Ankarada keçirilən iclasda Türk Mədəniyyəti və İrsi Fondunun layihələri maraqla qarşılanıb
19.03.2016 [10:14]
Türkiyə Böyük Millət Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) mədəni irsin qorunması və inkişaf etdirilməsi ilə bağlı ortaq qanunvericiliyə dair işçi qrupun növbəti iclası keçirilib.
TürkPA-nın baş katibinin müavini Kürşad Melih Sarıarslanın sədrliyi ilə keçirilən iclas çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Ankaraya işgüzar səfəri barədə danışmaqla başlayan Fondun prezidenti diqqətə çatdırıb ki, Azərbaycanın dövlət başçısının acı bir gündə Türkiyə xalqının yanında olması bütün türk dünyasında iftixarla qarşılanıb. Türk Mədəniyyəti və İrsi Fondunun qarşıda duran vəzifələrindən bəhs edən Günay Əfəndiyeva diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurum Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin tarixi irsinin qorunması və gələcək nəsillərə çatdırılması məsələsində bütün tərəflərin maraqlarını özündə əks etdirən layihələr həyata keçirəcək, o cümlədən türk xalqlarına aid maddi və qeyri-maddi irsə dair problemləri araşdırmaqla gələcək fəaliyyətinin vacib elementlərini müəyyən edəcək.
Günay Əfəndiyeva Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, müxtəlif xarici ölkələrdə də mədəni irsin qorunmasına dair həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, torpaqlarımızın iyirmi faizinin işğal altında saxlanması səbəbindən Dağlıq Qarabağda və ona bitişik ərazilərdə Azərbaycanın qədim mədəniyyətinın soyqırımına məruz qaldığını deyib. Bildirib ki, mədəni və dini abidələr, o cümlədən əlyazmalar, külli miqdarda digər tarixi vəsait məqsədli şəkildə məhv edilib.
TürkPA-nın baş katibinin müavini K.Sarıarslan Türk Mədəniyyəti və İrsi Fondu kimi bir təşkilatın fəaliyyətə başlamasının əhəmiyyətini yüksək dəyərləndirib.
Fondun təsis edilməsinin önəmindən söhbət açan digər çıxışçılar da qeyd ediblər ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında həyata keçirilən birgə layihələr, o cümlədən ortaq televiziya kanalı və xəbər agentliyinin qurulmasına dair müzakirələr, elm və təhsil, idman, turizm və digər sahələrdəki əməkdaşlıq mühüm nəticələr verməkdədir. Əminliklə qeyd olunub ki, gələcəkdə yeni-yeni ortaq layihələr əsasında daha əhəmiyyətli uğurlar qazanılacaq.
Sonra TÜRKSOY-un yaranması və qazandığı uğurlara dair sənədli film nümayiş etdirilib.
İclas mədəni irsin qorunması və inkişaf etdirilməsi ilə bağlı ortaq qanunvericiliyə dair işçi qrupda təmsil olunan nümayəndələrin, həmçinin TDƏŞ və TÜRKSOY təmsilçilərinin çıxışları ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

