həmrəylik Oyunlarını da birinci Avropa Oyunları kimi çox yüksək səviyyədə təşkil edəcək, möhtəşəm tarixi bir idman bayramı kimi uğurla həyata keçirəcəkdir”, - deyə R.Əliyev vurğulayıb.

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31