Həmvətənimiz Frankfurt-Maynda Əcnəbilər Parlamentinin sədri seçilib
28.01.2016 [09:53]
Frankfurt-Mayn şəhərinin Əcnəbilər Parlamenti Almaniyada bu qəbildən olan ən böyük qurumdur və Frankfurtun 180 mindən çox əcnəbi sakininin mənafeyini təmsil edir. Böyük etnik icmaları təmsil edən 37 deputat beş ildən bir seçilir. Onlar əcnəbi vətəndaşların və əcnəbi mənşəli almanların yeganə rəsmi nümayəndələridir.
Xəbər verdiyimiz kimi, həmvətənimiz Cümə Məmmədov 2010-cu ildə MDB məkanından və Baltikyanı ölkələrdən Əcnəbilər Parlamentinə seçilmiş ilk deputat olub. 2015-ci ilin noyabrında o, seçicilərin etimadını yenidən qazanıb və alman parlamentinə keçmiş Sovet İttifaqı məkanından ikinci dəfə seçilmiş ilk əcnəbi oldu (bax: azertag.az/ru/xeber/910082). Cümə Məmmədov toplanmış səslərin sayına görə indiyə qədər bu formatlı seçkilərdə iştirak etmiş keçmiş Sovet İttifaqı nümayəndələri arasında liderdir. Onun son çağırış Əcnəbilər Parlamentində fəal və səmərəli işi öz nəticəsini verib. Həmvətənimizin sonuncu çağırışda ən fəal deputat olması faktı təkcə seçicilər deyil, həm də deputat həmkarları tərəfindən xüsusilə qeyd edilib. İctimai dəstəyi, o cümlədən Amerika, Rusiya və Çin seçki blokunun nümayəndələri veriblər. Onlar həmvətənimizin Əcnəbilər Parlamentinin inkişafına yeni impuls verəcəyinə əmindirlər.
Frankfurt parlamentinin ratuşada - şəhərin ən məşhur binasında keçirilən yanvar iclasında Cümə Məmmədov sədr seçilib. O, Almaniyada bu cür uğur qazanan ilk azərbaycanlıdır. Cümə Məmmədov Almaniyada bu təşkilatların tarixində Əcnəbilər Parlamentinin ən cavan sədridir. İndiyədək ancaq böyük icmaların nümayəndələri bu vəzifəyə seçiliblər. Keçmiş Sovet İttifaqının icmaları artıq qeyd ediblər ki, ilk dəfədir MDB məkanından gələn adam bu cür uğur qazanır. Şəhər hökumət orqanının statistika şöbəsi məlumat verib ki, yeni seçilmiş deputatdan sədrliyədək keçən yol rekord qısa müddətə qət edilib.
Əcnəbilər Parlamenti sədrinin vəzifələrinə şəhər siyasəti strategiyasının inkişafı, Frankfurt meri, şəhər dumasının deputatları, əyalət və federal səviyyədə siyasətçilər və biznesmenlərlə müntəzəm görüşlərin keçirilməsi daxildir.
Cümə Məmmədov bundan sonra da etnoslararası ziddiyyətlərə görə narahatlıq keçirən alman ictimaiyyətini Azərbaycanın tolerantlıq sahəsində uğurları barədə məlumatlandıracaq və Azərbaycanda 1993-cü ildən bəri həyata keçirilən ölçülüb-biçilmiş dövlət siyasəti sayəsində formalaşmış nümunəvi millətlərarası və konfessiyalararası münasibətlər təcrübəsini qiymətləndirməyə çağıracaq.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Almaniyadakı səfirliyi fəal həmvətənimizi həmişə dəstəkləyib.
Cümə Məmmədov uzun illər boyu Almaniya Universitetləri ilə əməkdaşlıq edir, əcnəbi tələbələrə və gənc mütəxəssislərə qayğı göstərir. O, Almaniyada və Finlandiyada təhsil alıb, təhsil məsələlərinə həsr edilmiş rusdilli və ingilisdilli konfranslarda Almaniyanın nümayəndə heyətlərinə başçılıq edib. Xaricdə təhsil, turizm, biznes və strateji planlaşdırma sahəsində diplomlu alman politoloqu və eksperti olan Cümə Məmmədov həmvətənlərimiz üçün də kiçik və orta biznes, səmərəli piar, Almaniyada təhsil və ixtisasartırma məsələlərinə dair məsləhətlər verir.
Frankfurtda aktiv ictimai iş və Azərbaycanın düşünülmüş dövlət siyasəti nəticəsində qazandığı təcrübə Cümə Məmmədovun Almaniyanın beynəlmiləl şəhəri və Avropanın maliyyə mərkəzi olan Frankfurt-Maynda yeni Əcnəbilər Parlamentinin sədri seçilməsinin uğurunu təmin edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52

