Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
16.02.2016 [10:27]
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyevanın başçılığı ilə nümayəndə heyəti Yaponiyada səfərdədir.
Nümayəndə heyətinə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputat Sevinc Hüseynova və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev daxildirlər. Nümayəndə heyətinin keçirdiyi görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edir.
Yaponiya tərəfinin dəvəti ilə həyata keçirilən səfərin məqsədi Azərbaycanın və Yaponiyanın hakim partiyaları arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmaqdır.
Fevralın 15-də Azərbaycan nümayəndə heyətinin Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) baş katibi Sadakazu Taniqaki ilə görüşü keçirilib. Görüşdə Yaponiya tərəfdən LDP-nin beynəlxalq əlaqələr bürosunun baş direktoru Kazunori Tanaka və onun müavini, partiyanın Kanaqava prefekturası üzrə deputatı Daişiro Yamaqivai də iştirak ediblər.
Azərbaycanın malik olduğu karbohidrogen ehtiyatlarından bacarıqla istifadə edərək son illər mühüm uğurlara imza atdığını vurğulayan S.Taniqaki böyük perspektivlərə malik olan ölkəmizin Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm irəliləyişə nail olduğunu diqqətə çatdırıb. Azərbaycanın uğurlarının Yaponiyada da diqqətlə izlənildiyini vurğulayan baş katib ölkəsinin Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərə sevindiyini bildirib. O, iki ölkə arasında ötən müddətdə müxtəlif sahələrdə - siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Dəvətə görə təşəkkür edən S.Fətəliyeva qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın Yaponiya ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini bildirib, iki dost ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğunu qeyd edib.
Ölkəmizin dinamik inkişafını, əldə etdiyi uğurları vurğulayan S.Fətəliyeva Azərbaycanın həssas regionda yerləşməsinə baxmayaraq, müstəqil və fəal xarici siyasət yürütdüyünü, dünyada nüfuzunun ilbəil artdığını söyləyib. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəklədiyinə görə Yaponiya tərəfinə təşəkkür edib.
LDP-nin baş katibi S.Taniqaki Azərbaycan tərəfinin iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaqla bağlı təşəbbüsünü yüksək qiymətləndirib.
Görüşdə ölkələrimizin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, hakim partiyaların əlaqələrinin genişlənməsi iki xalq arasında münasibətlərə də müsbət təsir göstərəcək.
Söhbət zamanı Azərbaycanın dinamik inkişafı, düzgün iqtisadi siyasət sayəsində əhalinin rifah halının yaxşılaşması, həyata keçirilən modernləşmə xətti barədə ətraflı məlumat verilib.
* * *
Həmin gün Azərbaycan nümayəndə heyətinin Yaponiyanın xarici işlər üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Yoci Muto ilə görüşü keçirilib. Görüşdə Yaponiya Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Seiçiro Takahaşi də iştirak edib.
Son illər Azərbaycanla Yaponiya arasında rəsmi səfərlərin intensivləşməsinə diqqət çəkən Yoci Muto iki ölkənin əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini xüsusi vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyəti, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, əlaqələrin qardaşlaşan şəhərlər səviyyəsinə qalxması münasibətlərimizin genişlənməsi baxımından diqqətəlayiqdir.
Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri davam edir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

