/ / Mübariz Qurbanlı: Əlixan Musayev və onun kimilərin çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır
Mübariz Qurbanlı: Əlixan Musayev və onun kimilərin çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır
29.03.2016 [11:09]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıdakı İlahiyyat və Qaraçuxur məscidlərində “Suriya cihadı” adlı təbliğatla bağlı yayılan xəbərlərə, o cümlədən Əbubəkr məscidinin keçmiş imamının müavini olmuş Əlixan Musayevin eyni məzmunlu səs yazısına münasibət bildirib.
M.Qurbanlı APA-ya açıqlamasında deyib ki, bir çox məscidlərdə axund və imamlar rəsmi təyin edilən şəxslər olduğuna görə onların xütbələri xüsusi hazırlanmış kitablardakı mövzuları əhatə edir: “Bu kitablar QMİ-nin Qazılar Şurası tərəfindən təsdiq olunub. Ona görə də kimlərinsə məscidin minbərinə çıxaraq radikal dini çağırışlar etməsi qeyri-mümkündür. Bəzi məscidlərdə müəyyən radikal qruplar ibadətdən sonra ya məsciddə, ya da kənarda öz aralarında hansısa söhbətlər aparırlarsa, bu, artıq qeyri-rəsmi təşviqat adlanır. Amma buna qarşı da mübarizə aparılır. Əsas metodumuz dini maarifləndirmədir. Bu cür zərərli fikirləri yayanların qarşısını öncədən almaq üçün profilaktik tədbirlər görülür. Gənclər, ümumiyyətlə, əhali arasında güclü maarifləndirmə işləri aparılır. İlahiyyat və Qaraçuxur məscidlərində rəsmi moizələr, rəsmi xütbələr verən şəxslər QMİ-nin təyinatı ilə orada çalışan şəxslərdir. Monitorinqlərimiz də göstərir ki, bu məscidlərdə moizələrdə dövlətin siyasətinə zidd hansısa fikir söylənilmir, radikal qrupların təşviqatı aparılmır. Amma bu məscidlərə yüzlərlə adam gəlir və onların içərisində dindən başı çıxan da var, çıxmayan da. Radikal qruplara meyilli olanlar da var. Onların məscidin həyətində, yaxud harasındasa zərərli təşviqatı varsa, buna qarşı da tədbir görülür və görüləcək”.
M.Qurbanlı Əlixan Musayevin yayılan səs yazısına, onun Suriyada döyüşənləri şəhid adlandırmasına və çağırışlarına da münasibət bildirib: “Əvvəla, şəhid öz torpağı, vətəni uğrunda ölənlər olur. Bizim çoxlu əsgərlərimiz, oğul və qızlarımız var ki, vətən uğrunda şəhid olublar. Məsələn, Mübariz İbrahimov. Suriyada, İraqda radikal qrupların tərkibində vuruşub həlak olanlara şəhid deyən adamın özü həmin radikal qruplarla eyni fikirdədir. Bu, yolverilməzdir. Belə fikirlər səsləndirən adamlar İslama aid olmayan, İslamı parçalanmaya sövq edən adamlardır. Əlixan Musayev və onun kimi adamların bu cür çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”.
M.Qurbanlı onu da əlavə edib ki, səs yazısı komitə tərəfindən də araşdırılacaq: “Bizim eskpertiza bunu araşdıracaq və ekspertizanın nəticəsində biz aidiyyəti orqanlara müraciət göndərəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

